Ana içeriğe atla

Kayıtlar

Mart, 2019 tarihine ait yayınlar gösteriliyor

Ana kimdir?

İnsan ana (ata) olmadan, övlad və onun təlim-tərbiyəsi haqqqında uzun-uzun nələrsə deyə bilməz. Desə belə, təcrübə olmadan dəqiqliyi və ciddiyə alınması mübahisəli məsələdir. Dərd orasıdır ki, bu gün bizim toplumda “kimdə nə yoxdursa ondan danışır" misalı hökm sürür. Efirlərə baxırıq, ailəsi olmayan ailədən, övladı olmayan uşaq tərbiyəsindən, səsi olmayan oktavalardan, ruhu olmayan şeirdən danışır, fikir irəli sürür. Toplum da bunu izləyir, dinləyir. Ayırd edənlər də var, təbii. Statusu olmayan şəxslər müəyyən məsələlər haqqında fikir söyləyə bilməzmi? Əlbəttə, bilər. Amma bu insan valideyn, ailə başçısı statusuna müvəffəq olmamış olsa belə, ən azından yüksək dəyəri və bəşəri mülahizələr etmiş, bu qavramların praktikasına yiyələnməsə də, nəzəriyyəsinə ciddi bələd olan biri olmalıdır. Bir ana övlad üçün kimdir? Öncə bu sualı aydınlaşdıraq. Ana statusunda olan bir şəxs kimi yazıram. Öncəliklə, ana övlad üçün yolgöstərən, bilgi yanlış və doğruları hiss etdirən, anladan b