Ana içeriğe atla

Kayıtlar

Aralık, 2015 tarihine ait yayınlar gösteriliyor

Şeirlərin Şəkillərlə vəhdəti

Söyüş - küfr etmək hansı tabularla əlaqəlidir?

Küfrlərin niyə həmişə cinsi məzmunlu olduğunu heç düşündünüz mü? Bunun tabular və cəmiyyətin qoyduğu əxlaqla əlaqədar olduğunu düşünürəm. Bizdə cinsəllik tabu olduğu üçün ağıla gələn ilk küfr obyektidir. Çünki adını xatırlamaq belə tərbiyəsizlik olaraq qəbul etdildiyi üçün edilə biləcək ən yaxşı şey təhqirdir. Cinsəllik namusla paralel xatırlandığından cəhalət və din ünsürləri cəmiyyətin namus anlayışını da təyin etdiyi üçün, insanların namusuna söz söyləmək təhqir və küfr olaraq qarşımıza çıxır. İslam dinində bir kişiyə 4 qadının və sərhədsiz cariyələrin halal buyurulması nəticəsində kişi suveren cəmiyyətlərdə, qadın cinsəlliyi və qadın cinsi orqanı üzərindən söymək, qadına hakimiyyət, onun üzərində təzyiq qurma instinktlərini oyandırır. Küfrlər həmişə qadınları və onların cinsi əlaqədəki rolunu hədəf alır, bu rol aşağılanır. Geylərin alçaldılma səbəbi çox vaxt gey olmaları deyil, qadına xas olmaları səbəbindəndir. Çünki cəmiyyətdə qadınlıq hər zaman pis və aşağılayıcı bir ş

Cehiz toplamaq aksiyasından vazkeçin!

Aysel Abdullazadə yazır: Niyə həyatı tezləşdiririk? Nə üçün zamanı qabaqlamağa çalışırıq, saatın əqrəblərini tez-tez çevirib vaxtı irəlilətməklə yaşayırıq? Bir insan doğuldu, bir ananın övladı dünyaya gəldi. Bu övlad qızdırsa, zamanı lap çox darıxdırırıq. Ana qızını böyütməklə, onun tərbiyəsi, təhsili ilə məşğul olmur, vaxt keçsin, 16-17 yaşına gələn qızını evləndirsin deyə fikirləşir. Hələ uşaq vaxtlarından cehizlər yığılır. Bahalı dəstlər, qab-qaşıq, yorğan-döşəklər hazır olur. Bircə qalır, qızın ərə getməyi... Özünü anlayandan qızlar analarından "cehiz” sözünü eşidirlər, bu sözün təsiri ilə böyüyürlər. Fikirlərinin bir nöqtəsində ərə getmək qəlibi özünə yer açır və yaş irəlilədikcə bu qəlib yerini böyüdür. Bu şəkildə böyüyən bir qız mütləq ərə gedəcəyinin doğrultusunda həyatının formatını bəlirləməkdə aciz olur. Nəticədə, insan həyatının axarının qarşısı alınır. Fikir olaraq düşündüyü bu situasiya artıq yaşamında təzahür edir. Ərə getmək, ailə qurmaq çox doğal bir h

Aysel Abdullazadə: "Zaur nə vaxtdan "moda uzmanı" olub ki?"

Aysel Abdullazadə yazır:  Azərbaycan televiziya efirində məna və anlam yükü çox yüngül olan verilişlər ön plandadır və sayca da çoxluq təşkil edir. Bunun günahını ilk növbədə toplumda görmək lazımdır. Çünki televiziya zövqü birbaşa veriliş reytinqinə təsir edən amildir. Bu, problemli hissənin bir istiqamətidir. İndi isə sizə gördüyüm bir efir eybəcərliyindən danışmaq istəyirəm. Türkiyənin layihəsi olan "İşte benim stilim" yarışmasını bizimkilər də həmən "kapmışlar".   Evdə televizora baxan deyiləm, qonaq getmişdim. Təsadüfən, bu veriliş başladı. Sən  demə, elə birinci bölüm imiş, nə kəramətdirsə artıq. Nə isə, bir az izləməli olduq. Hamı istəyər ki, öz milləti ilə qürur duysun, yaxşı işlərini danışsın, fəxr eləsin. İndi nədən danışaq, nədən öyünək, nə ilə fəxr edək? Jürisi bir dərddir, seçdikləri yarışmaçılar da ayrı bir dərd. Bu necə etikasızlıq, nitq mədəniyyətsizliyi, davranış pozğunluğudur? Bütün dünyanı qoyuram kənara, ən azı iki millət

"Bütün şeirlərimdə məndən bir parça var" - MÜSAHİBƏ

Bu günkü müsahibim pedaqoq, yazar Aysel Abdullazadədir... - Salam canım, necəsən? - Salam... Şükür Allaha, yaşayırıq. - İşlər və həyat necə gedir? - Axarı ilə, getməsi gərəkən yolla gedir. - Özün, həyatın, yaşamın və iş fəaliyyətin barədə bizə danışasan bəlkə? - Özüm yaxşıyam. Həyatım da mən yaxşı olduğum müddətcə yaxşıdır (gülür). İş fəaliyyətim də davam edir, yazılar, şeirlər, yazmaq və yazmaq... Kitab üzərində işləyirəm. Yaxında nəşr olunacaq. - Nə baş versə, Aysel tam xoşbəxt olar? - Aysel xoşbəxtdir, ümumiyyətlə, tam xoşbəxtlik anlamı yoxdur. Nisbilik var bu qavramda. An etibarilə yaşanan bir nəsnədir və mən an etibarilə xoşbəxtəm. Təbii ki, xoşbəxtliyimi artıracaq arzularım var ki, gerçəkləşməyini istəyirəm. - Aysel güvəndiyinimi sevər? Sevdiyinəmi güvənər? - Mənə güvən verməyən adamı sevə bilmərəm. Məndə sevmək anidən olmur, olmaz. Yaradılar, sevgi nələrinsə üzərində qurulur, mütləq bir özülü olur. Mənim üçün o özül - bünövrə güvən və sayğıdır. - Güvəndən söz

Borclusan mənə, həyat...

Heç bir zaman qarşı çıxmadım sənə. Ürəkləri köhnəlmiş insanların içində yaşadığım ağrılar var və onlar qədər məndə varam... Yaşaya bilmədiyim ağrıları da yaşadacaqsan, bilirəm, zamanı gəldiyində, amma yenə də təkliyimlə yaşayıram səni... Sənin fərqində olmadan yaratdığın əsərinəm mən. Qarşındayam. Desəm ki, tərk edib gedirəm səndəki yaşanmışlıqları, əhəmiyyətli hesab edərsən mi, görəsən? Onsuz da həmişə tərk edilmiş duyğuların kölgəsində yaşanır can ağrısı. İnsan əvvəl beynində sevir, əvvəl beynində qışqırır sevgi sözlərini. Sonra... Sonrası yoxdu, əslində. Hamı həmişə içində tutur bir ömür boyu… Borclusan mənə, həyat. Dənizi mavi olaraq görmüşdüm ilk dəfə, buludları isə ağ olaraq xatırlayıram. Hesablaşa bilmədiyim yalnız uşaqlığım qaldı, bir də günahsızca sevən ürəyim və gecənin qaranlığı qaldı. Digər bütün dəyərlər isə getdi həyatımdan. İndi isə heç bir şeyim yoxdu… Sırf mənə inad olsun deyə bütün yaşatdıqların həmişə şahidsiz, həmişə soyuq, h

Sheryl Sandberg: Niyə çox az sayda qadın lider var? (TED talks)

Sheryl Sandberg: Niyə çox az sayda qadın lider var? İş həyatında qadınların arxa planda olduğunu, ən üst mövqelərdə qadın liderlərin çox az ola bildiyini və bunun, qadının kafi zəkaya ya da bacarığa sahib olmadığı üçün reallaşmadığını da çox yaxşı bilirik. Bəlkə də, səbəb baxış bucağımız və qadınların öz adına verdiyi mübarizədə kifayət qədər əzmli olmamağıdır. Sandberg 2010-cu ildə verdiyi rəqəmlərlə bunları söyləyir: "190 dövlət başçısı arasında doqquzu qadındır. Dünyada məclisdəki bütün insanların arasında 18%-i qadındır. Korporativ sektorun içində, üst səviyyədə olan qadınlar, yüksək səviyyəli rəhbərlikdə, rəhbərlik quruluşlarında 15-16%'dən ibarətdir. Rəqəmlər 2002-ci ildən bu yana dəyişmədi və tam geriyə gedir. Kommersiya məqsədi güdülməyən, daha çox qadınlar tərəfindən idarə olunduğunu düşündüyümüz şirkətlərdə belə, yüksək səviyyədə vəzifə tutan qadınlar, 20% təşkil edir". Bütün bunlar bəzi problemlərə işarə edir. Qadınlar bu qədər passiv olur, çünki iş

Ron Gutman: Gülümsəməyin gizli gücü (TED talks)

Ron Gutman: Gülümsəməyin gizli gücü "The hidden power of smiling" çıxışında, Ron Gutman gülümsəməyin inanılmaz təsirindən bəhs edir. Danışıq boyunca özü də davamlı gülümsədiyi üçün onu dinləmək ikiqat xoş təəssürat bağışlayır. Hamımız gülümsəməyin insana özünü daha yaxşı hiss etdirdiyini bilirik. Ancaq Gutman çıxışında bu bilgini elmi məlumatlarla dəstəkləyir. Aparılan araşdırmalarda, olduqca maraqlı nəticələr əldə olunub. Məsələn, şəkillərdə gülümsəyən insanların, gülümsəməyənlərə nisbətdə daha uzun ömürlü olduğundan bəhs edir. Bir dəfə gülümsəməyin beyində 2000 dənə şokolada ekvivalent səviyyədə xəbərdarlığa səbəb olduğunu deyən Gutman, xoşbəxtliyin ən az kalorili yolunun bu olduğunu gülərək sözlərinə əlavə edir. Gülümsəməyin möcüzə təsirlərini öyrənmək istəyənləri bu videonu izləməyə dəvət edir və yazımızı Gutman'ın sözləri ilə bitiririk. "Sənə və ətrafındakılara daha uzun, sağlam və xoşbəxt bir həyat yaşamaqda kömək olacaq super güclərə sahib olmaq i

Ən son nə zaman arvadınız üçün sevgili olmusunuz?

Aysel Abdullazadə yazır: "Yemək gətir, bütün gün canım çıxıb işdə..." - bu cümlə ilə başlayan axşamlar var ailələrdə. Bizim toplumda qadın-kişi və ailə mövzusunda çatışmayan, olması gərəkən, amma bir dürlü ola bilməyən situasiyalar mövcuddur. Ümumiyyətlə, ailə çəmbərimiz çox darısqaldır, ora istəklərimizi qısıtlı şəkildə sıxışdırmışıq. Bir qadın olaraq, bu mövzuya qadınların tərəfindən münasibət bidirəcəyəm. Əks cinsdən olan bir həmkarım da kişilərin nöqteyi-nəzərindən bu mövzunu bir az təhlil edib. Ailə münasibətlərində ilk öncə dostluq, sonrasında hörmət, daha sonra isə sevgi ardıcıllığı olması prinsipinə əsaslanıram. Ən üzünömürlü və sayğılı ailələrin təməlində bu prinsip dayanır. Günümüzdə kişilərlə yanaşı qadınlar da çalışır. Yəni hardasa, ikisinin də günlük yükü eynidir. Hər ikisi işdən evə gəlir. Yaxud da çalışmayan qadın evdə övladları ilə məşğul olur. Fərq etməz, mövzu hər iki situasiya üçün keçərlidir. Axşam işdən gələn kişi ailəsi və qadını tərəfində

...Vergüllə nöqtəni sevgili zənn edərdim

Sonra deyirsən ki, niyə bu qədər çox siqaret çəkirsən? Çəkirəm də... Mən yazmağı elə də bilmirəm, dünya gözəli sadəcə gecələr işığı qovarkən gəlir ağlıma bir neçə kəlmə. Dan yeri ağarır, mən hələ də oturduğum yerdə sayıqlayaram baş hərfini, Bəzən, nəm tutar kirpiklərim rəqs edər damlalarla, bir türkünün melodiyası kimi təmizlənər göz bəbəklərim... Qəribə gəlir, axşamlara qədər səni gözlədiyim günlər, Sən məktəbdə "gələcəyini" gözləyərkən, mən çöldə həbsi gözləmişəm, buludlarla başbaşaykən... Çox düşündüm o vaxtları. Saçlarının çiyninə əlbisə olduğu zamanlar idi. İnadla topladığın halda, çox da gözəl görünərdin gözlərimə. Elə idi, Türkü kimi idi saçların Türkü kimi idi gözlərin... Sən baxmağa doymazdın, mən türkülərimi söyləyərkən, hər yazdığımı sənə dinlədərdim. Bilməzdim mən, harda nə qoyulacaq... Vergüllə nöqtəni sevgili zənn edərdim, biri itərsə, digəri yox olacaq... Mən yazıb hüznlənərkən Sən, "ayır bu kəlmələri" deyərdin. Eh

"...Həyatımın acı təməli - atam"

P.S: Real yaşanmış həyat hekayəsi... Yaşam və yaşanmışlıqlar insanı formalaşdıran ən önəmli faktordur. Hər insanın yaşadıqları, onun necə biri olmasında mühüm rol oynayır. Mən də sizlərlə yaşadığım həyatımı paylaşıram. Ta ki, bu günümə qədər olan həyatımı… Adım Nəzrindir. 1987 doğumluyam. Azərbaycanın bir bölgəsində doğulub böyümüşəm. Ziyalı ailədə dünyaya göz açmışam. Anam müəllimə, atam isə ali təhsilli olsa da, ixtisası üzrə işləməyən biri idi. Atam haqqında uzun danışacam. Yuxarıda dediyim kimi, bugünki həyatım, atamın mənə sunduğu yaşamdır. Təəssüf ki, insan dünyaya gələndə yaşamını özü bəlirləyə bilmir. ...Atamla anam qohumdurlar. Mən doğulanda atam yanımızda olmayıb, Rusiyada yaşayırmış. Amma arada gəlib-gedirmiş. Anama qazancından heç vaxt heç nə verməyib, özü üçün həyatını yaşayan biri idi atam… Düşündüyü təkcə özü idi. Buna baxmayaraq, anam mənə görə atama hər şeyi keçib, həyata bu şəkildə davam edib. Anam məni təkbaşına, öz zəhməti ilə böyüdüb. Mən özümü bildim-bi

Julian Treasure: Daha yaxşı dinləməyin 5 yolu (TED talks)

Julian Treasure: Daha yaxşı dinləməyin 5 yolu Həyatda ən çox əhəmiyyət verdiyim mövzulardan biri, qarşımdakı insanları hər zaman diqqətlə dinləyib anlaya bilmək və insanların, dediklərimi dinləməyini təmin etmək, bundan zövq aldıqlarını hiss etməkdir. Lakin çox təəssüf ki, çağımızın xəstəliklərindən biri də dinləmək bacarığının olmamasıdır. O qədər məşğul və eyni anda bir çox iş görən insanlar olduq ki, çox zaman qarşımızdakı insanı dinləmir, lakin israrla dinlədiyimizi söyləyirik və hətta buna bizlər də inanırıq. İnsanları dinləməyimiz üçün kəsinliklə səy göstərməkləri gərəkir, fərqli bir şeydən və fərqli bir şəkildə bəhs etməkləri lazımdır, əks təqdirdə, dönüb baxmırıq. Treasure: "Dinləmək, bizim anlamağa olan cəhdimizdir" - deyir və bu, çox əhəmiyyətli bir nöqtədir. Dünyadakı çətinliklərin çoxu bir-birimizi dinləməməkdən, bu mövzudakı laqeydliyimizdən qaynaqlanır və Treasure, şüurlu dinləməyimizi inkişaf etdirmək üçün 5 məşqdən bəhs edir. Treasure bir əhəmiyyətl

Gavin Pretor-Pinney: Buludlarla əyləncə (TED talks)

Gavin Pretor-Pinney: Buludlarla əyləncə Uşaqkən ən sevdiyim şeylərdən biri pambıq şəkər, digəri də pambıq kimi buludlar idi. Pambıq şəkərin pambıqdan düzəldilmədiyini öyrənmək, hər uşaq kimi məni də xəyal qırıqlığına uğratsa da, buludlar həmişə xəyallarımın çox uzağında idi. Həm boşa deyildi bu sevgim, çünki "Səmaya bakmayanların ürəyi daha tez çirklənər" -deyən Zərifoğlu necə də gözəl söyləmişdi. İnsanoğlunun çata bilmədiyi, bəlkə də, buna görə çirkləndirmədiyi tək şey buludlardı. Baxmağı pulsuz olan, pulsuz olduğu üçün bəsit sayılan; aldığımız nəfəs kimi varlığına öyrəşdiyimiz, öyrəşdiyimiz üçün çox vaxt yox saydığımız səma. Halbuki, gözlərimizin bu dünyada görə biləcəyi ən gözəl şey səma və buludlardı. Bu görə "yuxarı baxın, gündəlik gözəlliklərə heyrət edin" - deyir Gavin Pretor-Pinney. Çox adi olan, hər gün olan, adi olduğu üçün hər kəsin qaçırdığı şeylərə diqqət edin deyə əlavə edir. Özümüzü daima məşğul hiss etdirən "rəqəmsal" dünyanı bir

Arthur Benjamin: Fibonaççi ədədlərinin sirri (TED talks)

Arthur Benjamin: Fibonaççi ədədlərinin sirri Niyə riyaziyyat öyrənirik - kimi gözəl bir sualla çıxışına başlayan natiq, hesablama, təcrübə və ilham olaraq cavab verir. Bəli, ilham... çünki çıxışı boyunca Fibonaççi ədədləri və onun sirrlərindən bəhs etdi. Riyaziyyat sadəcə məktəblərdə bir sonrakı dərsi keçə bilmək üçün öyrədilərsə, şagird bundan zövq ala bilməz. Amma rəqəmlərin sirri öyrədilər və həyəcan qatılarsa, daha zövqlü olar və həyatı qavramağa yeni bir baxış bucağı gətirər. Əslində, bəlkə də riyaziyyatın ən gözəl və təəssüf ki, heç diqqət edilməyən tərəfi, necə düşünəcəyimizi öyrədən hissəsinin izah olunmamasıdır. Qısacası, natiq çıxışını "riyaziyyat sadəcə "x"-i tapmaq deyildir" - deyərək izahını da bir növ yekunlaşdırmış olur. Çevirdi: Aysel Abdullazadə 

Meg Jay: Niyə 30'lu yaşlar, yeni 20 deyil? (TED talks)

Meg Jay: Niyə 30'lu yaşlar, yeni 20 deyil? Meg Jay bu videoda anlatdıqları ilə bir növ, mənim düşüncəmin doğru olduğunu göstərmiş. Hər şeydən əvvəl bunu söyləmək istəyirəm, yaxınınızda 20'li yaşlarında biri varsa, dərhal bu videoyu izlətməlisiniz. 20'li yaşlar enerjimizin və həvəsimizin ən yüksək olduğu illərdir, lakin ağıllı davranmasaq, irəliləyən yaşlarda azalan həvəsimiz və tükənən canlılığımız ilə işlər olduğundan daha çətin vəziyyətə düşə bilər. Jay, videoda iki qadının hekayəsindən bəhs edir, ilkində hələ bizə izah etdiklərinin özü də fərqində deyil, lakin anlayır və anladıqdan sonra göstərdiyi iki nümunə ilə 20'li yaşlarındakı insanlara kömək etdikcə bizlərin, daha asan bərpa ediləcək xətalarımızın olduğunu sübut edir. Yaşadığımız dünya dəyişmiş, hər şey sürətlənmiş və insan ömrü uzanmış olsa belə, bilməliyik ki, 20'li yaşlar puç edilməyəcək qədər qiymətlidir. Və gələcəyimizi ciddi mənada bu yaşlar təyin edir. Bunun, heyran olduğumuz birini tə

"Dünyanı zənginləşdirən qadınlardır” layihəsi - MÜSAHİBƏ

Xoshbextqadin.az saytının layihəsi – "Dünyanı zənginləşdirən qadınlardır” Lahiyəmizin bu günkü qonağı - müəllimə, yazar Aysel Abdullazadədir. 1. Salam. Sizi tanıyaq... - Aysel Abdullazadə - Filologiyanı bitirmişəm, Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm. İçində təlatüm, fırtına, coşğu olmayan insanlar ədəbiyyatçı ola bilməz, dilçi olar, amma ədəbiyyatçı yox. Məndə bu fırtına daha dərindir, bu üzdən yazmaqla o fırtınanı sakinləşdirə bilirəm. Şeir və hekayə yazmağı sevirəm. Real yaşanmışlığı olan öyküləri yazmaq daha maraqlı olur. Eyni zamanda, müxtəlif köşə yazıları, araşdırma mövzuları və tərcümələr ilə dövrü mətbuatda çıxış edirəm. Yaxın zamanda şeirlərimdən ibarət kitabım nəşr olunacaq. 2. Həmişə şən yazılarınız oxucularınızın ürəyini fəth edir. Necə belə pozitiv ola bilirsiniz? - Yazar, adətən, ağrılı olur. Həmişə deyirəm bunu, əlində qələm olan kəs nə qədər çox ağrımışsa, məhsulu o qədər anlamlı, dərin olur. Ağrımayan insanın dərin məzmunlu nəsə yazacağına inanm