Ana içeriğe atla

Sevişmək və seks anlamı


Sevişmək və seks...  Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə içərən hərəkətdir. Sevişmək rəqsdir, bir - birinə uyum sağlamağacəhd edən iki vücudun rəqsidir. Partnyorun nəfəsini duymaq, qəlb atışlarının tezliyindən xəbərdar olmaqdır, iki vücuddan çıxıb birləşən bir ruhdur. İnsan ruhunun duyumudur sevişmək. Bir-birinə toxunan əlin kimə aid olduğunun unudulduğu andır, təpədən dırnağa bir insanda birləşməkdir.

Hisslərin pik nöqtəsinin sevişmədən keçid alınan forması seksdir. Seks bir amaclıdır, piki yaşamaq, zirvəyə varıb dayanmaq... Seks sevişmənin ərsəyə gətirdiyi bir andır ki, ereksiya formasını almış kişi penisinin qadının daxilinə qəbul etməyə hazır vaginanın birləşimindən yaranır və həzz verən bir əsrarəngiz duyğu ilə sonlanır. Seks artıq yaşanmış sevişmədən bütünlüyü ilə oyanan bədənin zirvəni fəth etmək istəyidir. Canın canda olduğu andır, insan ruhunun birləşib bütöv olaraq təzahürünün bitdiyində yenidən ayrılması ilə nəticələnən bir yaşamdır. Eyni zamanda sevişmə ilə seks ard-arda yaşanan proses olsa da vəhdətliyi qırılmayan şəkildə davam etməlidir, əks təqdirdə çox sıxıcı və quru yaxınlıq olar. Sevişmənin sonucu ilə seksə keçilsə də, seksin başlaması ilə sevişmə yenə davam etməlidir. Sekslə yanaşı eyni anda öpüşmə, toxunma, nəvaziş dayandırılmamalıdır. Kişilərin diqqət etmədiyi, qadınların isə tam diqqətində olan nüans budur.
 Birdə sevgi sözcükləri var, mən deyərdim ki, heç bir istəyi olmayan qadını belə bu sevgi sözləri ilə ram etmək olar. Bu sözlər bütün sevişmə saatı boyunca itirilməməlidir, çünki söz beyinə ötürülən siqnaldır və bir başa hisslərə təsir edir. Qadını bu gözəl sözlərlə kişi daha da həvəsləndirməlidir. Sevgiylə qulağa pıçıldanan bir kəliməyə heç bir qadın qarşı qoya bilməz.

Və əlaqənin sonunda əsas bir məqam cinsi akt sonlandırıldıqdan sonra partnyorların ayrılıqda yuxuya getməsidir. Son kimi görünsə də münasibət üçün ən mühüm amillərdən biridir. Bir az əvvəl göstərilən qayğını, nəvazişi qadın bu anda daha çox arzulayar. Kişisinin ona sarılıb, saçlarını qoxulayıb yuxuya getməsi qadını xoşbəxt edər. Bu nüanslara əməl edərək yaşanan birlikdəlik həmişə arzuolunan mutluluq saçar...
Sevgiylə qalın...

Aysel Abdullazadə
29.09.2014

Yorumlar

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar