Ana içeriğe atla

Kayıtlar

Şubat, 2017 tarihine ait yayınlar gösteriliyor

Şeir yazmaq...

"Şeir yazmaq..." Şeir yazmaq - gecənin bir aləmində qələmi yorğanın etməkdir.  O qələmdən axan isti mürəkkəbi bəyaz kağızda soyutmaqdır. Şeir yazmaq - bəzən bir kişinin ürəyini ovutmaq, Sevgisini ovcunda sıxmaq Və gizli duyğularına bıçaq yarası açmaqdır. Şeir yazmaq - Hər insanın görə bilmədiklərini görməkdir. Hıçqırıqsız süzülən göz yaşlarını, Donmuş hisslərini, Həsrət küləyinin sovurduğu arzularını bir-bir yerlərdən toplamaqdır. Şeir yazmaq - Bir qadının ürəyinə yol tapmaqdı, Bir ananı sabaha inandırmaq, Bir körpəyə ümid bağlamaqdı... Şeir yazmaq - İçindən asılmış intihar kəndirində boğulmaq, Ayağın altındakı stulu qələminlə itələməkdir. Şeir yazmaq - bütün haqsızlıqlara hayqırmaq, günahlara əhv istəməkdir. Dilək diləmək, əhd etməkdir. Göylərdən səadət ummaq, Ovucları yuxarı baxan əllərə inam səpələməkdir. Şeir yazmaq - Misralarınla ibadət etməkdir,. Kağızın səccadə, qələmin möhür, Pozanınla üzü qibləyə dayanmış arınmağa hazır insan olmaqdır. Şeir yazmaq

Baharı-Qışı gözləmək...

Bir qədəhin dibində qan qırmızı şərab, qaranlıq otağı bəyaz işığa boyayan Ayın nazlı süzülüşü, yanan odun çartırtısı, bayırdakı qar dənələrini qovan rüzgar uğultusu ilə qarışıb dodaqlarında udqunmaq üçün qışı gözləyirəm... Yaşıllıq içində çiçəkləyən bir ərik ağacının ağ çiçəklərindən saçına çələng hörmək, ilıq günəşin partıltısında baxışlarını qucaqlamaq, yağmur sonrası torpaq qoxunu ciyərimə doldurmaq üçün baharı gözləyirəm... 23.09.2017

Dəniz üçün...

Var olmağın üçün bütün qəlbimlə tələsirdim... Yeni ayda səni gözləyirdim - usanmadan, yorulmadan, ümidlə... Və o gün - səhərin altısında varlığının sevincini yaşadıq, səssizcə bir-birimizə sarılıb ağladıq... Bütün bədənimi titrətmişdin, susmuşduq, çaşmışdıq, bu hissi belə yaşamışdıq... Bir zaman sonra var olmağını ən incəlikləri ilə hiss etdirməyə başladın. Sanki "mən burdayam" deyirdin. Ən sevdiyim yeməklər boğazıma düzülmüş, ən sevdiyim qoxular zəhərli tüstü kimi ciyərimi acıdırdı. Olsun... varlığın hər şeyin ötəsində idi. Daha kim olduğunu bilmədən bu qədər həyəcanla gözləyirdik səni. Hər alışverişdə o kiçik vücudunu xəyal edib əlbisələrini almadan keçməzdik. Daha gəlmədən hər şeyin olmuşdu... O gün - varlığını bildiyimiz gün qədər həyəcanlı idi kim olduğunu öyrənmək. Bir qızınız olacaq demişdi uzist həkim... Bir qızımız olacağını bilmək sevinci səmanın ən uca qatına qaldırmışdı bizi... Artıq bizi biz edən SƏN idin. Adını belə qoymuşduq, adınla səslənir, adınla sevirdik

Ümid dolu ümidsizliklər...

Qarşısında boz rəngli ümidlərin səpələndiyi masa Və bir də yanağındakı çuxura dolmuş damlalar ilə dərdləşirdi bir qadın... Səssizliyin çığlığından qulaq tutulurdu. Nə idi düşündüyü? Yaşantılar, Aldanışlar, Ümid dolu ümidsizliklər, Bir də solmuş vədlər... Bir qadının sağalmaz yarasıdır Ona qarşı deyilib də tutulmayan sözlər... Bir qadın ümidini itirdiyi vaxt acizləşir, gücsüzləşir. Bir qadın aldadıldığı zaman tükənir.. Sakit nəzərlərlə masadakı ümidsizliklərini topladı... Yanağındakı damlaları əlinin tərsi ilə boşaltdı, Və qadın ayağa durdu. Bu duruş gücünü göstərdi ona... Bir qadın aldadıldığı vaxt güclənir Pəncərə kənarındakı məsum varlığa baxdı - Övladına... Hər şeyi sıfırlayıb yenidən ən başa qayıtdı. O gün o qadın qazandıqlarının fərqinə vardı, O gün o qadın nə qədər güclü olduğunu anladı... anladı... O gün hər şey o qadın üçün yenidən başladı. Və o gün o qadın bir şeyi öyrəndi - Qadın ana olduğu zaman güclüdür... 04.02.2017

Taleyim...

Bəyaz buludlarla yaz bəxtimi, Tanrım Yağışla çamura çevrilən torpaqdan pay almasın taleyim Və bir də, ağrıları sil qismətimdən Yenidən yaz alın yazımı,  acısız olsun,  sızıldatma bağışladığın həyatı... 05.02.2017

O gün...

Bir gün heç ummadığın anda taqətdən düşəcək qolların, söz tutmayan dilin və quruyan dodaqlarının çatları gözlərinin dərinliyindən su gətirəcək…  Bir gün ağlayacaq ürəyin, hıçqırıqsız, heç dinmədən, səssizcə içindən lal olacaq arzuların... Bir gün xatirində bir səhnə qurulacaq. Qolların sonsuzluğun qaranlığında boş qucağa çevriləcək. Zəlzələ sonrası uçurumlar altında qalmış kimi bütün əzaların sızıltılı bir musiqi simfoniyasını andıracaq. Bir gün ümidlərin vücudundan əvvəl öləcək. Ruhun cismində ikən tərk edilişi dadacaq soyuq bədənin. Bir gün kimsəsizliyə qonaq olub, heç kim olaraq həyatdan göylərə deyil, yerin ən dərin qatına köçəcəksən. O gün bu gündür... 08.02.2017