Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2015 tarihine ait yayınlar gösteriliyor

Kitablar ölümə gedir...

Son zamanlarda gənclərin kitab oxuma vərdişlərindən uzaqlaşaraq virtual aləmi vərdiş halına gətirdiyini ifadə edərək, toplumun mədəniyyətindən uzaqlaşmasının səbəbini kitab oxumamaqla əlaqələndiririk. Kitab oxuma vərdişi cəmiyyətdə çox zəifdir. Yəqin bunun səbəbləri də son zamanlarda internet, telefonlar, virtual aləmdə insanların boşa vaxt itirməsidir.  Millətlər hazırda kitab oxumağı çoxaldarkən, bizdə isə tam tərsinədir. Kitablar ölümə doğru gedir... Kitab, kitabdan oxunar! Mobil telefonlar, tabletlər və ya kompüterlərdə oxunan kitabın adama fayda verməyəcəyi qənaətindəyəm. Ən azı kitabdan oxunan qədər fayda sağlamaz. Kitabı kitabdan oxumaq ən doğrusudur. Kitabı üsuluna görə, ədəbinə görə oxumaq lazımdır. Bəlkə bu şəkildə kitabdan istədiyin faydanı və səmərəni ala bilərsən. Ailələrdə kitab oxuma proqramları olmalıdır! Ailə başçıları uşaqlarını kitablara alışdıracaq, özəlliklə də, tətil dövrlərində. Kitab oxumaq sevdiriləcək, insanlara və xüsusilə gənclərə. İnsanların öz

Kitab - insan formalaşdırar!

Hər kəs bilir ki, insan olmaq, insan qalmaq üçün mütləq oxumaq lazımdır. Oxumayan insan səssizdir, boşdur. Səsləri səslərlə, fikirləri fikirlərlə ölçə bilmədiyi üçün özüylə, ətrafıyla, təbiətlə küskündür... Oxuyan insan, könül bağçasını davamlı çiçəkli edən, ürək boxçasını gözəlliklərlə dolduran və sözü öz qınında paslanmaqdan qurtarandır. Oxuyan insan, düşünən insandır. Düşünən, yəni aydınlığa qovuşan, zəkasını daha işlək, ruhunu daha dinc qılandır. Oxumaq- aləmi dərk, həqiqətin qarşısına tikilən bariyerləri aşmaqdır. İşıqlı, ölçülü, dərin düşüncələrlə sonsuza açılmaqdır. Oxumayan insan, hadisələri qıyaslaya bilməz. Müqayisə bacarıqları zəif olar. Beyin üçün ehtiyac, könül üçün bir zövq və düşüncə üçün gerçək bir idman olan oxumaqdan nəsibini almayan adam geriləyər bir müddət sonra. Oxumayan fərdlərin keçən hər zaman içərisində sinir hüceyrələri daha sürətli bir şəkildə azalır, azalar və artıq digər toxuma hüceyrələri kimi yenilənməzlər. Oxuyan insan, zamanı dah

Özləm fırtınası...

Qadın özləyərsə, yaxınlaşmayın yanına. Yandırar həsrəti sizin varlığınızı... Qadın özləyərsə, ondan soruşmayın həsrətin necə bir şey olduğunu. Sarılabilər sizə içindəki alovun qor atəşiylə... Qadın özləyərsə, dünyanı dayandıra, kainatı soldurabilər. Qadının özləmi ilə baharlar payıza, yaylar qışlara çevrilə bilər... Qadın özləmişsə, artıq yollar daha uzundur Və qovuşmaları bilin ki, daha qısadır... Qadın özləyərsə, qarlar dönə-dönə yağmaz bir daha. Yağmurlar çiyinlərinizdən süzülməz... Qadın özləyərsə sizi, quşlar pəncərənizə vurmaz bir daha. Yalnızlıq taleyi olur. Ona görə, ayrılıqlar ölümüdür qadının... Aysel Abdullazadə

Nazim Hikmətin "Qadın"ına açıqlama

"...KADIN" Kimi der ki kadın Uzun kış gecelerinde yatmak içindir. Kimi der ki kadın Yeşil bir harman yerinde Dokuz zilli köçek gibi oynatmak içindir. Kimi der ki ayalimdir, Boynumda taşıdığım vebalimdir. Kimi der ki hamur yoğuran. Kimi der ki çocuk doğuran. Ne o, ne bu, ne döşek, ne köçek, ne ayal, ne vebal. O benim kollarım, bacaklarım, başımdır. Yavrum, annem, karım, kızkardeşim, Hayat arkadaşımdır. ...Şeir vardır, oxuyub keçərsiniz. Şeir vardır, içindən bir misrasını, bir dörtlüyünü bəyənər əzbərləyərsiniz. Bəzilərini cibinizdə daşıyar, dəfələrlə oxuyar, düşünərsiniz. Dostlarınıza oxudar, paylaşarsınız. Elə şeirlər vardır ki, mövzusu ilə baxış bucağınızı dəyişər. Eynilə mən də belə düşünür, belə inanıram deyərsiniz. Yeri gəldiyində o şeirlə daşı qayaya vurarsınız... Nazım Hikmətin "Qadın" başlıqlı yuxarıdakı şeiri də mənim üçün, qadına baxış açımı ən gözəl şəkildə dilə gətirməyim istiqamətiylə mənalı və mesaj yüklü bir şeirdir. O

Qadın və təhsil problemi...

Qadın oxumamışdırsa, həyata 1-0 məğlub başlayır. Qadın oxumayıbsa, kişi onsuz da matça bir sıfır qalib başlar, başqa bir deyişlə. Qadın oxumayıbsa, günahı əvvəl ailəsinə, sonra dövlətə və sonra insanlığa aiddir. Qadın oxumayıbsa, əhali artmağa davam edər. Qadın oxumayıbsa, kişi hökmü davam edər. Qadın oxumayıbsa hər kəs onu istismar etməyə başlayar. Oxumayan qadının kişiyə yetişməsi, onu keçməsi çox çətindir. Əslində, oxumayan qadının kişini keçmək kimi bir qayğısı yoxdur. Oxumayan qadın sorgulamaz, baş qaldıra bilməz, haqqını müdafiə edə bilməz, yalnız kişinin özünə verdikləri ilə kifayətlənər. Oxumuş qadın, oxumamış qadını müdafiə edər yazısında... "Bəzən deyirəm ki, boş ver, niyə çırpınırsan ki; sən və sənin kimi qadınları, sənmi qurtaracaqsan?! Necəsə, səni anlayan yoxdur. İnsanların etdiyi kimi süni ol, gül, gəz, həyatını yaşa, qır qələmini, olanları heç olmamış say, sən məhrumsan, sənin adın yox, sən yazmırsan, yaza bilməzsən onsuz da, oxumamış. Sus, qadı

Qadın olmasaydıqmı?

İnsanların həyatdakı formatına görə qəbul olunmuş günü (analar, atalar, qadınlar, sevgililər günü...) qəbul etmirəm. Beləcə, "Qadınlar Günü" məntiqinə də qarşıyam. Birinin "qadınlar gününüz mübarək olsun" deməyi, məni narahat edir, həqiqətən. Çünki heç bir şəkildə qadın-kişi ayrı-seçkiliyinə və bu doğrulama ilə inkişaf edən femizim və bənzəri yanaşmalara da (qadınlığımı sübut etmək ya da müdafiə məcburiyyəti hiss etmirəm) qarşıyam. İnsan- qadın və kişi üçün edə biləcəyim və qəbul edə biləcəyim tək təsnifdir. Divan divandır, iki nəfərlik, üç nəfərlik demərik. İnsan da insandır, qadın- kişi deyil. Yalnız, yaradılışdan fərqliliklə (cinsiyyət və bənzəri) bədən yapısına malik olduğumuzu qəbul edirəm və təəssüf ki, ardından gələn bir çox şeyin də bu fərqlilikdən yarandığını düşünürəm. Bəzilərinin qadın haqqlarını müdafiə etməyini, hələ də bu müdafiəçilər kişidirsə, qəribə hesab edirəm. Mən inanmıram ayrı-seçkiliyə... İlk qadın roman yazanlar, müəyyə

Qadın qısqananda kişi çaxnaşma etməməlidir...

Qadın qısqanarsa, əvvəl, özünə pislik edər, sonra sevdiyinə. Qadın qısqanarsa, kişinin edəcəyi ən doğru şey qadında bu duyğunu yox edəcək çox sıx bir sevgiylə onunla bütünləşməkdir. Qadın qısqanarsa, kişi onu başa düşməli və ona kömək etməlidir. Qadın qısqanarsa və kişi bunu azadlığına müdaxilə olaraq alqılayarsa, eşq bitər. Qadın qısqanırsa, mütləq yoldaşını çox sevir. Amma bu sevgini təyin etməkdə çətinlikləri vardır. Qadın qısqanırsa, kişinin sevgisində çatışmazlıqlar vardır. Qadın qısqanarsa, ortaya çox ağrılı-acılı nəticələr çıxa bilər. Qadının qısqanma sonrası əsla təxmin edilə bilməyəcək vəziyyət hökm sürər. Ya hər iki tərəf də yara alar, ya da əlaqə bitər. Çünki kişilər, əksər hallarda "qadın haqlı" deməzlər, deyə bilmməzlər. Qadın qısqanması, ən kəskin qılıncların, alnınızın çatında işıldamasına yol açacaq vəziyyətdir. Qadın, əvvəl bir az düşünər, dişlərini sıxar, bir müddət susar, bir müddət izləyər, sonra yavaş-yavaş ən qorxunc planlarını hazırlama

Köhnəlmiş xatirələr...

Sən gedəli dolaşıram yenə adı bilinməyən küçələrdə... Hasarlarına kölgən düşür, asfaltında ayaq izlərin var dar döngələrdə... Günəş də eyni cür doğur Yağış da həminki kimi yağır arabir, göy də eyni səslə guruldayır... Rüzgar yenə həzin-həzin titrədir bədənimi təbiətin övladlarından fəqrli sevdiyim - Külək! qoxunu gətirir arada burnuma... Binalar arasında sıxışıb qalmış boş mənzilin uğrayıram hərdən, hər köşəsində köhnəlik olan otağına köhnə masanın üstündəki cırılmış vərəqlər rəngi getmiş divarındakı köhnə rəsimlər sənin keçmişinə qaytarır məni... Evdən çıxmadan son yandırdığın siqaretin kökü qalır hələ də, köhnə saralmış külqabında dağınıq yatağın və baş ucundakı bir stəkan su səni andırır saralmış şəffaflığında... Eyvanında yuva qurmuş sülh quşları hər il bala çıxarır yumartalarından qanad çalıb uçmağı ilk bu evdə öyənir uçuq eyvanın qaralmış dəmir barmaqlıqlarından. Hər həftə baş çəkirəm beləcə Səni məndə yaşadan x