Ana içeriğe atla

Məzara girmək bərabərdir universitetə girməmək...

İmtahan nəticələrinə görə intihar edən üç abituriyent bu vətənin övladlarıdır. Onların bu addımı atmasına səbəbdə hamımızdan bir parça var.

İlk başda nadan valideynin övladının psixologiyasını düşünməməsi. Fərqindəsinizmi ki, övladlarınızı yarış atı zənn edirsiniz. Fatmanisənin oğlu Fərid beş fənndən hazırlığa gedir, mənim uşağım niyə getməsin? Övaldının hansı potensiala malik olduğundan xəbəri olmayan valideynlər var, a kişi. Sadəcə qonşudan qalma geri prinsipi ilə yaşayırlar və hələ həyata atılmayan yeniyetmələri də özləri ilə sürükləyirlər. Bəzən də uşaq valideynin arzusu üzərinə istəmədiyi bir istiqamətə yönəlir, sevmədiyi və marağı olmayan fənnləri məcburiyyət qarşısında sadəcə əzbərləyir. Nəticə eyni yola çıxır.
Abituriyent imtahan verməyə getmədən öncə əməlli-başlı psixoloji zorakılığa məruz qalır. İmtahana bir gün qalmış başıboş qohumların, lazımsız qonşuların, ata-ana dostlarının mənəvi təcavüzünü aşmağa çalışır. Əmilər, dayılar zarafat qarışıq, "sabah 600'ü keçməsən, atan başını qaldıra bilməz ha", ya da "anan sənin üçün bu qədər əziyyət çəkib, səni iki ildir beş fənndən hazırlığa göndərib, bir maşının pulunu töküb, imtahan nəticəsi əla olmalıdır" deyir və insanların fikrini beynində cəmləyən bir abituriyent düşünün. Hansı nəticədən danışırıq?
İmtahan bitər-bitməz binanın qapısını tərk etmədən zənglər başlayır. Noldu, necə yazdı, qəbul oldu, olacaq? Heç vaxt halını xəbər almayan insanlar indi nömrəni tapıb mütləq imtahan nəticəsini soruşur, bu, bir qanundur? Kim qoyub bu qanunu? Bu insanlara niyə öyrədə bilmirik ki, insanın şəxsi həyatı, şəxsi işi, şəxsi yaşamı sizə bu dərəcədə maraqlı olmamalıdır.
Və nəhayət, axşam olur, nəticələr hesablanıb açıqlanır. İş yoldaşının uşağı ilə öz övladını müqayisə edən valideyn o abituriyenti mənən əzir, aşağılayır. Qışqırıqlar, 'mən sənə nə qədər pul tökdüm' cümlələri, 'filankəsin uşağı' reklamları, 'oxumadın, qəbul olmayacaqsan' deyərək uşağını həyatın sanki bununla bitdiyinə inandıran ata-analar...
Məktəblərdə psixologiya kabinetlərinin sadəcə pul yeyilən bir şöbə kimi "fəaliyyəti". Abituriyentlərlə psixoloji söhbətlərin aparılmaması, onların imtaham stressinin aradan qaldırılmaması da neqativ situasiyaların başlıca səbəblərindəndir.
Hamı ali təhsilli olacaq deyə bir qural yoxdur, əziz valideynlər. Uşağınızın unversitet potensialı, ali təhsil marağı, sevgisi yoxdursa, məcbur etməyin. Bir diplom hər şey demək deyil. Onların əlini sevdikləri, sevə-sevə çalışacaqlarını bildiyiniz bir sənətə çatdırın, onlara həyatlarının ilk addımında, lap başında dəstək olun. Və necə nəticə göstərməsindəm asılı olmayaraq, onların arxasında bir dayaq olduğunuzu hiss etdirin. 
Bir övladın məzara girməyi universitetə girməyindən önəmli olan ölkənin vətəndaşı olaraq, bir ana olaraq, bir müəllimə-pedaqoq olaraq sizə səslənirəm: onlara əlinizi alqışlamaq, səsinizi bravo demək üçün qaldırın! Onlar gələcəyin özüdür, diplomsuz olsalar belə...


Aysel Abdullazadə...

Yorumlar

  1. Gündemde olan bir mövzuya toxunmusunuz.cox sağ olun . Bu problem bütün cemiyyetimizin problemidir. Belemövzuları gündeme getirmekle ilk olaraq insanları " filankes ","diplom" xesteliyinden qurtarmaq lazımdır . Elinize sağlık.

    YanıtlaSil
    Yanıtlar
    1. Elədir, təbii. Bu, bir növ xəstəlik halını alıb.

      Sil
  2. Sözün bitdiyi yer... Düşüncesi bele ürek ağrıdıcıdır. Ne bilim ayılmaq üçün, daha bilincli yaşamaq üçün daha ne qeder canımız yanmalıdır, göresen?!

    YanıtlaSil
    Yanıtlar
    1. Çox təəssüf... Bu xəstəlikdən qurtulmadıca işimiz çətindir.

      Sil

Yorum Gönder

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar