Ana içeriğe atla

Kayıtlar

Haziran, 2015 tarihine ait yayınlar gösteriliyor

Qadın ağlayarsa...

Bir qadın ağlayır... Nəyədir, niyədir deyə soruşmaz. Kimədir gözyaşları bilə bilməzsən. Ağlamaq istəyir və ağlayır. Bəlkə qanadı qırıq bir göyərçinin çırpınışına, bəlkə keçmişdəki bir anıya, ya da keçən hər ilə... Vardır mütləq bir səbəbi. Yada içini ağrıdan biri... Göz yaşları ilə onu ona izah edər, qışqırığı hər damlada saxlıdır. Axmış sürməsinin onu çirkin göstərəcəyini düşünmədən boşaldar qadın içini. Ən müdafiəsiz halıdır onu ən güclü qılan. Ən böyük silahıdır, bəlkə də, qadının bir kişiyə qarşı göz yaşları. Sanki gülləsiz bir silahın hər an partlamağa hazırmış kimi ürküdən ədası. Hansı tərəzi ölçə bilər, bir qadının göz yaşının dəyərini? Sərraf işi bu!  Bir damlası nə qədər ağrıdar bir kişinin içini. Nə hiss etdirər əlləri üzündə hıçqırıqlarla ağlaması sevdiyinin, bir kişi ürəyinə?! Sulandırmazmı bizlərin də gözlərini? Qəsdlə ağlatsaq belə sevdiyimizi... Siz qadınlar da bilirsiniz, bir kişinin sevdiyinin bir damla göz yaşına nələri fəda edəcəyini. Nə gözəl d

Yolu yarılayan qadın - 35 yaş qadını...

"Yaş otuz beş, yolun yarısı edər" deyincə şair, yolu yarılayan qadınlar ağılıma gəlir. Nə axtardığını, ya da nə axtarmadığını bilən qadınlar. Eşqi, sevdanı mütləq dadmış olurlar. Bu səbəblə onları səthi duyğularla aldatmaq mümkün deyil. Eşqin də, eşqsizliyin də qoxusu bu qadınlara sizdən əvvəl gəlir. Ömrünün digər yarısını özünü inkişaf etdirməyə adayacağından şüurları zirvəyə yüksəlir. Ağıl və bədənlə birlikdə girdiyi mühitə rəng və işıq verir. Yolu yarılayan qadınlarla asan və çətin bir həyat iç-içədir. Sevgisində də, hirsində də cömərddir. "Hə" mənasını verən, qadına xas "xeyr"lərlə kapriz edilməyəcəyini çoxdan öyrənmişdir. Kişinin nə ardından gəlir, nə də irəlisində olmaq üçün çalışar. Yan-yana, can-cana duruşlardır seçimi... Bəzən bir ana şəfqəti, bəzən də bir aslan kükrəməsi ilə qarışıqlığa çevirir. Onunla birlikdə olan kişinin hər şeyə hazır olması lazımdır. Yolu yarılayan qadınlar duyğularını yaşamasını bilir.

Qadın olmaq...

"Qadın olma qorxusu olmasa kişiliyə gərək qalmayacaqdı" - Dr.Alon Gratch Qarşı cins kişilərdən soruşdum: "sizcə qadın nəyin ifadəsidir?"  Aldığım cavabların məni qane etdiyini söyləyə bilməyəcəm. Kimiləri qadınların çiçək olduğundan, kimiləri ana olduğundan, kimiləri həyat qaynağı olduğundan bəhs etdilər... Cavablara qarşılıq bir başqa mövzuya diqqət çəkmək üçün dəyişik bir suala yönəldib, "çox yaxşı" dedim... "Kişilər qadınlarla niyə evlənirlər?" Aldığım cavablar heçdə yad deyildi. İnstikt formatında bir şey, sevişmək və nəsil davamı üçün olsa gərək, dedilər. Hələ bir cavab eşitdim ki, çox gülməli idi... Cavab eynilə beləydi: əslində, kişilər evləndikdən sonra özlərinə bu sualı yönəldirlər: "mən nə üçün evləndim ki?" Görünən odur ki, çox kişi nə üçün evləndiyindən belə xəbərdar deyil. Qadının şəxsiyyəti, varlığı kişiləri qorxudur, azadlıqlarını qısıtlayır kimi düşünürlər... təəssüf ki, yanılırlar.  Kişilər evlilik və d

Qadının dəyəri...

Bir söhbət əsnasında adamın biri qadının birindən soruşmuş: "Necə bir kişi axtarırsınız?" Qadın bir müddət səssiz qaldıqdan sonra adamın gözlərinin içinə baxaraq soruşmuş: "Həqiqətən bilmək istəyirsinizmi?" Adam bir az könülsüz, "Bəli" demiş. Və qadın başlamış anlatmağa... Bu gün və bu yaşda bir qadın olaraq, bir kişinin onun mənim üçün, mənim özümə edə biləcəyimdən çox nə edə biləcəyini soruşacaq durumdayam. Öz məsrəflərimi qarşılayıram, bir kişinin, ya da bir başqa qadının yardımına ehtiyac duymadan evimi idarə edirəm. Belə olunca, "Sən masaya nə qoyursan?" sualını verməliyəm. Adam qadına baxmış. Puldan söz etdiyini düşünürmüş. Qadın dərhal bu düşüncəni düzəltmiş: "Sözünü etdiyim, pul deyil. Ondan kənar bir şey istəyirəm. Həyatın hər sahəsində mükəmməlliyi axtaran bir kişiyə ehtiyacim var". Adam, arxaya söykənib qollarını birləşdirərək qadından bir az daha şərh istəmiş. Qadın başlamış anl