Ana içeriğe atla

... O gün, o adam qızın həyatını dəyişdi


 P.S: Real yaşanmışlıq əsasında yazılıb.

...Bir adam varmış... Adam bir gün saytların birində dolanırmış, iş fasilələrində insanlarla ünsiyyətdə olub, vaxtını bu şəkildə keçirirmiş. Bir gün onun anketinə baxan bir istifadəçi diqqətini çəkmiş, həmin profilə "salam, necəsən?" yazıb göndərir. Profil sahibi əks cinsdən imiş, adamın mesajına "salam, pis!" deyə cavab yazar qız.

Bir "salam"la başlar onların hekayəsi, adam niyə pis olmağının səbəbini soruşmuş, qarşılığında partlamağa hazır bir bomba kimi içindəkiləri açıb danışan qızı görmüş. Bu minvalla qızın danışıqları adamın diqqətini çəkmiş, qızla iki saatlıq yazışmadan sonra onunla görüşmək istəmiş.

Yox, yalnış anlamayın görüşmə səbəbi adamın hər hansı niyyətindən irəli gəlməyib. Qızın danışdığı, içindəkiləri anlatdığı üçün onun sıxıntısına yardım məqsədilə görüşək demiş. Qızın çətinliyi maddiyatla əlaqədar olduğundan ona gərəyi olan məbləği verəcəyini vəd etmiş. Qız əlacsız olduğundan, bunu, bəlkə də Allahın bu insan vasitəsilə ona sunduğu bir kömək olaraq alqılayaraqdan adamla görüşməyi qəbul etmiş. Adam qızın yaşadığı əraziyə yaxınam demiş, yarım saat sonra vədələşdikləri yerdə görüşəcəklərmiş. Saytdan çıxacaqları üçün adam nömrə istəmiş və qıza, evdən çıxmadan zəng et səsini eşidim, demiş.

Zəngləşiblər, ikisidə görüş yerinə gəliblər. Adam maşınla gəlib dayanmış, qız biraz çəkingən, biraz həyəcanlı yaxınlaşmış adama. Adam, otur maşında beş dəqiqə danışaq, demiş. Qız arxa oturacaqda əyləşib, həyəcanlı ürək döyüntüləri ilə adama baxmağa başlamış. Adam uzunboylu, boyuna uyğun çəkisi olan biri imiş, qonur və sərt saçlarında özünə yer eləmiş bəyazlar varmış, 34-35 yaşlarında üzündə ağrı-acı mimikası sezilən bu adam gözlərindən yorğunluğunu gizlətməzmiş. Bir az daha yaxından tanışlıq, söhbətlər olmuş. Adam qızın ad və soyadını dəftərinə yazmış, bir neçə saat sonra onun adına bankla həmin gərəkli məbləğin köçürüləcəyini söyləmiş.

Qızın ağlına bir sual taxılmış, adama "nə üçün evdən çıxmadan zəng elə dedin mənə?" deyə soruşmuş. Adam, sənin səsindən necə biri olacağını təxmin etmək üçün ilk öncə danışmaq istədim, sən narkoman da ola bilər, bu məbləği narkotika almaq üçün istəyə bilərdin, mən də səsindən bunu biləcəyim üçün elə dedim, demiş. Adam qıza səni evinə aparım artıq, bank məsələsi gerçəkləşəndə sənə xəbər edəcəm, deyər. Qız tamam, amma özüm gedərəm deyib sağollaşmış. İçində olduğu durumdan rahatsız olan qız ümidlə adamın zəngini gözləmiş.

Yarım saat sonra adam zəng etmiş, "bu pulu mənə işimin qazancıdır, iş gördüyüm adamlar bakıdan altı saatlıq məsafədə olan rayondadırlar, bankla göndərmədən bakıya gələn maşınla gətirəsi olublar. Sən gözlə, çatsınlar saatdan asılı olmayaraq gətirib çatdıracam sənə" demiş. Qızın bir az ümidi itir, bəlkə də yalan deyir düşüncəsinə qapılır. Hər halda gözləməkdən başqa çarəsi olmur.

Bir neçə saat sonra adamdan qızın telefonuna mesaj gəlir: "əgər vaxtın varsa sayta gəl, bir az söhbət edək". Qız həmən saytdakı profilini aktiv edər, adamla söhbət etməyə başlayarlar. Söhbət əsnasında sevdikləri şeylərdən danışarkən iksinin də dənizi sevdiyi ortaya çıxmış. Adam qıza istərsən, səni öz dənizimə qonaq edə bilərəm demiş. Qız, öz dənizin nə ilə özəldir, deyə soruşduğunda, adam orda özünə aid bir yerin olmasını bildirmiş. Razılaşmışlar, iyirmi dəqiqə sonra adam gəlmiş qızı da götürmüş dənizə getmişlər. Yay ayları imiş...

*****

...Dəniz ağ köpüklü dalğaları ilə coşub-daşır, sakitliyi pozurdu. Adam, maşından düşək bir az dəniz kənarında dolaşaq demiş. İkisidə bir xeyli dənizin kənarında dayanmışlar, söhbət edərək ucsuz-bucaqsız sahildə, qumların üstündə ayaq izlərinin xatirəsini həkk etmişlər. Adam özündən danışmış, subay olduğunu, işlərinin və yaşam formasının onun evlənməyinə mane olduğunu uyğun dillə qıza anlatmış. Qız da onun suallarını cavablamış, subay olduğunu, hələ evlənmədiyini demiş. Bu söhbətlər ağuşunda gecə düşdüyünün fərqinə varmamışlar. Hava qaralmış, dəniz biraz sakitləşmişdi. Heç biri qayıtmaq haqqında düşünmürdü.

Adam həyatdan, çətinliklərdən, yaşam əzmindən və Allahdan, onun qoyduğu əmrlərdən danışırdı. Sevgi mövzusunda Allahın insana verdiyi sevginin dərinliyinin, yenə sonunda gedib Allaha bağlanması formatında dərin məzmunlu fikirlərini qızla bölüşürdü. Nitqi səlis olmasa da, danışdıqlarını anlamaq bu qız üçün çox asan idi. Çünki qız ali təhsilli, bilgi edinmiş bir yapıya sahibdi. Arabir, adam danışan zaman qız özlüyündə onun fikrini ifadə etmək üçün seçdiyi kəlimələrin doğru biçimdə qullanılmadığını hiss edirdi, amma buna baxmayaraq adamın demək istədiklərini yaxşı anlayırdı və bu söhbət qıza zövq verirdi.

Zamanı unutmuşdular, sanki o an onlar üçün zaman dayanmışdı, vaxt dondurulmuşdu. Artıq, gecə olmuşdu, rayondan gələn maşın və pulu gətirəcək adam səhər saatlarında şəhərə çatacaqdı. Qız, gecə olanda Bakının gözəl olmasından, rəngarəng işıqların parlaqlığı altında gəzməyi həmişə arzuladığından danışırdı. Adam yuxun yoxdursa, şəhəri birlikdə gəzə bilərik dedi. Qız heç düşünmədən, yuxum yoxdur dedi. Artıq, güvənmişdi adama, ondan zərər gəlməyəcəyini anlamışdı özlüyündə.

Adam maşını işə saldı, uzun və maraqlı yollarla şəhərin mərkəzinə gəlib çıxdılar, gecənin qaranlığı şəhəri daha da əsrarəngiz etmişdi. Sakitlik idi, bulvar ətrafında asta sürətlə maşın şütüyür, şəhərin parlaqlığından zövq alan adam, arabir, qıza baxırdı. Yolun kənarında dayandılar, bulvarın işıqları altında bir az gəzdilər. Adam uzun müddətdir bu ətraflara gəlmədiyini, şəhərin bu gözəlliyindən məhrum olduğunu deyirdi. Qız da özü üçün də eynilə elə olduğunu, gecə saatlarında onu buraya gətirəcək, ona eşlik edəcək kimsənin olmadığından bu gözəllikdən kənarda qaldığını bəlirtdi.

Artıq, saat səhərin 5-i idi. Və onlar saatın fərqində deyildilər. Bu gəzinti sanki illərdir onlara lazımmış, amma reallaşdıra bilmədikləri, həsrətində olduqları bir hal kimi görünürdü. Adam telefonla danışdı, gedək, deyib maşına əyləşdi. Bir yerə gəlib çatdılar, adam qıza maşında gözləməyini beş dəqiqəyə qayıdacağını dedi. Bir neçə dəqiqə sonra dediyi kimi geri döndü və qıza lazım olan məbləği uzatdı. Qız həm sevincli, həm də utancaq baxışlarla başını önə əyib, "çox sağ ol" sözünü pıçıldadı. Sonra adama baxıb, "borc olaraq alıram səndən, yaxın müddətdə geri qaytaracam" deyə əlavə etdi. Adam gülümsədi, yaxşı, deyib ordan uzaqlaşdlar. Qızı evlərinə gətirdi, sağollaşıb ayrıldılar.

Adam evinə qayıtdığı müddəti qızla saytda söhbət etdilər. Bir neçə dəqiqə sonra orda da sağollaşıb yatmaq üçün çıxdılar. Qız sevinirdi, onu sıxan bu məngənədə hava, su kimi lazım olan bu pulun tapılması qıza xoş əhval vermişdi. Saat səhərin 6-sı idi, qız yerinə uzandı, telefonunda zəngli saatı 08:00-a qurub gözlərini yumdu. Tez oyanıb, lazım olan yerə pulu aparacaqdı. Açılan səhərdə bu gün doğan günəş artıq başqa cür parlayacaqdı...

*****

...Bir şənbə günü idi. Adam, qıza səhərlər "günaydın" yazmağı alışqanlıq halına gətirmişdi. Bu, qıza onu özəl hiss etdirirdi. Bu gün adam yenə bir günaydın mesajı atdı. Bundan sonra davamlı bir saat mesajlaşdılar. İkisi də bir-birindən bu gün nə edəcəyini soruşdu. Heç birinin bir planı yox imiş. Bu zaman qız, görüşək, biraz söhbət edək, deyər. Adam bu görüşməyi daha maraqlı etmək üçün yaxın məsafədə yerləşən bir yerə getməyi təklif edər. Qız da tamam, o zaman mənim bir oyunum var, gəl bu gün o oyunu səninlə birlikdə oynayaq deyər. Oyunun adı "gün oğurlamaq"dır. Mən arada tək oynayıram bu oyunumu, özüm özümdən bir günümü oğurlayıb ancaq özümə ayırıram. İndi səninlə oynayaq və bu günü oğurlayaq. Adam razılaşır.

Saat bəlirləyib görüşürlər. Qız hazırlaşarkən adamdan mesaj gələr, "saçını dünənki kimi etmək sənə yaraşır, bu gün də elə edərsən" deyə, mesajı oxuyan qız gülümsəyər. Yaxın rayonların mənzərəli bir guşəsinə gedirlər. Yolda gedərkən yol ətrafında təmizlənmiş ləpə satan uşaqları görürlər, uşaqlar yoldan ötən maşınlara əl eləyib onlardan ləpə almaqları üçün dayanmaqlarını istəyirlər. Adam kiçik yaşlı bir uşağın yanında dayanar. Ləpənin qiymətini soruşub iki paket verməsini deyər. Yola davam edərlər.

Adamın maşınında sadəcə bir müğənninin mahnıları səslənər. Mahsun Kırmızıgülün 90-cı illərdə çıxan mahnılarını bəlli ki, adam çox sevər. Onda nəsə bir xatırlatma, anıları olduğunu sezən qız adamdan bunun səbəbini soruşar. Adam da bu mahnıların onda xüsusi yeri olduğunu, dinləyəndə xatırladığı şeylər olduğunu deyər. Yol boyu söhbət eləyərək gəlib çatarlar. Meşəlik bir məkanda kiçik evlərin olduğu bir yerə gələrlər. Burada ailələrin səsi, uşaqların oynamağı, ortada olan suyun şırıltısı, kabab çəkənlərin gülüşləri, samovar çayı ətrafında toplaşan gənc ailələr insana xoş aura verər. Meşənin sakit yerində dayanıb düşərlər, qızın çox xoşuna gələr bura.

İnsanların istirahəti üçün ayrılmış kiçik evlərdən birinin eyvanında olan stolda əyləşərlər. Çanta və üst geyimlərini otağa qoyub, eyvanda çay və yemək sifariş edərlər. Meşənin dərinliyi eyvandan daha aydın görünər. Quşların və böcəklərin səsi ətrafa yayılmışdı, balaca uşaqlar axar suyun ətrafında qaçışır, ailələrinin nəzarəti ilə gəzib oynayırdılar. Sanki, cənnət kimi idi bu məkan. İnsanın ruhunu sakitləşdirib, beynini təmizləyirdi.

Adam qıza baxır, söhbət edirdi. Bir az sonra sifariş verilən yemək və çay gəldi. Adam qızın çəkindiyini görüb ona yemək çəkdi. Söhbət edərək yeməyə başladılar. İkisi də acmışdı. Bütov olan tərəvəzləri adam öz qabında doğradı, yemək istərkən qız özünün boş olan qabı ilə onu dəyişdi. Gülüşdülər, qıza "özünə əziyyət vermirsən" deyib yenidən özü üçün pomidor doğrayan adam halından məmnun görünürdü. Əslində, ikisi də həmin an mutlu idilər, birlikdə olmaqdan məmnunluq duyurdular, xoş idi onlara.

Artıq axşam düşürdü, hava qaralmağa başlayırdı. Adam qıza sabah bazar günüdür, iş günü deyil, evdən icazə alsan, sabah qayıdardıq deyər. Qız düşünər, ürəyinin dərinliyində o da bunu istədiyinin fərqinə varar. Evə zəng edib, qalacağını izah edər. Adam çox sevinər.

Çaydan sonra meşəyə düşərlər, gəzişib, təmiz havadan həzz alarlar. Meşədə ağaclardan qızın ayağına tikan batar. Adam qızın ayağına baxıb, tikanın qanatdığını görər. Qanı silib, istəsən, səni tikanlar azalana qədər qucağımda keçirim deyər. Qız gülər, məni boyda qızı qucağına alsan yorularsan deyər, bir az da utandığından yanağı qızarar. Adam, saçını necə etməyini dedim, amma meşə üçün uyğun ayaqqabı geyin deməyi ağlıma gətirmədim deyib, təbəssümlə qıza baxar. Gəzintiyə davam edərlər. Meşənin hündür bir yerinə gəlib dayanarlar, burdan baxanda gəldikləri yol görünər. Qaranlıqda maşınların işiqlarını görüb, hansı xətlə yolu gəldiklərini adam əli ilə göstərərək qıza anladar. Yerdə oturarlar, adam bura daha əvvəl də gəldiyini, istirahətə ehtiyacı olduğunda gəlib burda sakit halda günlərlə, sadəcə, yatdığını söyləyər.

Yan-yana yerdə oturduqlarından bir-birilərinin üzünü görməzlər, ama ikisi də sanki əksik bir şeyin tamamlanmasını gözləyən kimi davranarlar. Sanki, onları artıq, nəsə bir hiss bağlayırdı. Bir-birilərini dərindən tanımasalar da, nəsə bir qığılcım vardı. Sakitlik çökər, ikisidə həmin o görünən yola baxarlar. Birdən adam əlini qızın çiyninə qoyub onu özünə doğru sıxıb saçlarını öpər və sakit səslə "qoca vaxtımda məni işə saldın" deyə pıçıldayar. Qızın sanki bayaqdan gözlədiyi, əksik hiss etdiyi şey bu idi. Adamın ona sarılmasını həsrətlə gözləyər kimi heç nə demədən başını onun çiyninə yaslayıb sakit qalar. Adam qızın saçlarını oxşayıb, "sən hardan çıxdın belə?" deyib qızı sanki bağrına basmaq istəyər kimi sıxar özünə. Artıq hər şey başqa olacaq...

*****

...Artıq gecə olmuşdu, meşənin içi ilə balaca evə doğru qayıdırdılar. Adam qızın balaca əllərindən tutmuş öndə gedir, əlindən çəkərək kol-kosun təhlükələrindən qızı ehtiyyatla aparırdı. Gəlib evə çatdılar. Adam çay sifariş etdi, televizoru açıb mahnılar olan kanalda saxladı. Az səslə mahnı səslənir, adamla qız isə divanda yanaşı oturmuşdu. Ofisiant çayı gətirdi. Bir az söhbət edərək çaydan içməyə başladılar.

Adam yanında əyləşən qızı bayaqkı kimi qucaqladı. Qızın saçlarını əli ilə üzündən çəkib, alnından öpdü. Qızı özünə elə sıxmışdı ki, sanki ondan uzaqlaşmağından qorxurdu. Heç buraxmayacaqmış kimi bağrına basmışdı. Arada qızın saçlarını öpürdü, sakitliyi televizorda səslənən musiqi pozurdu. Sanki ürəkləri danışırdı. Özləri də vaxtın fərqində olmadan, bəlkə də, bir saat idi bu şəkildə sarılıb oturmuşdular. Gecə yarısı olmuşdu. Amma yatmaq istəmirdilər, sanki vaxtın bitməyindən qorxurdular.

Qız yerdə oturmağı çox sevərdi, adama "gəl, yerdə oturaq, mahnılara qulaq asaq” dedi. Adam razılaşdı. Divandan qalxıb yerdə oturdular, adam qıza baxır, qız isə telefonunda olan həzin mahnıların siyahısını söyləyərək hansını dinləmək istədiyini soruşurdu. Bir neçə mahnı dinlədilər, sonra qız adama "özündən bəhs et” deyə sual dolu və bir az da maraqlı gözlərlə baxıb gülümsədi. Adam uşaqlığından, kəndlərindən və məktəb illərindən danışmağa başladı. Harda oxumağı, hansı ixtisasa sahib olmağı barədə söhbətlər edirdi. Qızın yaşı az idi, amma hər şeyə maraq salan, dərin şeylər düşünən və bilməyini istədiyi şeyin arxasınca gedib o dərinliyə varan biri idi. Adama çox diqqətlə qulaq asırdı.

Adam gəncliyindən danışırdı, qızın xəyallarını süsləyən, əsl kişi kimi kişi deyə biləcəyi adamın bu olduğunu düşünürdü. Adam doğruluğu ilə bərabər səhvlərindən, günahlarından da danışırdı. Qız, içində yaratdığı ideal kişi obrazına bu adamı yerləşdirmişdi, artıq. Söhbətdən doymurdular, saata baxanda səhərə yaxın idi.

Saat səhərin 4-ü idi. Yerdən qalxıb çarpayının üstündə oturdular. Qızın yuxusu gəlirdi. Bir az yatıb sabah meşəni gəzməyi planlaşdırdılar. Adam yerinə uzandı, qız bir az çəkingən, bir az da utanaraq kənarda oturmuşdu. Adam: "yaxın gəl, uzan yat rahat, sabah oyanıb gəzərik” dedi. Qız utanaraq yerində uzandı. Adama yaxınlaşmışdı. Bir az da söhbət edək, saat 5 olsun yataq, dedi adam. Uzanıqlı formada bir-birilərinə baxaraq danışırdılar. Qızın gözləri yumulurdu, adamı o qədər sevmişdi və inanmışdı ki, onu qucaqlayıb yatmaq istəyirdi. Amma bunu adama deyə bilməzdi. Adam da qızın bu istəyindən xəbərsiz öz ürəyində bunları fikirləşərək qıza baxırdı. Bir qədər sonra qız yuxuya dalmışdı.

Adam qızın məsum sifətinə baxıb, saçlarını oxşamaq istəsə də, qız oyanıb yanlış anlayar deyə əlini uzatmağa cəsarət etmirdi. Qızı seyr edərək bu baxışlarla adam da yuxuya getdi. Sabah doğan günəşlə bərabər, yeni ümidlər də doğacaq...

*****

...Səhər açılmış, günəş meşənin dərinliklərinə yayılmışdı. Qız yuxudan oyanıb yanında adamın, hələ də yatdığını görər. Yerindən qalxıb çölə baxan qız günəşin şəfəqləri altında meşədə dolaşmağa çıxar, dünən axşam adamla getdikləri yerə gedər, uzaqdan görünən yola baxar.

Bir saat zaman müddətində gəzərək yenidən evə qayıdar. Qayıtdığında adam hələ də oyanmamışdı. Yaxınlaşıb səslənərək onu oyatmağa çalışar. Adamı asta səslə çağıraraq oyanmasını istəyirdi. Lakin adam elə dərin yuxuda idi ki, qızın çağırışlarını duymurdu. Qız bir az qorxmuşdu. Heç vaxt belə dərin yatan adam görməmişdi. Hətta bir ara adama nəsə olmasını belə ağlından keçirdi. Adamın çiyinlərinə toxunaraq oyatmağa başladı. Bu da fayda vermədi.

Səssiz halda divanda əyləşən qız özlüyündə nə vaxtsa oyanar deyə düşünüb saata baxdı. Vaxt günortaya yaxınlaşırdı. Birdən adamın telefonuna zəng gəldi. Adam qəfildən zəngin səsinə yuxudan ayıldı. Qız sevincək halda adama yaxınlaşdı, "oyanmırsan, günorta olub artıq, bəs, biz meşəni gəzəcəkdik” deyib, adamın üzünə baxdı. Adam oyandı, telefonu ilə səhər yeməyi sifariş etdi. Birlikdə təzə dəmli çay içib, səhər yeməyi yedilər. Sonra bir az ətrafı dolaşdılar.

Yaxınlıqda balaca göl kimi su axan yer var idi. Suyun ətrafında gəzdilər, qızın boyu adamdan balaca idi. Gəzərkən qız bardyorun üstünə çıxıb adamın boyuna yetişmək istəyirdi. Adam qızın əlindən tutub bardyorun üstündə yeriməsinə kömək edirdi. Artıq günortadan keçirdi, evə qayıtdılar. Söhbət etməyə başladılar.

Adam qızın saçlarını oxşayıb, üzünü ovucları arasına almışdı. Uzanmışdılar, qız üzünü adamın çiyninə söykəmiş utanarcasına, sadəcə, danışdıqlarına qulaq asırdı. Adam qızın üzündən öpər, onu qolları arasına alıb möhkəmcə sarılar. Qızın kiçik vücudu adamın köksündə idi. Ürək döyüntüləri aydın eşidilirdi. Adam qızı daha çox öpməyə başladı, qızın başını əli ilə yuxarı qaldırıb gözlərinə baxar, sən hardan belə ürəyimə girdin deyər. Adam qızı özünə sıxıb öpüşlərə qərq edər.

Qız adama o qədər inanmış, o qədər güvən hiss etmişdi ki, utanmaq xaricində adamdan çəkinmirdi. Onu sarması, öpməsi, nəvazişlə saçlarını oxşaması qızı mutlu etmişdi. Adam hissləri ilə qızı istəyirdi, bu istəyi davranışlarından hiss olunurdu. Amma qızı incitmək, yanlış anlaşılmaq istəmirdi. Qızın təmizliyi, saflığı adamın hisslərini durdururdu. O gün adam qızı doyasıya öpmüşdü, qız isə öpüşməyi belə bacarmadığı üçün utanmışdı. Bir-birilərinə sarılıb saatlarla o şəkildə qalmışlar. Axşam geri - şəhərə qayıdacaqdılar. Amma heç biri bu anın bitməsini istəmirdi. Qızın işi gərəyi dönməyə məcbur idilər. Axşam olmasına bir neçə saat qalmışdı. Artıq bir birlikdəlik doğmuşdu. Adam qıza sevgisini qapdırmışdı, qız adamı illərdir tanıyırmış qədər inanmış, güvənini hiss etmişdi. Çox mutlu idi. Axtardıqlarını bu adamda tapmışdı, onun yanında özünü güvəndə hiss etmişdi. Artıq, özünü daha yaxşı hiss edirdi, yaşadıqlarının mükafatı kimi dəyərləndirmişdi adamı...

*****

...Saat axşamın 10-u idi. Adamla qız şəhərə qayıtmağa hazırlaşırdı. Heç biri bu gəzintidən doymasa da, geri dönməyə məcbur idilər. Sanki hər şey şirin bir yuxu idi. Bu olanlara, yaşadıqlarına qız da inana bilmirdi. Birdən-birə bu qədər mutluluq qızı qorxudurdu. Çünki həmişə mutluluğu qısa sürmüşdü. Bu dəfə də bunun bitəcəyindən qorxurdu.

Qaranlıq düşmüşdü, maşına əyləşib Bakıya doğru yola düzəldilər. Yenə söhbət edərək qaranlıq dairəvi yollarla irəliləyirdilər. İki saat sonra artıq Bakıya çatmışdılar. Adam qızı evlərinə gətirmiş, sonra isə öz evinə qayıtmışdı.

Bu minvalla sabahlar olmuş, dənizə getmələr, sarılmalar, öpüşmələr və qızın adama qəlbinin dərinliklərindən gələn sevgisi davam etmiş. Amma adam özlüyündə narahat imiş, bu yaşında belə bir sevgi qorxutmuşdu, bəlkə də, adamı. Ya da bu qızın saflığı, niyyətinin təmizliyi və ya sevgisinin qarşılığını verə bilməyəcəyini bilən adam, rahatsız olmuşdu, artıq. Qıza bağlılığı yaranmışdı, özü də bilmədən bu olmuşdu. Bəlkə də, həyatında kiməsə belə bağlanmayan, sevgisini bu qədər net bir şəkildə hiss etməyən adam, elə, bu sevgidən qorxmuşdu.

Bir gün qız evdə tək imiş, adam zəng edər görüşmək istəyər. Qız da "gəl, çay dəmləyim söhbət edək” deyib, adamı dəvət edər. Birdən gəlməz deyə qız adamdan "gələrkən mənə portağal suyu al, ürəyim istəyir” deyə bu içəcəyi almasını istəyər. Gecə olmuşdu, bir qədər sonra adam əlində portağal şirəsi ilə içəri gələr. Çay içərlər, söhbət edərlər.

Adam gecələri yatmamağa alışqın imiş, həyat tərzi onu bu cür yaşamla formalaşdırıb. Şəxsi işlərinə və qaranlıq həyatına bu üzdən kimsəyi daxil etməz, hətta kimsəylə paylaşmazmış. Amma aç-çox qıza anlatmış, qızın da dünyagörüşü və bilgisi bunu anlamağa imkan verəcək yapıda olduğundan adamı bu işləri ilə daha çox sevmiş. Adam əli silahlı, amma təhlükəli biri deyilmiş. Haqqın yanında, ədalətin tərəfində olarmış. Həmişə qıza ədalət prinsiplərindən danışar, haqqı göstərməyə çalışarmış. Gecəni birlikdə qalarlar, adam danışar, qız dinləyər, arada suallar verən qıza üzdən də olsa, məlumatı izah etməyə çalışan adam, dərinliklərə doğru yol alan bu qızın sualları qarşısında bəzən təəccüblü qalmış, dolayısıyla anlatmış, bəzən isə sualı sualla qapadarmış.

Bir müddətlik xaricə gedəcəyini deyən adam qızın baxışları altında, sanki, çarəsiz qalmış. Qız adamın gedəcəyindən bütün arzularının yenə yarımçıq qalacağını təxmin etmiş, ağlamış. Adam bir müddət sonra geri dönəcəyini, hər zaman ürəyində, beynində qızın olacağını, heç vaxt onu unutmayacağını, amma işləri məcburiyyətindən getməli olduğunu söyləmiş. Danışıqlar içində adam qızı qucaqlamış, doyasıya sarılıb bağrına basmış, alnından öpüb saçlarını sığallamış. Öpüşlərlə hisslərini oyadan adam qızın sevgisindən ehtiras yaratmış olsa da, sevgidən doğan şəhvəti durdurmağı bacarmış o gecə. Sərhədləri tanıyan adam, sadəcə, qızın sevgisindən doğan bu hissləri sevdiyi qızla bölüşərək-sarılıb yatmışlar. Səhər açıldığında adam uzaqlara gedəcəyi üçün qızla vidalaşmış. Qapıdan çıxarkən qızın alnından öpüb ilk dəfə "səni sevirəm” demiş. Qızın sevinci yenə yarıda qalmışdı. Yenə tənha qalan qız adama sarılıb ağlayaraq adamın gedişinə sadəcə baxmış…

*****

...Adam yalan demişdi. O gedişi xaricə səfəri ilə bağlı deyildi. Gedişi, əslində, onun qorxuları idi, bu zərif, məsum, narin qızı incitmək fobiyası idi. Özündən on dörd yaş kiçik bu qız adama böyük gəlmişdi. Onu daha artıq özünə bağlayıb, tənha və qaranlıq dünyasına gətirməkdən qorxmuşdu. Gedirəm deməklə, sadəcə, qızı incitmədən ondan uzaqlaşmağı qərara almışdı. 

Adamın xaricə getdiyini düşünən qız, xudahafizləşəndən sonra nə axtarmış, nə də zəng etmişdi. Beləliklə, sakit 10 gün keçmişdi. Bu on gün ərzində qızın telefonuna 3-4 dəfə gizli zənglər gəlmiş, açdığında sadəcə səsini dinləyib qapadılmışdı. Adam hər yerdən və qızın ağlından, beynindən özünü sildiyini düşünmüş. Qız isə daima onu düşünür, ağlayırdı. Ailəsi ilə bərabər yaşayan qız evdə ruh kimi dolaşırmış. Adamı ağlından çıxara bilmirdi.  

Bir gün yenə darıxan qız adamın nömrəsinə zəng etmiş. Nömrə aktiv imiş, telefonda çağrı səsini eşidən qız həyəcanlanmış. Adam telefonu açıb, qızın səsini duymuş. Adamın getmədiyini anlayan qız darıxdığını, onu görmək istədiyini demiş. Adam bir neçə saat sonra qızı görməyə gələcəyini demiş. Axşam saatlarında görüşmüşlər, adam hər şeyi izah etmiş, həyatının dərinliklərini, qaranlıq yaşamı səbəbilə niyə evlənmədiyini, ailəsinin onun zəif yeri olacağını anlatmış. Qız isə qəlbinə girdiyi üçün adamı qorxutmuş, onun da həyatını bu cür çətinləşdirməyi istəmədiyindən, hələ gənc olduğu üçün, həyatının qabaqda olduğunu düşündüyü üçün belə bir yalan deməli olduğunu söyləmiş. Saatlarla adamı dinləyən qız ondan vazkeçməyəcəyini, olduğu kimi, həyatı ilə, yaşamı ilə, qaranlığı və bilinməzliyi ilə adamı istədiyini demiş. Adam qızın bu cəsarətindən, sevgisindən sanki qəlbinin dərinliyində qürur duymuş. Qıza sarılıb, onun bu cəsarətindən dolayı belə addım atmasını dəyərləndirərək qızı heç vaxt buraxmayacağını, nə olur olsun, yaşadığı müddətcə yanında olacağını, qoruyacağını söz vermiş. Ürəyi yerindən çıxan qız sevincindən dünyalara sığmamış. 

Üç ay sonra adam artıq qızdan ayrı qala bilməyəcəyini anlayıb, evlənmək qərarına gəlmiş. Qıza fikrini açıqlayanda bütün kainatı qıza bağışlamış kimi sevinmiş. Adamın bir tək anası varmış, anası ilə qızın ailəsi tanış olmuş, uyğunlaşmış və öz aralarında kiçik bir törənlə nişan etmişlər. Adam həm təmtəraqlı işləri sevmədiyindən, həm də yaşamı gərəyi toy etmək istəməmiş, qız da sevdiyi adamla birlikdə yaşamaq olsun da, varsın toy olmasın düşüncəsilə anlayış göstərmiş. Ailələr arası bir qonaqlıq məclisi ilə qızla adam nigahlanmış, adamın həyat yoldaşı olmuş. Özlərinə aid sevgi dolu bir yaşamları başlamış o gündən. 

Adam gecələr evə gec gəlirmiş, qız gec saatlara qədər pəncərə önündə oturar, adamın yolunu gözləyərmiş, o gəlməyincə yatmazmış. Adamın sevgisi qıza hər gün artımı ilə daha da çoxalmış, bir ildən sonra sevgilərinin bəhrəsi olan bir övladları doğulmuş. Körpə Murad təsadüflə qarşılaşan iki insanın həyatının mərkəzi olmuş.  

Həyatda təsadüf yoxdur, deyərlər, təsadüf zərurətdən yaranan nəsnədir. Zərurət isə bu adamla qızın qismətinin birlikdəliyi imiş... Gözəl təsadüflər həyatınızda gözəl izlər buraxsın...  

Başqa bir həyat hekayəsində görüşmək ümidilə - Əsən qalın!  

Hekayəni qələmə aldı: Aysel Abdullazadə 
20.04.2015

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar