İstiqaməti olmayan gəmidə
Məqsədsiz sərnişinlər
kimiydik
Gedişimizi rüzgar və həyat
bəlirləmişdi
Ona tabe idik, ona təslim...
Sonu görünməyən mavi sularda
Günlərlə, aylarla getmək
vardı
Başını yuxarı qaldırsan da,
Aşağı - yerə baxsan da,
İki eyni rəng görürdük
Mavi...
İstiqamətsiz sularda
xoşbəxtliyi oynamaq kimiydi
Həyatı yaşamaq.
Nə önünü görə bilərdik, nə də
olacaqları təxmin edə...
Nə cənnəti bilərdik irəlidə,
Nə də cəhənnəmi duyardıq az
ötədə...
Duyulan iki səs vardı
Rüzgarın uğultusu, bir də
mavi suların fəryadı
Nəsə demək istəyirdi daşıdığı
yolçularına
Apardığı yeri söyləyirdi,
bəlkə də
Acıya mı, mutluluğa mı
gedirdik
Bəlli deyildi...
Bəlkə də, imtina edirdi dəniz
Qayıt deyirdi rüzgar
Aid olduğun yerə.
Bəlkə də, boğmaq istəyirdi
fəryadı ilə
Susmuş, çarəsiz təslimiyyətə
qovuşmuş insanları...
Aysel Abdullazadə...
Yorumlar
Yorum Gönder