Ana içeriğe atla

Kayıtlar

Ağustos, 2015 tarihine ait yayınlar gösteriliyor

Mazut qoxulu sevgilim...

Ovuc içindəki xətləri daha qabarıq idi. Torpağın altında qalmış ağac kökü qədər sərt... Və yumruqları daha böyük idi bütün qüvvəsi əlində toplanmış kimi... Dırnaqlarının ətlə birləşdiyi yerdə qara cizgilər yol salmışdı zəhmətdən yaranmış kimi... Şimşək çaxması kimi gurultulu gözləri sanki, illərin əziyyətini danışırdı... Texnika dilində danışmağı bacarardı Bunu sənət edinmişdi özünə. Təhsilini bitirib, bu sahədə çalışmışdı düzünə... Hər görüşünə gələndə sanki, gövdəli sərt bir ağaca sarılırdı bədənim. Heybətindən güc alıb Vüqarına bir daha vurulurdu ürəyim... Bir dənizdən alardım qoxusunu bir də özündən. Sarıldığım vücudu əmək qoxuyardı... Sənəti hopmuşdu canına sevirdi onlarla uğraşmağı yaralı bir adamı sağaldan həkim  misalı... Yenidən həyata qaytarardı yüksək qabaritli yük daşıyıcılarını... Neft barındıran dənizə yayılan qədər Yayılmışdı qanına mazut qoxusu. Boynuna sarılanda burnumu dayayıb qoxuladığım olmuşdu mazut qoxusu. Əlləri qara,

Avqust şeiri

Gəlməyi maraqla gözlənilən qonaq kimiydin Qısa olmayan zaman yaşadın, yaşatdın... Sonları sevməzdim səndəki sonu görənə qədər Aylar mövsümlərin misafiridir ağırlanacağı bitən günə qədər... Otuz günün iki hissəlidir - on beşi günəşin, on beşi rüzgarın payında... Qadınından məmnun qalan, getməkdə qərarsız aşiq kimisən Müvəqqəti eşqdən, məcbur getməlisən... Günəşin rüzgarla əlbir olub yağmuruna hava atar. Yarpaqlar paltarını dəyişməyə hazırlaşıb üst geyimini soyunar... Bir az yalançılığı andırarsan gözdən pərdə asar istiliyin. Küləyin zəif, buludların qarışıq qorxudar adamı səssizliyin... Gedər ayaq yorğun kimi usulca baxarsan geriyə. Dənizin soyumuş kimi ləpələri sovrular irəliyə... Yadsan artıq bu fəsilə Getmək vaxtıdır. Yay sıxılıb səndən, ayrılır vücudundan qor atəşi Dönüşün gözləniləcək, arzulanacaq Tam da bir il sonra gəlmək vaxtıdır... 21.08.2014

Ölümün rəsmini cızdım...

Hələ dərk etməmişdim Anlamırdım ölümü Qayıdacağını düşünüb sayırdım dönən gününü... Hələ bilmirdim, ölüm bu qədər soyuqdur Bilmirdim acıları İnsan zamanla özü ovudur... O il payız təzəcə döymüşdü qapını Mən hələ əzbərləyib bitirməmişdim vurma cədvəlini... Yüzə qədər saya bilirdim Minliklərə çatmamışdım Bu acının dadına varmamışdım... Gecələr səsini duyaraq yatardım Ağrıların canına yapışmışdı Xəstəliyin yuxunu gözündən almışdı... Səndən sonra ağlayaraq iki əl uzanardı üstünə. Yanağına bir busə qondurub, iki damla süzülərdi üzünə. Anam hıçqırıqlarını içinə atıb səssizcə çıxardı otağından. Barmaqları üzərində yürüyərdi səni oyatmadan... Hələ balaca idim o vaxtlar amma simanı unutmamışam. Cizgilərini anamın üzündənki xətlərdən cızıb "puzzle" kimi toplayıram bir araya... Üzündəki nur, gözlərindəki işıltı yansımışdı anamın bənizinə... Tez getdin, bizləri tez buraxdı nəfəsin, əllərin Səninlə küçədə yeriyəcəkdim hələ qoluna girib qürrələnərək

Özlərəm səni...

Özlərəm səni... Gecələri ay işığında! Bir kitabın səhifəsində, Huzura vardığımda… Özlərəm səni... Yaşıl bir ağac altında, Fidan kimi boyunla… Gülə bənzər gülüşlərin, Dört mövsüm boyunca! Beşincisi açar gül yanaqlarında… Bahar kimi! Dürlü rəng ve qoxularıyla… Özlərəm səni... Oxuduğum səhifələrdə! Gedərkən dönüşsüz yollara… Təlaşlı adımlarla! Röyalarımda səni sayıqladığımda… Özlərəm səni...

"Qadın kimi qadın..."

**Şair Onur Bilge'dən ən sevdiyim yazısıdır - "Qadın kimi qadın..." Bir qadın nə qədər gözəl, mədəni, zərif, dürüst və xoş olursa olsun, tündxasiyyət, narahat və əsəbidirsə, son dərəcə, itələyicidir. Hansı kişi belə bir qadınla olmaq istəyər? Yanında lüzumsuz əl-qol hərəkətləri ilə, əsəbi mimikalarla, dişlərini sıxaraq danışan, hər an partlamağa hazır bir bomba ilə nə qədər dinc və xoşbəxt ola bilərsiniz?  Qəşəng geyinmək də əhəmiyyətlidir, amma zəriflik daha əhəmiyyətlidir. İnsan yaradılış etibarilə kobud ola bilər. Elə ölçülü, elə toplu yeriyən xanımlar var ki, onların gedişlərini belə seyr etmək ruha dinclik verir. Hələ onlarla gəzintiyə çıxmaq nə qədər xoşbəxt edər insanı. Yerə basışlarındakı yumşaqlıq, addımlarındakı yavaş-yavaş, dinc temp ruhu rahatlaşdırar. Zəriflik, qadını şeirləşdirər! Nə qadınlar vardır örpəkli belə olsalar, süzülür kimi, rəqs edər kimi gedərlər. Bir stəkan su verərkən stəkanı deyil, dünyaları uzadarlar insana. 'Xidm

Bir qızım olacaq...

Bir qızım olacaq Gözləri mavi dənizə eş Gülüşü arzulara ümid olan... Bir qızım olacaq Çağlayan suların adını verdiyim Dünyama həyat eşqi deyə gətirdiyim. Balaca barmaqları, Yumru sifəti, Ağ bənizində çəhrayı dodaqları. Təbəssümü ümidim, Çöhrəsi günəşim olacaq... Hər səhər yaşantıma Bu çöhrənin al şəfəqləri saçılacaq... Parıldayan gözlərində Xəyallarımı yaşadan, Güləndə yanağında qəmzəsi açılan Bir qızım olacaq... İməkləməyi, Yürüyüşü, Qaçıb oynamağı Ömrümə illər calayacaq. Bir gün Dənizim olacaq Və o gün... Çox məsud bir ana olacaq... 05.08.2015

Baxış bucağı...

Nə qədər dayazdır, nə qədər dərin Görə bildiyin qədərdir hisslərin. Nə qədər görərsənsə, onu yaşayarsan Sərhədlərin haradırsa, yaşamın da ora qədərdir. Keçə bilməzsən sınırları Görə bilməzsən ondan sonrasını, Daha ötəsini... Yaşayamazsan dərinliyini Dayazlarla kiçildərsən həyatını Böyüdükcə baxış bucağının dərəcəsi artar, Ya azalar... Sınırları özün bəlirlə, ora sənindir İstər artır, istər kiçilt, Heç nə görmə, kiçilmişlərlə yaşa, Daha dərinə varma... Dünyan sənin baxa bildiyin qədərdir Yaşantın yaşamağı bacardığın ölçüdə... Görüb duyduqların genişlətməli baxış bucağını Pəncərə çərçivəsi qədər dar olmamalı Daha böyük, daha sərbəst, daha sınırsız... Dünyaya açılacaq qədər azad, Səni boğmayacaq qədər anlamlı Təlatümsüz, basqısız olmalı... Gördüyün, hər kəsin görə bildiyidir Daha ötəsi yox mu?! Var əlbəttə, sən görməyə qısıtlısan. Təkcə insan olduğunu görərsən, məsələn Varlığın içində bulunanları sezə bilməzsən. Uşağ

Get...

Getmək istədiyini bilirəm Əvvəlki kimi baxmır gözlərin Daha hərarəti yoxdur sözlərin. Ayağın getsə də, ürəyin tərəddüdədir Qolların uzansa sonsuzluğa, Barmaqların boşluqdadır. Get... Səni saxlamasın keçmiş, yaşananlar, Ya da xatirələr... Qəlbini ovutmasın nakam sevgi, Ya da aciz düşüncələr. Toxunuşun isitmir bədənimi Sevgin alışıb yandırmır qəlbimi Həyəcandan tərləmir ovucların Adiləşib artıq bütün duyğuların... Get... get... Bu sevgiyə getmək yaraşır Acıyaraq baxdığın o gözlər Sanma ki, yalnızlıqdan yaşarır. Gedişin ürəyimdə köz olub yansa da, Külünü sənə göstərmərəm. Yoxluğundan buz olub donsam da, Üşütdüyünü sənə bildirmərəm. Get... Dəli-divanə yaratdığın əsərinə Baxmadan səssizcə get... 05.08.2015

Ölkəmdə çimərlik mədəniyyəti...

Bu il dənizə getməmişdim, bunun da özəl səbəbləri var. İki gün əvvəl sadəcə gəzinti amaclı dənizə getdim. Mövsüm etibarilə sakit boş yer tapa bilmədim. Məqsədim bir az kitab oxuyub dolaşmaq idi. Adamların çoxluğu səbəbilə dənizin içinə qədər uzanan daşların üstündə oturub insanları seyr etməyə başladım. Mənzərə çox eybəcər görünürdü. Başqa ölkələrdən və ən əsası televiziyadakı çimərlik görüntülərindən fərqli idi gördüklərim. Qadınlara sanki çimərlik geyimləri qadağan olunmuş, ya da ümumiyyətlə bu geyimlərin varlığından xəbərsizdirlər kimi bir nəticəyə gəlmək qaçınılmaz idi. Kişilər uşaqları ilə dənizə girir, xanımları isə suyun kənarında ayaqlarını suya salıb oturmuşdular. Bir an düşündüm ki, burdakı adamlar hamısı eynidir. Xanımlar çimərlik geyimi əvəzinə ev paltarlarında dənizə gəlmişdilər, xalatla ayaqlarını suya qoyub oturan qadınlar nə qədər zövqsüz olduğumuzu, istirahəti belə normal yaşaya bilmədiyimiz qənaətinə gətirdi məni. Ümumiyyətlə, geyim mövzusunda çox geridə

Ruh və könül zənginliyi - sizi siz edən...

Yaşadığımız həyatı mənalı edən insanın sahib olduğu inanclarıdır. Paylaşmaq hissiyyatı və paylaşma sonunda dadına varılan xoşbəxtlikdir. Xoşbəxtlik hissinin məncə tərifi yoxdur. Empati qurub, çətin olana talib olursunuz və içinizdə sizi durdurmaz edən "kömək et" duyğusu birdən qabarır sanki.  Nə edirsiniz sonra, o duyğunun axışı içərisində istər-istəməz, məsuliyyət alma gərəyi duyur və etməniz gərəkəni edib bundan zövq alırsınız. Deyə bilərəm ki, ən çətin şərtlərdə belə bu duyğunu səmimiliklə yaşada bilmək və davam etdirə bilmək, məncə, ən əhəmiyyətli davranış formalarıdır. Quran ayələrində buyurulur ki: "Allahın sənə etdiyi yaxşılıq kimi, səndə yaxşılıq et". Ürəyimizdə böyüdüb yetişdirdiyimiz yaxşılıq ağacının meyvələri və ləziz çiçəkləri də heç solmadan sonsuza qədər açmağa davam edəcək. Yaxşılıq qarşılıq gözləmədən, hər hansı bir mənfəət ummadan edilsə (ki elə olmalıdır) insandakı ən böyük sərvət və bu dünyadan aparacağı ən böyük mükaf

Sığınaq yenə EŞQ deyilən limana...

Yolumuzu görmədən addımlayırıq bu həyatın içində Ümidsiz, Sevgisiz, Eşqsiz Ən əsası isə, etibarsız... Artıq əlaqələr tamamilə çıxar əlaqəsi olmuş Birini seçib və onunla yaşamaqdan ibarət qaldı EŞQ... Artıq kimsə, Kimsə üçün dağlar keçmir, çaylar keçmir, diyar-diyar gəzmir Məcnun, bütün çölləri tükətmiş, kimsəyə çöl qalmamış yer üzündə Qurumuş çöllərdə xəyallar bitmiş... O olmazsa, digəri, fərq etməz olmuş artıq Artıq O, hökmən də O, deyən də qalmadı Kimsə kimsənin O'su deyil Hanı sevdanın atəşi? Özünü bilmədən qurulan əlaqələr, tamamilə bir yalan Biri səninlə münasibətdə olduğunu zənn edər Sən də onunla... Nə sən özünü tanıyırsan, nə də o özünü tanıyır O zaman kim kiminlə sevgi çıxmazında? Heç kimsə yox Yalnız iki kölgə, oyun oynayır İnsanlar əlaqə qurur, amma ortada bir varlıq yoxdur Münasibət qururlar, çünki əgər bu olmazsa, Yalnızlığa düşüb yox olacaqlarını sanırlar. Münasibətlər çox çarəsiz artıq Fərqindəsiniz mi?

Yoxsul olmaq, ya yoxsun olmaq insanlıq xaricidir?

Bizdən fərqli görünənləri təcrid etmək...! Yazarkən belə nə qədər çirkin bir ifadə olduğunu hiss edirəm. Xüsusilə, insan və heyvanlar ruhumuzun ağzından çıxan bu dışlanmaya məruz qala bilirlər. Həyat hər zaman, hər kəsə bərabər davranmaya bilir. Davranmaz da... Çünki həyat bu imtahanı, yəni bərabər tutma vəzifəsini tək imtiyaz sahibi olan biz insanların insafına buraxmışdır. Yaxşı, biz nə edirik? -Yoxsulluğu ilə, -Əngəlli olmağı ilə, -Çirkinliyi ilə, -Diliylə, -Diniylə -Təhsilsizliyi ilə... Yediyi-içdiyi ilə ələ salar, aşağı görərək, bir də cəmiyyətdən təcrid edərik. Bu tip sağlam olmayan ağıl oyunlarıyla içimizdəki düşməni öz yuvasında barındırdığımızın fərqində belə deyilik. Bu ürək bulandırıcı və hədsiz davranış "insanam" deyənə əsla yaraşmaz... Saydığım səbəblərdən ötrü təcrid olunanlar, düşünürəm ki, məni daha yaxşı anlayacaq. Yaşanılası və yaşadılası yüzlərlə gözəl duyğu varkən, kiminsə həyatının dadını pozmağa haqqımız yoxdur! Özümüzü bu xəbis duyğ