Ana içeriğe atla

Kayıtlar

Şubat, 2016 tarihine ait yayınlar gösteriliyor

Boşanmaq istəyən qadının sonrakı peşmanlığı...

Sevgi və Murad bir neçə illik evli idilər. Murad çalışır, xanımı Sevgi isə evdar qadın idi. Murad hər gün tezdən işə gedir, axşam olunca iş çıxışı evə qayıdır, birlikdə şam edirdilər. Sonrasında xanım yenə ev işləri ilə məşğul olur, Murad isə televizor izləyər, matça baxardı. İşi bitən Sevgi öz otağına çəkilir, kitab oxuyurdu. Danışacaq və müzakirə edəcəkləri ortaq bir mövzuları belə olmurdu. Bəzən Sevgi rəfiqələri ilə görüşündən danışar, Muradın sadəcə dinləyərək başını sallaması onu həvəsdən salırdı. Övladları olmurdu. Bu şəkildə davam edən monoton ailə ortamı Sevginin sıxılmasına səbəb olmuş, çox düşünməsinə rəğmən çarə tapa bilməmişdi. Amma düşündüyü bir şey var idi: boşanmaq... Bir axşam Muradın evə gəlişini gözlədi, həyəcandan əlləri titrəyir, dil-dodağı quruyurdu. Bu gecə Murada boşanmaq istədiyini açıqlayacaqdı. Axşam yeməyindən sonra ərinin yanında oturdu. Murada baxaraq söhbət etmək istədiyini bildirdi. Murad başını televizordan çəkib arvadının gözlərinə baxdı.  Se

Gecə Ay ilə söhbətim…

Gecə 02:01... Ayın məhzun baxışı altında otağıma dolan işıltılar günahlarımı xatırladırdı ruhuma... Qəlb qırıntıları tökülüb döşəməyə toplasam, ovuc içimə yapışdırmaqla uğraşsam da, öncəki kimi olmayacağı bəlli... Səssizliyin çığlığı beynimi deşir Ayın məsumluğu gözlərimi sakitləşdirir yuxu gətirir huzur gətirir... Ayın dürüstlüyü izlərindən bilinirdi yaşanmışlıqlarını gizlətməmişdi sirətində min illiklər boyunca üzündəki ləkə cığıra salmışdı yaşananları... Çöhrəsində al rəng sezilirdi utanırdı pəncərəmdən uzaqlaşmağa görüntüsü həm intihara səbəb olardı həm də həyat eşqi qazanmağa... Parıltısı duaları da dilləndirərdi içimdə isyankarlığı da. Çözərdi, bəlkə də, lal olmuş arzuların keçmişini Və bu gününü... Aysel Abdullazadə - "Günəşin Düşmədiyi Odalar" kitabından

Eşqə edilən səcdə…

Qəlbin diz çöksün qürurun qarşısında sevgin əbədiyyətə qovuşsun, eşq dünyasında... Ruhun qalxsın göylərə cismini tərk eyləsin Varlığın bütünləşsin özünlə Tanrını dərk eyləsin... Sevərkən şəhərdə əzan səsi ucalar ürəkdə sükutu inkar edən dualar Onunla söhbətə başlar... Səcdə etdiyin Eşq üçün qəlbin möhür daşına toxunar... Onun sevgisi yoxsa məhrəmində nə səcdənə inanar nə də Ona üsyanına məhəl qoyar... Aysel Abdullazadə....

Bir az eşq lazım...

Qaranlığına saxladım bütün sirlərimi. Yazdım siyahına oxunmamış şeirlərimi Ulduzlarına fal açdırdım Ay'dan soruşdum EŞQ'i gecədə tapdım ayaq izlərini… Və mən səni gecədə gördüm Düşlərimdə gəzərkən… Hər şeyi unutdum bu gecə Ruhunla sevişərkən… Aysel Abdullazadə...

Qayıt, günəşim…

Təbiətdə hələ görmədiyim rənglər var neçə gecə qıvrandım acıdan Ey mənim Günəşim, tez gəl olub bitən şeylər var… Sonsuz düşlərdə Kölgənin peşindəyəm. Kiməm mən? Heçəmsə əgər, əsla, ruhum varmaz səcdəyə. Mənəmsə əgər, ruhumun səsi dolaşar iliklərimdə Qanadar ürəyimi Qulağımı duymaz edər… Dirənirəm yoxluğuna Bütün misraları sənə düzürəm Hər şey çözülməli, mütləq O zaman – Məndəki mən Məndəki sən Sarılacaq bir-birinə… Bir ovuc nəfəslə Eşqə gəl Yaşat məndəki səni. Aysel Abdullazadə...

Bilinməyən yolçuluq…

İstiqaməti olmayan gəmidə Məqsədsiz sərnişinlər kimiydik Gedişimizi rüzgar və həyat bəlirləmişdi Ona tabe idik, ona təslim... Sonu görünməyən mavi sularda Günlərlə, aylarla getmək vardı Başını yuxarı qaldırsan da, Aşağı - yerə baxsan da, İki eyni rəng görürdük Mavi... İstiqamətsiz sularda xoşbəxtliyi oynamaq kimiydi Həyatı yaşamaq. Nə önünü görə bilərdik, nə də olacaqları təxmin edə... Nə cənnəti bilərdik irəlidə, Nə də cəhənnəmi duyardıq az ötədə... Duyulan iki səs vardı Rüzgarın uğultusu, bir də mavi suların fəryadı Nəsə demək istəyirdi daşıdığı yolçularına Apardığı yeri söyləyirdi, bəlkə də Acıya mı, mutluluğa mı gedirdik Bəlli deyildi... Bəlkə də, imtina edirdi dəniz Qayıt deyirdi rüzgar Aid olduğun yerə. Bəlkə də, boğmaq istəyirdi fəryadı ilə Susmuş, çarəsiz təslimiyyətə qovuşmuş insanları... Aysel Abdullazadə...

Sənsizlik…

Sənsizliyin anılarında yaşayıram şəhərimdəsən. Acılarınla dolub-daşdım, sözlərinin yağmurunda islandım hər gecə yuxumda düşlərimdəsən... Sevdanın taxtında əyləşmiş zülm əzab verir ruhuma. Qırbaclı kəlimələr dilindən çıxdıqca şıram salır xəyallarıma incidir, göynədir, sızladır qəlbimə çırpdığın arzular... Aysel Abdullazadə...

…Sonbahar çılpaqlığı

Çılpağlığın dəb olduğu mövsümdəyik bir azdan hər şey soyunacaq ağaclar, çiçəklər, torpaq soyunub soyudacaq bədənini... Ağac yarpaqlardan əlbisəsini didik-didik edib torpağa ərmağan edəcək. çiçəklər ləçəyindən imtina torpaq günəşdən... Çılpaqlığı yaşayacaq təbiət yarandığı doğallığa qayıdacaq doğa... yabanı olacaq rüzgar doğmalaşacaq yağmur... Çılpaq bir şəhərin qoynundan baxacaq ümidlər. Siqaretin son kökü ilə birlikdə yazılacaq islanmış şeirlər... Bu şəhərə sonbahar gələcək bəlkə də, gəlmiş artıq soyundurub şəhvətlə sevişəcək təbiətlə çılpaqlığından utanan bu şəhər al rəngə boyanacaq ara bir, qızaracaq üfüqləri Və soyuq bir vücudu saracaq doğulan şəfəqlər... Aysel Abdullazadə...

Dəniz...

...Çırpınırdı Ağ köpükləri qayalara vururdu özünü cümlələr yazırdı dalğaları ilə nəsə demək istəyərcəsinə - Dəniz... Əsəbi, bir az da qorxulu idi Vahiməsi baxışından duyulurdu Ziyarətinə gələnlərə qışqırırdı qovarcasına... Çağlayırdı, adsız yüksəkliklərə doğru harasa çatmaq istəyirdi, elə bil Simasında etiraz vardı, bir az küskünlük, bir az da hikkələnirdi qəfil... Rəngi də dəyişmişdi boğulmuş kimi boza bulanmışlığı vardı... Üstündən uçan qağayılara dalğalarıyla yetişmək niyyətində. Görüşünə gələn insanları uğultusuyla salamlama istəyində... ...Çırpınırdı bu gün bəlkə də, ağlayırdı Dəniz. Aysel Abdullazadə... 09.09.2015

Həsrət...

Ağlımdan keçər unutdum demək Barmaqlarımdan keçər tutuqluluğum... Əli qırılası bir həsrət var içimdə Ürəyi qırılası bir eşqdən qalma. Kirpiklərimin kənarından başlayır Özlədim kəlməsi sonrası Boza bulanmışlıq... Sayılan rəqəmlər sona vardığında sonsuzluğun gerçəkliyi itər sona varmaq, unutmaq və göz yaşı birikdirər... Deyilən bütün sözlər qulaq ardı olar kəlimələr saxta, təsəllilər boş... Unutdum desən, yalan... Eşq desən, səsinin özünə qayıtdığı bir otaqda hıçqırıq, boğazına ip salınmış sözlər, yanağında cığır açmış məsamələr və arzularının ayağının altından itələnmiş bir kiçik masa... Həyat desən, bir dairəyə salınmış çoxluqlar ibarəti... Aysel Abdullazadə...

Doğulan ilk…

Bu gecə qayğılar da yatıb Dərdlər də yorğanını üstünə çəkib Səssizcə yuxuya dalıb… Bu gecə sabaha hamilədir Səhərin yeddisində doğulacaq günəş Xəfif rüzgar qığıltısı ilə gülümsəyəcək… Bu gecə unudulub keçmiş sevgilər Keçilən küçələr, Yaşanılan evlər Və bütün şəhərlər. Bu gecə dabanına tüpürüb qaçıb Mənalı və mənasız ayrılıqlar… Yatsa da bütün dünya Azan səsinə oyanan şəhərlər Qapısı açıq məscidlərdə dua edən ürəklər Göyə açılan əllər Və dodaq altında deyilən sözlər – “Sən – var oluşumuzun səbəbi!” Bütün çıxışların istiqamətdir. Bu gecə sabahı dünyaya gətirdi… Aysel Abdullazadə...

Ədəbiyyatda və teatrda "çadra"

Aysel Abdullazadə YeniBaxis.Az üçün yazır: "Bürünmüşük bir qara çadraya, açıb xilas olmaq istəyəni də öz çadrası ilə boğuruq" Ədəbiyyatda və teatrda bu "çadra"dan danışmaq istəyirəm. Açıq-saçıqlıq, əsərlərdə vulqarizmlər və səhnədə açıqlığı qısıtlanmayan göstərilər tez-tez müzakirə olunan və həllini tapmayan bir məsələdir. Əslində bir problem kimi qoyulsa da, ortadakı sorunun nə olduğu bəlli deyil. Ədəbiyyat birbaşa yaşamdır, teatr da həmçinin. Yaşamın, yaşantının sözlə və ya göstərişlə, səhnələşdirmə ilə cəmiyyətə sunulmasında niyə təhrif olunmalıdır? Niyə hər şeyi olduğu kimi yox, "bəzəyərək", cilalayaraq göstərməyi istəyirsiniz? Ədəbiyyat yaşantılardan ibarətdir, həyatlardan bəhs edir. Məgər biz yaşadıqlarımızı xatırlayanda içindən yaxşı hissələri xatırlayıb, "qaranlıq" olan tərəflərini beynimizdən silirik? Əgər belə ediriksə, yaxud etməliyiksə, deməli, həyatı səmimi yaşamırıq. Həyat yaxşı ilə bərabər pisi də özündə barındırır.

Bilmirdim...

Bilmirdim, acının əslində təcrübələri doğduğunu bilmirdim, daş altında qalan əlin göyərtisindəki sızıltının qəlbdə duyulduğunu və mən bilmirdim, ən ağır itkinin bir anada olduğunu... bilmirdim ki, çətinliklər "dostları" uzaq salar yaxşı günün, bir də, pis günü olar şərəfə qaldırılan badələri tutan əllərin darda uzanmadığını bilmirdim... şərab şüşələrinin rəngi yalnız sabaha qədər tünd olurmuş aydınlığa qovuşan günün ilk saatları ilə qan qırmızı qədəhlərin rəngi solurmuş sevgilər bir gecəyə qonaq olurmuş bilmirdim... bilmirdim, hər doğana ana deyilirmiş hər "kişi"yə ata hər sevənə Məcnun deyilirmiş gedişi olan hər eşqə "əfsanə" bəs hanı bunların əsli soruşulanda cavabını verə bilmirdim. bütün güllər eyni rəngdə deyilmiş eyni cür ətri olmaz, eyni torpaqda boy atsa da eyni sevgilərə sunulmaz, gül olsa da bilmirdim, yalnız qızılgül sevgi gülü imiş... İstiliyi olmazmış bütün çatısı olan evlərin məhəb