Ana içeriğe atla

Kayıtlar

Ocak, 2017 tarihine ait yayınlar gösteriliyor

"İnsanlıq axtarışında" layihəsinin qonağı Aysel Abdullazadə

"İnsanlıq axtarışında" layihəsinin qonağı Aysel Abdullazadə... Adınız, soyadınız, doğum tarixiniz. Peşəniz, ixtisasınız və ya fəaliyyətiniz. Valideynləriniz barədə qısaca məlumat. - Abdullazadə Aysel - 06.05.1990 Filoloq-Yazar, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, "Günəşin Düşmədiyi Odalar" kitabının müəllifi. Atam Abdullayev Nizami orta məktəbdə riyaziyyat fənnini tədris edir. Əməkdar müəllimdir. Anam Abbasova Sürəyya tarix müəllimidir. Hazırda təqaüdçüdür. Bacım Feyzizadə Aytac ali təhsillidir. Dövlət qulluqçusudur. Qardaşım Abdullazadə Ayxan orta məktəbin V sinif şagirdidir. 01. Həyatda hər kəsin bir missiyası vardır. Sizcə sizin misiyanız nədir? - Mənə görə, ümumiyyətlə, insanlar dünyaya müəyyən missiyalar üçün gəlib. Mən toplumsal sorunların insanların missiyası sayəsində çözülə biləcəyinə inanıram. Məsələn, şəxsim adına deyə bilərəm ki, mənim həyatdakı missiyam insanları maariflənməyə səsləmək, onlara bu yolda dəstək olmaqdır. Cahillikdən ar