Ana içeriğe atla

Ayselin doğum günü - 24 yaş


Bu gün dünyaya gəlişimdən tam 24 il keçir. Bu illər ərzində gözəl uşaqlıq xatirələrim, orta məktəb illərim, universitet məzunu olma günüm, evliliyim, ayrılma məqamım və bu günüm həmişə xatirimdə yaşayacaq. İnsan həyatında bir neçə dəfə dərin izlər buraxaraq yaddaşına bir ömür boyu həkk olunacaq anlar yaşayır. 
Bunlar dövrlərlə mərhələlər şəklində kino lenti kimi həyat səhnəmizdə həmişə canlanır. Yaşamımızın ən maraqlı və qayğısız, bəxtəvər illəri uşaqlıq dövrümüzdür. Mənimdə uşaqlıq xatirələrim daima gözəl, sevgi ilə anımsadığım illərimdir. Orta məktəb dövrü və gəncliyin ilk addımı olan tələbəlik! Sonra enişli-yoxuşlu, insanı formalaşdıran, həyat üçün hazırlayan, müəyyən qəliblərə salan yaşam tərzi, ailə həyatı, bəzi atılan uğursuz addımların acı nəticələri ilə böyüyürük. 

Bütün bu saydıqlarımı mən yaşamışam, çətinlikləri, acını, yalnızlığı, çarəsizliyi-hamısını dadmışam. Həyat səhnəsində insanlar həmişə eyni rolda yer almırlar, daima dəyişikliklər olur. çünki eyni olsa insan digər şeylərin qədrini bilməz, aradakı fərqi anlamaz, yaxşı ilə pisi seçməkdə aciz qalar. Mən də elə, həyat səhnəmdə rollarım çox olub, onlar bir xatirə kimi daimamənimlə yaddaşımda qalacaq. 

Və nəhayət, bu gün mən varamsa, mən Aysel olaraq həyatda öz yerimi tuta bilmişəmsə bu mənim uğurumdur, sevincimdir, özümə olan güvənimdir. Həyat eşqim bütün acı xatirələrə, çətin günlərə rəğmən heç vaxt azalmayıb və sönməyib. 

Bunun üçün Allahıma daima şükürlər edirəm. Çünki O həmişə yanımda olub, mənimlə olub və heç vaxt məni yalnız buraxmayıb.Bu gün 24 yaşım tamam oldu, həyatımdan bir il də beləcə geridə qaldı. Yaşımın artmağından heç də narahat deyiləm, əksinə mən həmişə olqun görünmək istəmişəm, bacarmışam da. Çünki həyat məni böyüdüb, bioloji yaşım bu gün 24 olsa da, həyat yaşım 34-ün üstündədir. 

Həyatın keşməkeşlərlə böyütdüyü insanlar daha güclü olur. Mən də o insanlardanam. Bu gün xoşbəxtəm, ətrafımda sevdiyim insanlarla əhatə olunmuşam və bu məni xoşbəxt etməyə yetəcək səbəbdir, həmçinin saglamlığım yerindədirsə, sevdiyim işlə məşğulamsa, mənim üçün hər şey qaydasındadır. Bu gün çoxlu hədiyyələr və təbriklər almışam, ətrafımda məni sevən yetərincə insan var, hər birinə sonsuz təşəkkürlər! 

Özümə isə arzum gələn il 25 yaşımı ana olaraq qeyd etməyimdir, Allah nəsib etsin!  Xırda şeylərlə mutlu olmağı bacaran insan hər zaman xoşbəxtdir. Hər şeyə, hər kəsə inad mən xoşbəxtəm...

Aysel Abdullazadə
06.05.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar