Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2015 tarihine ait yayınlar gösteriliyor

İnsan olaraq alqıladıqlarımız...

Nə qədər dayanıqlıyıq? Özümüzdən soruşa bilirikmi bu sualı? İnsan olaraq bizlər fərqliyik. Fərqli yaradılmışıq. Duyğu və düşüncələrimiz var. Acımasızıq çox zaman. Adətən də eqoist ... Həmişə istəyirik qarşımızdakı bizi anlasın, dinləsin, istədiklərimizi  etsin, həmişə haqlı çıxaq. Mənim sözüm keçsin. Mən, mən, mən olum. Həmişə bir gözləmə içərisindəyik. Həmişə müdafiəçi... Həmişə iddiaçı... Niyə bir addım atmaq çətin gəlir ki bizə? Niyə yanaşmaqdan qaçırıq? Qürurumuz mu incinər? Kiçik mi görünərik? Yox, heç bir yerimizə bir şeylər olmaz. Yetər ki, etmək istəyək və etmək üçün səy göstərək. Etmirik amma... İstəmirik... İşimizə gəlmir, əslində... Ətrafımda olan insanlar həmişə bir şeylərdən şikayətçidirlər. Zaman-zaman mən də elə oluram. Həll etmək əvəzinə şikayətlərimizi çoxaldırıq. Dayanıb düşünmürük, anlıq hərəkət edirik. Sinirlərimiz davamlı gərgindir. Həmişə bir təcavüzkarlıq halındayıq. Həmən dartışmağa başlayırıq. Hirsimizə məğlub oluruq çox zaman. Nə olur sonra...? kədə

Sərxoş qadın...

Qadın, Bir əlində viski, Digərində siqaret. İşıltılı işıqlar altında, Acınacaqlı halda. Sərxoş kişilərə, Məzə olurdu bədəni Üç beş qəpiyə ... Yeriyirdi tək başına, Adı bilinməyən küçədə. Bir "dost" əli uzansa, Qalacaqdı orada. Hava soyuq idi. Kimsə yox idi. Akbabalardan başqa. Halbuki səni möhtəşəm qılmışdı Yaradan. Sən isə, İnadına Fərqim yox deyirdin Heyvandan ... Küfürlər edib sağa sola, Ləngərli addımlarla İtdi qaranlıqlarda Sərxoş qadın... 28.05.2015

...Sən gedincə

Sən gedincə Neçə rəngəm bu şəhərdə. Dəqiqə əqrəbdən neçədir deyə soruşur mən neçə dəfə gedə bilmədiyim yolları sayıram ovuclarımda. Sən gedincə Ağlım yeddidən başlardı saymağa Duman altı olur baxışlarım Beş barmağın hamısı bir deyil deyər Dördü unudardım yenə Haqqım üç deyə ikidən soruşardım Birin nə zaman gələcəyini. Sən gəlincə! Desəm ki Hələ unutdum. İnanma! 28.05.2015

...Qadın kimi Qadın!

Bir qadın nə qədər gözəl, mədəni, zərif, dürüst və xoş olursa olsun, tündxasiyyət, narahat və əsəbidirsə, son dərəcə, itələyicidir. Hansı kişi belə bir qadınla olmaq istəyər? Yanında lüzumsuz əl-qol hərəkətləri ilə, əsəbi mimikalarla, dişlərini sıxaraq danışan, hər an partlamağa hazır bir bomba ilə nə qədər dinc və xoşbəxt ola bilərsiniz? Qəşəng geyinmək də əhəmiyyətlidir, amma zəriflik daha əhəmiyyətlidir. İnsan yaradılış etibarilə kobud ola bilər. Elə ölçülü, elə toplu yeriyən xanımlar var ki, onların gedişlərini belə seyr etmək ruha dinclik verir. Hələ onlarla gəzintiyə çıxmaq nə qədər xoşbəxt edər insanı. Yerə basışlarındakı yumşaqlıq, addımlarındakı yavaş-yavaş, dinc temp ruhu rahatlaşdırar. Zəriflik, qadını şeirləşdirər! Nə qadınlar vardır örpəkli belə olsalar, süzülür kimi, rəqs edər kimi gedərlər. Bir stəkan su verərkən stəkanı deyil, dünyaları uzadarlar insana. 'Xidmət' əhəmiyyətli deyil, 'təqdimat' əhəmiyyətlidir. Yumşaq, xoş bir hərəkətli,

"...Bəzən bir qatili sevərsən, bir oğrunu"

Zaman, insan fikirlərini dəyişməyə və təkmilləşdirməyə müvəffəq olan ən kəskin məfhumdur. Sevmək qavramı hələ orta məktəb dövründə mənim üçün fərqli bir anlam daşıyıdı. Düşünürdüm ki, sevdiyimiz insanlar mütləq yaxşı insanlardır, başqa cür ola bilməz, yaxşı olmasa, zatən, biz onları sevmərik, seviriksə mütləq yaxşıdırlar... Yetkinlik dövründə özümüzü dərk etsək də, bu, sadəcə başlanğıc mərhələ olduğundan tam əhatələnmir və fikirlərimizin dəyişikliyə uğrama ehtimalı çox yüksək olur. Zaman keçir, düşüncələr və formalaşmağa doğru addımlayan nəticələr fərqli olur. İnsanları səhvləri ilə, hətta yaxşı insan olmamaqları ehtimalını bilərək də sevə bilirik. Artıq anlayırıq ki, sevmək anlayışı qarşıdakına görə deyil, sənin içindəkilərə qarşı qoya bilmədiyinə görə təzahür edir. Hər şeyi ilə anlaşa bilmədiyimiz, səhvlərini gördüyümüz, yaxşı insan olmadığını bildiyimiz birini belə, dəlicəsinə bir tutqu ilə sevərik. Yalanları, xəyanəti, sədaqətsizliyi belə, bu sevgiyə qurban verib, sıfı

"...Ana qoxusunu bilirdi təkcə, bir də ata qayğısını"

Bir qadın bətninə körpəsi düşən andan etibarən müqəddəs adın- ana adının daşıyıcısına çevrilir. Xəyallar qurar, hələ bətnində olan körpəsini əzizləyər, onunla danışar, işıqlı dünyaya gələcək olan balasına dair planlar düşünər... Günay da, ana olacağını bildiyi andan bu hissləri keçirmişdi, balasını qucağına alacağı, qoxusunu içinə çəkəcəyi günü gözləmişdi doqquz ay... Həyat yoldaşı Elnur ilə birlikdə yaşamışdılar bu həyəcanı. Balalarının dünyaya gəlişinin sevincini birlikdə qarşılayıb, birlikdə böyüdəcəkdilər. Nəhayət, Günay və Elnurun körpəsi dünyaya göz açır, ailəsinə səadət gətirən bu mələk, sözün əsl mənasında mələk olur. İnsana verilən ad ondan gözlənilən bəkləntinin məzmununu daşıyır. Bu mələyə Fərəh adını verirlər, valideynlərinin Fərəhi olacaqdı... Fərəh, həyata yeni qədəm qoymuş, açılmamış qönçə, körpəcik fidan idi. Hələ həyatın anlaşılan tərəfini yaşamamışdı, duymamışdı. Ana qoxusunu bilirdi təkcə, bir də ata qayğısını... İstiliyi təkcə yay fəslində qızmar günəşl

...Uşaqlığım

Salam uşaqlığım, axırda tapdım səni… Tanımadınmı məni? Xeyli dəyişmişəm. Bu qarmaqarışıqda səni güclə tapdım. Çox uzaqlaşmışıq. Mənə nə olub belə? Sən nə qədər məsumsan. Qaçma məndən, nə olar? Hər şeyi sənə danışacam, bilirəm, söylədiklərimə inanmayacaqsan. Heç mən özümdə inanmıram. Nə desən, haqlısan. Mənə belə baxma, cəsarətim qırılır.Yanına, özümü tapmaq üçün gəlmişəm. Bir daha oturub danışaq. Xəyallarımı unutmuşam mən, insanlar unutdurdu. Hə, indi gəl səninlə ən çox sevdiyim musiqini yada salaq, tut əllərimdən, bax bunu unutmamışam.Böyüməyi çox istərdik, deyilmi? Mənə maraqlı idi. Gördün böyümək necəymiş? Kimsənin görmədiklərini görürsən məndə, kimsələrə demədiklərimi bilirsən, deyil mi? Bu tərəf çox qaranlıq, çox qarışıqlıqdı. Burda ayıları, dovşanları oyuncaq etmirlər. Burda insanları oyuncaq edirlər. Hərə özünü düşünür. Kimsə, uşağını bağrına basdığı qədər öz eqoizmini sərgiləmir. Bura çox başqadır, uşaqlığım mənim, çox başqa. Zaman nə tez gəlib-keçir. Burda

...Darıxırsan

Darıxırsan... Bəziləri gedir... Bəziləri öyrəşməyə çalışır... Həyatdır... Çox bir şey qalmır geriyə. Oturub saatlarca ağlamağına səbəb olan şeylər, bir müddət sonra sadəcə gözlərinin dolmasına səbəb ola bilər... Küçədə yanından keçən birinin ətri... Başqasının səsini ona bənzətmək... Onunla dinlədiyiniz mahnılar. Bərabər getdiyiniz yerlər. Hətta sadəcə adını eşitmək, "Unutdum" deyirsən artıq ətrafındakılara, deyil mi? Sən kimi aldadırsan? O qədər asandır unutmaq? Hər unutdum cümləsinin altında "Gəl artıq, çox darıxdım" cümləsi vardır,  deyil mi? Bütün gücünlə qışqırmaq istəyirsən. Olmur amma... Səsin çıxmır. O başqa qollarda dinclik tapmışkən sən onun sevinciylə kifayətlənməyə çαlışırsan. Əlindən bu gəlir, sadəcə. Sonra bilmədən bir başqa dünya yaradırsan özünə. Xəyallarını gizlətmək məcburiyyətində qalmadığın... Hər gecə onu düşünərək yuxuya getdiyin, hər sabah onunla oyandığın bir dünya qurursan özünə. Və onu başqasıyla gördüyün, e

Ayaqqabı boyayan uşağın manifesti...

Adim Ümid... Nə isti çörək gördüm, nə də məni güldürən bir üz. Odlar Yurdunda, 2015 Olimpiya oyunlarının keçiriləcəyi, tox xalqının acından xəbəri olmadığı ölkədə yaşayıram… Bayramların mənə görə keçirilmədiyi bir ölkədə… Bizimki bəllidir, qardaş, işləməliyəm. Boyamalıyam ayaqqabıları... Mən bir uşağam əlləri boya içində… Boyalar mənə baxır, mən isə hamıya boyalı gələn həyata, boyalı üzlərə və heç vaxt xəyal edə bilməyəcəyim boyalı xəyallara.Yəni bildiyiniz mənim həyatim başdan ayağa boyadan ibarətdir. Mən ayaqqabı boyayan bir uşağam... Yaşıdlarım bahalı paltarlar geyinib, bahalı maşınlarda gəzərkən mənə düşən boyumdan böyük boya sandığı oldu. Nə əlifba öyrənə bildim, nə məktəbli forması geyinə bildim. Uşaqdım uşaq olmağına, amma nə doyunca usaqlarla oynaya bildim, nə doyunca rahatca qaçıb əylənə bildim. Adımı yazmağı belə zorla öyrəndim. Qız qalası itirdiyim illərimin, uşaqlığımın şahididir. Və buralar qəlbimin ən ağrılı dayanacağıdır. Mən ayaqqabı boyayan 12 yaşlı b

Aysel - bir neçə cümlə ilə...

Aysel, insan ruhunun dünya üzərində yaxşılıq gücü olduğuna inanan bir insan idi. İdealist idi, eyni zamanda romantik yapıya sahibdi. Hər insanın, həyatındakı çağırışı qəbul etsə, gerçək bir fərq yarada biləcəyinə qüvvətlə inanardı. Sadə bir insan idi. Böyük kitabları, günbatımını, ulduzlarla dolu gecələri, çağlayan, ucsuz-bucaqsız dənizi, pambıq şəkəri və qalın bir dilim şokoladlı keksi çox sevərdi. Hamısından çox da insanları sevər, həyatını onların gerçəkdə kim olduqlarını kəşf etmələrinə köməkçi olaraq keçirərdi. Zamanında çox səhvlər etmişdi. Amma onlardan dərs aldı. Bir çox fərdi acı çəkdi, amma bunlar sayəsində böyüdü. O, heç bir zaman qorxularından qaçmadı. Tərsinə, onlara doğru qaçdı, belə etməklə də azadlığına qovuşdu. Xüsusi idi, cəsur idi və sevgi dolu idi. Bir çox həyata təsir etdi və yoxluğunda çox darıxılacaq. 12.05.2015

Həyat deyir ki....

Həyat deyir ki;  sevdiyin insanda axtaracağın ilk şey yaxşı niyyət olmalıdır. Yoxsa başqa xüsusiyyətlərinin mənası qalmayacaq çünki. Həyat deyir ki;  dost dediyin yalnız pis günündə yanında olan deyil, eyni zamanda sevincinə də ən az sənin qədər sevinə biləndir. Həyat deyir ki;  daha əvvəl görmədiyin biriylə qarşılaşdığında ilk dəqiqələrə diqqət et. O insanın müsbət, ya da mənfi enerji verən biri olduğunu anlayacaqsan. Həyat deyir ki;   etdiyin seçkilərdən ötəri başın dərdə girsə əgər, ilk günahlandırmağın lazım olan adam sənsən. Sızlanmaq və başqalarını günahlandırmaq yerinə səhvi tapmağa çalış. Həyat deyir ki;  yıxılanda yas tutma. Nə edirsən et, amma əvvəlki halına gətir. Həyat deyir ki;  heyvan sevməyən insanlardan uzaq dayan. Təbii və gözəl olanı sevə bilməz onlar çünki. Həyat deyir ki;  insanlara özünü dəfələrlə izah etmək məcburiyyətində qalma. Ya oradan ayrıl, ya da bildiyini oxu. Həyat deyir ki;  hədəflərin mövzusunda qərarlı ol.

"...06.05.2015"

 Ayselin doğum günü... 06.05.2015 Həyatda hər bir insanın özəl, ona aid bir günü olur. İnsan, özünü bu günün qəhrəmanı hiss edir bir növ… Mənim də belə günüm <6 May>dır. Amma nədənsə, hər ad günümdə çox qəribə hisslər keçirirəm…  Sözlər, sətirlər, cümlələr ifadə etməz bu günün xüsusiliyini… elə qəribədir ki, təsüratları… elə bənzərsizdir ki, yaşatdıqları… Bu günü insan nədənsə etinasız yaşaya bilmir… Geriyə yaşadıqlarına nəzər salmaya bilmir… Dönüb arxasına boylananda istər kədər qarışıq təəssüf , istərsə də “kaş ki” deməyə səbəb axtarmaya bilmir. Bütün yaşadıqlarını kino lenti kimi yaddaşında canlandırmaya bilmir. Hər keçən il insan məsuliyyətini daha da artırır… Bəzən zamanı dondurmaq istəyirsən, amma zaman öz hökmünü özü verir axı… Hakim odur… İllər, saatlar saniyələr onun hökmüylə dönür… Bəs görəsən, niyə uşaqlıqda tez böyüməyi arzuladığımız halda indi zamanı dondurub, ya da arxaya çevirib uşaq olmaq istəyirik… Bəlkə qayğılardan məsuliyyətdən qaçm

Sən...

Sənə öyrəşmək - dənizin dibində burnunla nəfəs almaq Sənə bağlanmaq - hər gün bir az daha dozası artırılan morfin Sənə inanmaq - sabahlarda günəşin təkrar doğmayacağını düşünmək kimiydi Sənə güvənmək - son dəqiqədə qaçırdığın metro qatarı kimiydi Səni gözləmək- səhrada qızmar günəşin yandırdığı qumlarda yalın ayaq gəzmək kimiydi Səni bilmək - iki vur ikinin nəticəsi qədər dəqiq və dəyişməz Səni tanımaq - ana bətnindən çıxıb bilmədiyin bir dünyaya gəlmək kimiydi Səni itirmək - ruhun bədəni tərk etməsi ilə əsrarəngizliyə gedən yol... Aysel Abdullazadə 08.05.2015

Bir dünya düşünürəm

Bir dünya düşünürəm! Olması gərəkən insanlardan ibarət.  Təbəssümlərin mənalandırılmadığı Acı gerçəklərin bulunmadığı  Şirin həqiqətlərlə qaplanmış bir dünya... Bədava gülüşlər, kiçik mutluluqlar  Düşlənmiş xəyallar, sol tərəfdə boy verən arzular  Sakitcə yuva qursaydı bu dünyada... Tanımadan birinə gülümsəmək  Bir cüt gözə baxıb xəyallara dalmaq  Səni yüngül tanıtmasaydı, məsələn... Bir dünya ki, içərisində çərçivəsiz yaşam  Sərhədsiz həyat, ucsuz-bucaqsız xəyali alan  Dostlarla deyə-gülə əyləndiyimiz ortam  Qəbahət olmasaydı... Sənə baxan gözlər  zamansız güldüyün üçün  utandırmasaydı baxışlarını  Dodaqların bir-birindən ayrıldığı üçün  qınamasaydı dişlərini... Bir dünya düşünürəm!  Rüzgarında nəfəsimlə sevgi sözcüyünü pıçıldayacağım  Mənim dünyam, mənə aid  Sənin olan, sənə aid  Hesabsız, açıqlaması olmayan  Sadəcə fərdə görə yaşanılan bir dünya... Gülümsəmələrin içtən gəldiyi  Buludlu bir səhərdə dışa vuran  Q

... O gün, o adam qızın həyatını dəyişdi

 P.S: Real yaşanmışlıq əsasında yazılıb. ...Bir adam varmış... Adam bir gün saytların birində dolanırmış, iş fasilələrində insanlarla ünsiyyətdə olub, vaxtını bu şəkildə keçirirmiş. Bir gün onun anketinə baxan bir istifadəçi diqqətini çəkmiş, həmin profilə "salam, necəsən?" yazıb göndərir. Profil sahibi əks cinsdən imiş, adamın mesajına "salam, pis!" deyə cavab yazar qız. Bir "salam"la başlar onların hekayəsi, adam niyə pis olmağının səbəbini soruşmuş, qarşılığında partlamağa hazır bir bomba kimi içindəkiləri açıb danışan qızı görmüş. Bu minvalla qızın danışıqları adamın diqqətini çəkmiş, qızla iki saatlıq yazışmadan sonra onunla görüşmək istəmiş. Yox, yalnış anlamayın görüşmə səbəbi adamın hər hansı niyyətindən irəli gəlməyib. Qızın danışdığı, içindəkiləri anlatdığı üçün onun sıxıntısına yardım məqsədilə görüşək demiş. Qızın çətinliyi maddiyatla əlaqədar olduğundan ona gərəyi olan məbləği verəcəyini vəd etmiş. Qız əlacsız olduğundan, bunu

Şərab...

Soyuq bir qədəhin dibində bir qurtumluq qan qırmızı şərab... Səni incidənlərin qanını içərcəsinə, qədəhi barmaqlarının arasına alıb havaya qaldırasan Dodağına toxunan soyuq şüşə ilə şərabın dadından ləzzət alasan... Aysel Abdullazadə 24.04.2014

İnsan sifətləri...

İnsanlar qat-qat xəmirdən yoğrulmuş kimidirlər  Növ-növ mənəviyyata malik  İki üzlü insan tapmaq çətin, artıq  Üzlər ikilikdən çıxıb onluqlara daxil olub.  Evdə bir, işdə bir, dostluqda bir,  sevgidə başqa bir  Sifətlə yaşayanlar peyda olub artıq. Maskalar saysızdır sifətlərdə  Elə də, möhkəm yapışıb ki, üzlərinə  çəkib çıxarmaq olmur.  Ailədə ata olur kişilər,  İşdə yaltaq...  Dostluqda sədaqətsiz olur qadınlar,  Sevgidə xəyanətkar... Ey insan, yorulmursan mı bu qədər çox sifət daşımaqdan?  Sıxmır mı səni cildlərə girmək?  Hər ortamda fərqli adam rolunda  Hər yaşamda maskalı insan modunda  Yaşamaq çətin deyil mi?  Yəqin, gecələr rahatlanarsan  Bir tək gecələr insan olduğunu duyarsan  Özünlə baş-başa qalıb,  Özün kimi "sən" olaraq yuxuya dalıb,  Səhər başqa biri olaraq oyanarsan....! Aysel Abdullazadə 23.04.2015