Ana içeriğe atla

Kayıtlar

Mayıs, 2018 tarihine ait yayınlar gösteriliyor

Qadın sadəcə sevişmək üçün yaradılmayıb!

İnsanlarla cinsinə görə davranmağı, onlara cinsinə görə sınırla yanaşmağımızı bizə uşaqlıqdan təlqin edirlər. Hələ balaca uşaq ikən oyunlar oynadığımız qonşu oğlanla (qızla) bizi qapalı ortamda qalmağa icazə vermirlər, bağçada müəllimlər, həyətdə-parkda valideynlərimiz gözləri ilə bizi izləyir. Və nəticə etibarilə beynimizə yeridilən bu düşüncə yetişkinlik dövründə cinsi ayrımcılıq etməyimizə səbəb olur. Bu, düzgün anlatım və tərbiyə üsuludurmu? Əlbəttə, xeyr! Uşaqlara, insana insanlığına, şəxsiyyətinə görə yanaşmağı, onları qadın və kişi olaraq deyil, fərd olaraq qəbul etməyi öyrətməliyik. Bu mövzuda xüsusilə oğlan uşaqlarına diqqət etmək mütləqdir. Gələcəyin kişisi birmənalı şəkildə anlamalıdır ki, *qadın sadəcə sevişmək üçün yaradımayıb! *qadın sadəcə sevgili münasibəti üçün gərəkli deyil! *bir kişinin ən yaxın dostu bir qadın ola bilər. *bir qadınla sadəcə film izləmək, söhbət etmək, sərgiyə getmək, müxtəlif mövzularda fikir mübadiləsi aparmaq mümkündür. *bir ki

Məzara girmək bərabərdir universitetə girməmək...

İmtahan nəticələrinə görə intihar edən üç abituriyent bu vətənin övladlarıdır. Onların bu addımı atmasına səbəbdə hamımızdan bir parça var. İlk başda nadan valideynin övladının psixologiyasını düşünməməsi. Fərqindəsinizmi ki, övladlarınızı yarış atı zənn edirsiniz. Fatmanisənin oğlu Fərid beş fənndən hazırlığa gedir, mənim uşağım niyə getməsin? Övaldının hansı potensiala malik olduğundan xəbəri olmayan valideynlər var, a kişi. Sadəcə qonşudan qalma geri prinsipi ilə yaşayırla r və hələ həyata atılmayan yeniyetmələri də özləri ilə sürükləyirlər. Bəzən də uşaq valideynin arzusu üzərinə istəmədiyi bir istiqamətə yönəlir, sevmədiyi və marağı olmayan fənnləri məcburiyyət qarşısında sadəcə əzbərləyir. Nəticə eyni yola çıxır. Abituriyent imtahan verməyə getmədən öncə əməlli-başlı psixoloji zorakılığa məruz qalır. İmtahana bir gün qalmış başıboş qohumların, lazımsız qonşuların, ata-ana dostlarının mənəvi təcavüzünü aşmağa çalışır. Əmilər, dayılar zarafat qarışıq, "sabah 600'ü