Çıxarın bənövşəyi jaketləri cehiz sandıqlarından... Axşam yeməyindən sonra bol köpüklü qəhvəmi hazırlayıb, evimin kitab oxumaq üçün olan küncünə çəkildim. Dünən “Qadınca addımlar” proqramının qonağı Antalya Qadın Dayanışma Mərkəzinin könüllüləri idi. Dilək Eldəniz və Kamilə Yılmaz. Tanış olduq, proqram öncəsi qadına və mərkəzə dair söhbət etdik. Gözəl bir proqram oldu. Mövzu qadın olunca zatən özümü unuduram. Sonra proqramda danışdıqlarımı yayımı izləyərkən xatırlayıram. Kamilə Yılmaz könüllü olmaqla bərabər, həm də bir yazıçıdır. Bəli, qadın yazıçı. Mənə kitabını hədiyyə etdi. Kitab hədiyyəsinə necə sevindiyimi məni tanıyanlar bilir. Bu axşam da hədiyə kitabımı oxumağı hədəflədim. Fəqət, başlanğıcda ilk hekayəni oxuyub bitirincə içimdə bir sükut baş qaldırdı. Gerisini oxuya bilmədim. Niyəmi? Kamilə xanım ilk hekayəsinin adını kitaba verib – “Bənövşəyi Jaketli Qadın” (mor cepkenli kadın) Hekayəni oxuyub bitirdim və əlimdə olmadan kitabı bağladım. Mənə çox təsir etdi. Rəsmən
Filoloq, Yazar və Jurnalist Aysel Abdullazadə "gülün özəlliyi" adlı bloqunda öz qələmindən olan yazıları yayınlamaqdadır.