Ana içeriğe atla

Ruh və könül zənginliyi - sizi siz edən...


Yaşadığımız həyatı mənalı edən insanın sahib olduğu inanclarıdır. Paylaşmaq hissiyyatı və paylaşma sonunda dadına varılan xoşbəxtlikdir. Xoşbəxtlik hissinin məncə tərifi yoxdur.

Empati qurub, çətin olana talib olursunuz və içinizdə sizi durdurmaz edən "kömək et" duyğusu birdən qabarır sanki. 
Nə edirsiniz sonra, o duyğunun axışı içərisində istər-istəməz, məsuliyyət alma gərəyi duyur və etməniz gərəkəni edib bundan zövq alırsınız.

Deyə bilərəm ki, ən çətin şərtlərdə belə bu duyğunu səmimiliklə yaşada bilmək və davam etdirə bilmək, məncə, ən əhəmiyyətli davranış formalarıdır.

Quran ayələrində buyurulur ki: "Allahın sənə etdiyi yaxşılıq kimi, səndə yaxşılıq et".

Ürəyimizdə böyüdüb yetişdirdiyimiz yaxşılıq ağacının meyvələri və ləziz çiçəkləri də heç solmadan sonsuza qədər açmağa davam edəcək.

Yaxşılıq qarşılıq gözləmədən, hər hansı bir mənfəət ummadan edilsə (ki elə olmalıdır) insandakı ən böyük sərvət və bu dünyadan aparacağı ən böyük mükafat olacaq.
Arı- davamlı əlindən balı alınır, amma bu vəziyyətdən şikayətçi deyildir. Bal verməyə davam edər, arı bilir ki, verən əl alan əldən üstündür. 
Günəş- mən sizlərə işığımı, istiliyimi göndərməyəcəm deyə bilir mi? Hətta etdiyi yaxşılıq müqabilində bir istəkdə, tələbdə bulunur mu? 
Həyatda olduğumuz müddətcə etdiyimiz və etmək məcburiyyətində olduğumuz, etməyimiz lazım olan işlərdən kiçik, böyük iş fərq etməz, əhəmiyyətli olan o işi zövq alaraq və lazım olan ölçülərdə həssaslıqla edə bilməkdir.

Yolda məktəbə gedərkən birinə salam vermək, hal və xətrini soruşmaq, hətta yolda rast gəldiyin bir qarışqanın belə həcminə baxmadan ibrət alıb bezib-usanmadan çalışqanlığını düşünərək ondan dərs çıxarmaq, avtobusda bir böyüyə yer vermək, qarşıdan -qarşıya birinin əlindən tutaraq keçməsinə köməkçi olmaq, bir telefonla belə olsa bir dosta könüldən salam demək...

Bütün bunlar, əslində, həyatı mənalı edən və quruluşca da, "həqiqətən insan olduğunun fərqinə vardığın" və "insan olmanın da bir fərqindəlik yaratma olduğunun", eyni zamanda, ən gözəl xüsusiyyətləri, hətta ən əhəmiyyətli nemətlərindəndir.

İnsan üçün əsl əhəmiyyətli olan ruh və könül zənginliyidir. Birinə sevirəm dedinsə (yəni içindən gələrək) bu sözü hərəkətlə göstərmək gərəkir. Yəni, sevmək- maraqlanmaqdır, sevmək- zaman ayırmaqdır. Sevmək- sevgini, sevdiğinlə paylaşmaqdır, sevmək- empati qura bilməkdir.

İnsanlıq, sol yanında yerləşən ət parçasının səmimi səsiylə bir uyğunlaşma içərisində həyatı davam etdirməkdir. Yəni könüldən dilə, dildən könülə...

Tolstoyun bir sözüylə mövzuya davam etmək istəyirəm: "Bu gerçəyi unutmayın. Tək əhəmiyyətli olan vaxt vardır- içində olduğumuz an. O an ən əhəmiyyətli vaxtdır. Çünki yalnız o zaman əlimizdən bir şey gələ bilir. Ən əhəmiyyətli adam, kiminlə bərabərsinizsə odur. Və ən əhəmiyyətli iş yaxşılıq etməkdir. Çünki insanın bu dünyaya göndərilməsinin səbəbi budur "

Demək ki, dünyada olmaq demək məsuliyyətlə yüklənmək deməkdir. Onsuz da, kimsə başıboş buraxılmamış ki! Bax, elə bunun üçün imtahan dünyasındayıq!

Həyatda bəyənmədiyin, xoşlanmadığın, xasiyyəti fərqli olan şəxsiyyət sahibləri ilə də qarşılaşacaqsınız.
Həyatın içərisində təbii ki, belə hallar normaldır. Ancaq sevmədiyin biri də olsa, insanları əsla kiçik hesab etməməyin gərək, hələ məhrum etməyə cəhd etmək heç edilməməsi lazım olan bir durumdur. Yəni içimizdə sevə bilməsək belə, normal ölçülərdə əlaqələrimizi davam etdirib, əsla kin və nifrət kimi insanı məhv edən zərərli xüsusiyyətlərlə qaplanmamalıyıq. İçimizdə ümidsizlik kimi bir divar olmamalıdır. İnsan içində daşıdığı sevgisi nisbətində insandır. Və şairin dediyi kimi: "Sevdiyin qədər sevilərsən"...

Mövlanadan soruşmuşlar: "bu gözəl əxlaqı kimdən öyrəndin deyə, O da: "əxlaqsızdan" demiş. Yaxşı, necə oldu bu: "Onun etdiyinin tərsini etdim, demiş"...

Elə isə həyatın içində məsuliyyət daşıyan bir fərd olaraq, əsla acizlik göstərmədən vəzifəmizi yalnız mənlik eqo çərçivəsində deyil, bütün insanlığı təcrid etmədən, yaxşılıq və kömək duyğusuyla ələ alıb, inancımız istiqamətində gərəyi kimi yaşaya bilməli və belə bir əsər yaratmalıyıq. İnsan öldükdə ondan qalacaq olan əsəri, bir eşşək öldükdə də ondan qalacaq olan səməridir (palan)...

Sevgiylə və insan olaraq xatirələrdə yaşamağımız diləyilə...

Aysel Abdullazadə

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar