Ana içeriğe atla

Qadın qısqananda kişi çaxnaşma etməməlidir...


Qadın qısqanarsa, əvvəl, özünə pislik edər, sonra sevdiyinə. Qadın qısqanarsa, kişinin edəcəyi ən doğru şey qadında bu duyğunu yox edəcək çox sıx bir sevgiylə onunla bütünləşməkdir.

Qadın qısqanarsa, kişi onu başa düşməli və ona kömək etməlidir. Qadın qısqanarsa və kişi bunu azadlığına müdaxilə olaraq alqılayarsa, eşq bitər. Qadın qısqanırsa, mütləq yoldaşını çox sevir. Amma bu sevgini təyin etməkdə çətinlikləri vardır. Qadın qısqanırsa, kişinin sevgisində çatışmazlıqlar vardır.

Qadın qısqanarsa, ortaya çox ağrılı-acılı nəticələr çıxa bilər. Qadının qısqanma sonrası əsla təxmin edilə bilməyəcək vəziyyət hökm sürər. Ya hər iki tərəf də yara alar, ya da əlaqə bitər. Çünki kişilər, əksər hallarda "qadın haqlı" deməzlər, deyə bilmməzlər.

Qadın qısqanması, ən kəskin qılıncların, alnınızın çatında işıldamasına yol açacaq vəziyyətdir. Qadın, əvvəl bir az düşünər, dişlərini sıxar, bir müddət susar, bir müddət izləyər, sonra yavaş-yavaş ən qorxunc planlarını hazırlamağa başlayır. Hər cür hinliyi-cinliyi, ağıla-xəyala gəlməyəcək şəkildə işləyər beynində. Hər detalı düşünər, layihəsini beynində ərsəyə gətirdikdən sonra "intiqam cədvəli" hazırdır.

Qadın qısqanarsa, həmcinsi də olsanız, qarşı cins də olsanız, ağıllı bir qadının qısqanclığından qətiliklə qorxun. Çünki təxmin edə bilməyəcəyiniz bir acımasızlıqla, sonunda qan-rəvan içində qalacağınız bir savaşın ortasında qalarsınız.

Qadın qısqandısa, bitmişsiniz deməkdir. Bunu anladığınız an ya çox gec qalmışsınız, ya da artıq yaşamırsınız. Sizə edəcəkləri ağılınızdan belə keçməz. Yeri gəldiyində "düşmənim etməz bunu" belə deyə bilərsiniz.

Qadın qısqanırsa, bəlkə, qısqanılmaq istəyir. Əslində, hər qadın arzusu "qısqanılan bir qadın" olmaqdır. Qadın qısqanıldıkca xoşbəxt olur. Kişisi qısqanırsa, qadın daha da xoşbəxt olur. Kişinin gərginliyi, qadının keyfidir. Qadın kişisinin həqiqətən sevdiyinə, qısqandığı zaman inanır. Qadın kişisini qısqandırırsa, işin bitdiyinə inanır. Diqqətlə baxır. Bir zamanlar qısqanan adam, artıq qısqanmırsa vəziyyət dəhşətlidir. Adam getmişdir. Qadın adamın getdiyini qısqanmağından anlayar...

Bir qadın, bir kişini istəyirsə, o kişinin onu sahiblənməyini istəyər. İlk və dəyişməz qayda budur. Özünü bir şəkildə sahiblənməyən kişiyə, kişi belə deməz. 

Kişisi tərəfindən qısqanılmaq qadın fantaziyalarının başlıcasıdır. Qadına, qadın olduğunu hiss etdirər...

Qadına, arzulanan olduğunu düşündürür. Kişisi üçün əhəmiyyətli olduğunu yaşadar...

Başqa kişilərin də özünü bəyənə biləcəyini göstərir. Kişisinin diqqətini başqa qadınlardan qoparıb özünə çevirir. Vəziyyət çox yaxşı getmirsə, nəticə "backup" ehtimalı verir... Kişisi tərəfindən, hələ açıq-aşkar bir yerdə qısqanılmaq, qadın üçün aspirin həbinin effektini verər. Tək bir həb hər dərdə dəvadır. Tək pis tərəfi budur: Qısqanan adam hadisə yaradırsa, "evə davalı" gedirsə,  fantaziya şiddətlə sonlanır... Hərçənd, bu şiddət belə, ən dərinlərdə qadına sahiplənildiyi hissini verir.  Amma mövzu bu deyil. Qadın o anda bunu istəməz. Şirin fantaziyasının, davayla nəticələnməyini arzu etməz. Qısqanılmaq kefini yaşamaq,  qadınlığını sonsuz hiss etmək istəyər...

Bəyənilməyin, istənilməyin, arzulanma və sahiblənilməyin həzzini sonsuza qədər yaşamaq istəyər. Bu yuxu, kişi qadından getməyə başladığında bitər. Kişi qadını vecinə almazsa, qadın anlayar. Nə qədər mini geydiyini vecinə almır, sinə dekoltesini önəmsəmirsə,  kişi getməkdədir... Yeni başdan dil tökməli, ən cilvəli şəkildə səslənməli, kişiyə kişiliyi hiss etdirilməlidir...

Əks halda, vəziyyət çox təhlükəlidir. Çünki kişi, kişi kimi deyildir. Ya da kişi artıq başqasına qarşı kişi kimidir.

Qadın üçün, seviləcək kişilər qısqanıldıqları yerdədir.

Qadın bəzən kişisini qadın rəfiqələrinə də qısqanar, amma səbəb? Hər qadını təhlükə olaraq gördükləri üçün. Özlərinə güvənmədikləri üçün. Yoldaşlarına güvənmədikləri üçün...

Baxın, bu mövzuda nələr deyir qadınlar:

"Əlaqəmizin başında bu səbəbdən ötrü xeyli bezdirici müzakirələrin içində tapdıq özümüzü və təbii ki, çoxu mənim qısqanclıq krizlərimin uzantısıydı... Fəqət, zamanla insan qarşısındakı insana güvənincə özünə olan etibarı də yerinə gəlir. İndi qısqanclıq dozasına nəzarət etməyi öyrəndim və daha xoşbəxtik".

"Məncə, yoldaşıma yaxınlaşan hər qadın təhlükədir. Hələ ki, qadının məhdud davranışları yoxdursa.

"Bir qadın, xüsusən də, gözəl bir qadın mənim yoldaşımla yoldaşlıq edirsə, kimsə qüsura baxmasın, bunun altından gec-tez bir şey çıxar və mən icazə vermərəm...!"

"O yaxınlaşmalar varsa, qısqanclıq sandığımız duyğular qısqanclıq deyil, məncə. Paylaşmaq istəməmək, hirslənmək, anlaşılamamaqdır. Həmən özümüzdə əksiklik axtarmayaq.

"Bir qadının ən böyük düşməni yenə bir qadındır. Nə edim, dostlar, qısqanaram, dişi ağcaqanaddan belə qısqanaram, amma hər səfərində qısqandığımı bəlli etmərəm".

Qadın əslində qısqanmamalıdır. İnsan sevdiyi insanın yanındaykən də, uzağındaykən də o insana güvənirsə, onsuz da qarşısındakını qədərində qısqanar, o da iki tərəfi də narahat etməz. Amma zaman-zaman qadınlar kişiləri sanki evcil heyvan kimi istifadə etməyə qərar verirlər və onların əmrlərindən çıxmağına icazə verməzlər. Bu tərz qadınlar uduzarlar. Qısqanma bir yerə qədər sevimlidir və problemsizdir, amma bəzi insanlar xəstəlikli şəkildə qısqanarlar və bu da hər kəsi narahat edə bilər. Kişi gerçəkləri görməyə başlaya bilər.

Qarşı cins də sevgilisini əlindən alına biləcək bir potensial hiss etdiyində qoruma iç motivasiyası ilə qısqanma rejiminə keçir. Sevgilisini qısqanmağı təbii ki, lazımdır, sevgisinin ən böyük dəlilidir. Amma bunun həddindən artığa qaçmağı, paranoyaq halına gəlməsi, hər iki tərəf üçün yaxşı nəticələr doğurmaya bilər.

Bəzən də, tək səbəb güvən əksikliyidir. Ya özünə, gözəlliyinə, təcrübəsinə, həyata qarşı olan duruşuna güvənmir, bundan ötrü qısqanar. Ya da sevgilisinə, yaxud ərinə güvənmir. Bu görə, davamlı bir narahatlıq və paranoyaqlıq içərisindədir. Bu biraz da bizim cəmiyyətimizdə qadının buz dağının görünməyən qisminə itələnilməsindən qaynaqlanar. Yəni sosioloji səbəblərin də təsiri vardır. Amma təbii, ən böyük səbəb qadının özünə, edəcəklərinə olan inancına güvənməməyi, inanmamağıdır.

Qadın qısqananda kişi çaxnaşma etməməlidir. 

Sakit olmalıdır. Oturub danışmalıdır qadınla. Niyə qısqandığını soruşmalıdır. Qadın qısqanırsa, kişi qadına əsəbiləşməməlidir. Anlamağa çalışmalıdır qadını, duruşu, davranışıyla güvən verməlidir qadına. Başqa cür bu problemi çözmək çox çətin olacaqdır...

Kişilərda cinsəllik, qadınlarda duyğusallıq araya girincə qısqanır. Almaniyadakı Bielefeld Universitetində qadın və kişilərin fərqli qısqanclıq tutumları araşdırıldı. Kişilərin partnyorlarını cinsi əlaqə söz mövzusu olduğunda, qadınların isə partnyorlarının başqasıyla cinsi yaxınlıq etməsinə çox reaksiya verməzkən, ancaq romantik əlaqə olursa, qısqanclığa qapıldıqları bəlli oldu.

Ümumiyyətlə, qadınların daha qısqanc olduğu və xüsusilə də, gərəksiz qısqanclıqlarıyla kişilərə dünyanı zindan etdikləri iddia edilir. Amma sevən qadın qısqanar, elə deyilmi? Onun həyatındakı tək qadın olmağı istəmək cinayətmi?

Qadın qadında nəyi qısqanar? Pul, şöhrət və gözəlliyi qısqanar qadın. Amma analığı daha çox qısqanar qadın. Üstəlik gözəlliklə əlaqədar qısqanclıqlarını müəyyən etsələr də, analıqla əlaqədar qısqanclıqlarını asan müəyyən edə bilməzlər.

Qadın qısqanırsa, duyğularından əmin deyil. Qısqanan qadın özünü tanımır, nə istədiyini bilmir. Əgər qadın əksik yanını tamamlamaq üçün bir kişini sevirsə, qısqanar. Çünki əksik yanının təkrar ortaya çıxmasından qorxur. Həyatı yoldaşıyla paylaşmağı sevən və bilən qadın qısqanmaz. Çünki özünün yoldaşına kafi, yetərli olduğuna inanar. Yarım qalan tərəfi olan qadını başqası tamamlaya bilməz.

Özünə qapalı qadın qısqanar. Sərbəst qadın qısqanmaz.

Qadınlara qısqanclıq mövzusunda deyiləcək ən son söz, ərinizi heç bir zaman özünüzü qısqandığınızdan çox qısqanmayın, olacaq. Çünki həyat yoldaşınız ən çox sizdəki siz ola bilər. Çoxu olması mümkün deyil.

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar