Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2014 tarihine ait yayınlar gösteriliyor

Qadın cəmiyyətin yaralı yeri deyil, yaraladığı yerdir!

Həyatda sabahından kim sığortalanıb? Hansı birimiz dünənimizdən, bu gündən və sabahımızdan sığortalanmışıq? İnsanın başına beş dəqiqə sonra nə gələcəyini Allahdan başqa kim bilər? Heç kim... Bəs bu millətin beynindəki düşüncə niyə belə qısıtdır? Kişilərimiz niyə bu dərəcədə bəsit düşünürlər, niyə bu qədər acgözdürlər? Gənc bir qız xoşbəxt olmaq üçün ailə qurur, evlənir və o gündən sonra QADIN olur. Həyatında gözləmədiyi şəkildə, heç vaxt ağlına belə gətirmədiyi hadisələr baş verir, cəmiyyətin qınağını düşünən bu gənc qadın bir müddət daha çətinliklər qarşısında güclü dayanır, mübarizə aparır. Amma nə yazıq ki, artıq heç nəyin düşündüyü, arzuladığı kimi olmadığını görür və nigahını sonlandıraraq ailə həyatına yekun vurur. Məhz elə  keşməkeşli həyat burdan yeni bir başlanğıcla boy atır. Cəmiyyətdə birmənalı qarşılanmayan bu hal qadın üçün təhlükəli olmağa başlayır. Artıq atılan addımlarda çox diqqətli olmaq gərəkir. Hər bir göstərilən kişi nəvazişi, qayğısı və hətta se

Ayselin doğum günü - 24 yaş

Bu gün dünyaya gəlişimdən tam 24 il keçir. Bu illər ərzində gözəl uşaqlıq xatirələrim, orta məktəb illərim, universitet məzunu olma günüm, evliliyim, ayrılma məqamım və bu günüm həmişə xatirimdə yaşayacaq. İnsan həyatında bir neçə dəfə dərin izlər buraxaraq yaddaşına bir ömür boyu həkk olunacaq anlar yaşayır.  Bunlar dövrlərlə mərhələlər şəklində kino lenti kimi həyat səhnəmizdə həmişə canlanır. Yaşamımızın ən maraqlı və qayğısız, bəxtəvər illəri uşaqlıq dövrümüzdür. Mənimdə uşaqlıq xatirələrim daima gözəl, sevgi ilə anımsadığım illərimdir. Orta məktəb dövrü və gəncliyin ilk addımı olan tələbəlik! Sonra enişli-yoxuşlu, insanı formalaşdıran, həyat üçün hazırlayan, müəyyən qəliblərə salan yaşam tərzi, ailə həyatı, bəzi atılan uğursuz addımların acı nəticələri ilə böyüyürük.  Bütün bu saydıqlarımı mən yaşamışam, çətinlikləri, acını, yalnızlığı, çarəsizliyi-hamısını dadmışam. Həyat səhnəsində insanlar həmişə eyni rolda yer almırlar, daima dəyişikliklər olur. çünki eyni olsa