Ana içeriğe atla

Kayıtlar

Ağustos, 2014 tarihine ait yayınlar gösteriliyor

Bizdə və onlarda QADIN...

Aysel Abdullazadə yazır: Cəmiyyətimizdə qadın olmaq çətindir. Bunu ağlım kəsəndən, fikir yürüdə bilmək qabiliyyətim olandan və bir qadın kimi hüquqlarımı dərk edəndən müşahidə etmişəm. Azərbaycan cəmiyyətində qadın kimi yaşamaq özgüvən tələb edir. Əks halda acizlik pəncərəsindən bir kölə kimi, sızan zəif işığa baxmaqla kifayətlənəcəksən. Bu gün cəmiyyətimiz qadına düşüncəsinə yox, geyiminə görə, ağlına yox qaşlarına görə, dünyagörüşünə və savadına yox, xarici ölkədə olmağına görə qiymət verir. Bu qadının yox, gəncliyimizin acizliyi və bəsit düşüncəsidir.  Yolda gedən bir xanım qısa ətək və ya dizləri yamaqlı cins şalvar geyinibsə, heç tərəddüdsüz əxlaqsızdır. Evlənməmiş gənc bir qız qaşındakı artıq və iyrənc görünən tüklərdən azad olubsa, yolunu azıb. Bir xanım işlə əlaqədar və ya sadəcə gəzmək, görmək amaclı xarici ölkəyə səfər edibsə, kəsinliklə adı fahişədir. Bu fikirlər danılmazdır. Azərbaycan "kişisinin" yuyulmuş beyninin məhsuludur. Qadını çərçivəyə salma

Xəyal...

Hər insanın xəyalı olması onun daxilinin nə dərəcədə geniş və düşüncələrinin necə formalaşmağından xəbər verir. Çünki xəyal həmin insanın içidir, daxilidir, kim olmağını anladan prosesdir. Bəs hər insan xəyal qurarmı? Beynində yaşatdığı, arzuladığı şeyləri özü üçün bir dünya halında toparlayıb, orda, öz qurduğu dünyanı həmişə özü ilə daşıyan insanlar nə qədərdir? Məncə, xəyal insan yaşamının bir hissəsidir, hətta mən deyərdim ki, xəyal qurmayan insanın hədəfləri olmur. Çünki öncə beynimizdə istəyimizə adaptasiya olub, onu canlandırıb necə gerçəyə çevirəcəyimizi düşünəndən sonra nail olmağa müvəffəq oluruq. Xəyal özü də bir dünyadır, çünki yaratmaq istədiyimiz şeyləri, arzularımızı orda cəmləyib, bir araya toplayırıq. Xəyallar insanın yaşam həvəsidir, eşqidir. Ruh yüksəkliyi yaradan, insanın  istəklərini özündə birləşdirən və divardan asdığı bir çərçivədir, beynində həmişə o çərçivəni canlandırmaqdır. Xəyallarımız bizim məhz bizə aid olan dünyamızdır, çenki orda artıq insan