Ana içeriğe atla

Kayıtlar

Ekim, 2017 tarihine ait yayınlar gösteriliyor

Onlar həm müəllim, həm də ömür-gün yoldaşıdır...

Ən şərəfli peşə - müəllim! Gözümü açan gündən evimizdə şagirdlər görmüşəm. Anam danışır ki, hələ bələkdə olan körpə vaxtlarımda ağlamağım eşidilməsin deyə məni qucağında gəzdirirmiş. Atam o vaxtdan məktəbdə dərs deməklə bərabər repetitorluqla məşğul idi. Bir otaqlı evimizdə şagirdlərə özəl dərs verən atam bizi bu şərəfli peşənin qazancı ilə böyütmüşdü. Ömrünün otuz yeddi ilini öyrətməyə sərf edən, öyrətməklə bərabər öyrənməyin də önəmini unutmayan öyrətmənlərdən idi Nizami müəllim. Nizami Abdullayev 01 oktyabr 1957-ci ildə zəhmətkeş ailəsində doğulub. 1975-ci ildə Tovuz rayon A.S.Puşkin adına orta məktəbi əla qiymətlərlə bitirərək Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul olur. Ali təhsilini fərqlənmə ilə başa vuraraq Tovuz rayonununa təyinatla müəllim olaraq göndərilir. İlk müəllimlik fəaliyyətini ucqar bir kənddə başlasa da, riyaziyyat fənninə olan xüsusi sevgisi ona peşəsində irəliləməkdə əvəzsiz yardımçı olur. Rayon mərkəzindəki məktəblərin birində