Ana içeriğe atla

Ana kimdir?

İnsan ana (ata) olmadan, övlad və onun təlim-tərbiyəsi haqqqında uzun-uzun nələrsə deyə bilməz. Desə belə, təcrübə olmadan dəqiqliyi və ciddiyə alınması mübahisəli məsələdir. Dərd orasıdır ki, bu gün bizim toplumda “kimdə nə yoxdursa ondan danışır" misalı hökm sürür. Efirlərə baxırıq, ailəsi olmayan ailədən, övladı olmayan uşaq tərbiyəsindən, səsi olmayan oktavalardan, ruhu olmayan şeirdən danışır, fikir irəli sürür. Toplum da bunu izləyir, dinləyir. Ayırd edənlər də var, təbii.
Statusu olmayan şəxslər müəyyən məsələlər haqqında fikir söyləyə bilməzmi? Əlbəttə, bilər. Amma bu insan valideyn, ailə başçısı statusuna müvəffəq olmamış olsa belə, ən azından yüksək dəyəri və bəşəri mülahizələr etmiş, bu qavramların praktikasına yiyələnməsə də, nəzəriyyəsinə ciddi bələd olan biri olmalıdır.
Bir ana övlad üçün kimdir? Öncə bu sualı aydınlaşdıraq. Ana statusunda olan bir şəxs kimi yazıram. Öncəliklə, ana övlad üçün yolgöstərən, bilgi yanlış və doğruları hiss etdirən, anladan biridir. Kompasdır ana. Bundan sonra övladın öyrədicisidir. Sonrasında əyləncə dostu, oyun yoldaşıdır.
Ən nəhayət, ana övlad üçün sığınacağı limandır. Bütün şərtlərdə övlad anaya sığınır – bəzən əsəbiləşən, qışqıran, hətta şiddət göstərən ana olsa belə. Tərif verəsi olsaq, ANA, qarşılıqsız sevginin ətə-sümüyə bürünmüş halıdır!
Bir oğlan uşağının qələmindən belə bir cümlə oxumuşdum: ana, gözləntisi olmadan börək bişirən insandır!
Bir də belə bir durum mövzu bəhsidir. Bioloji ana olmadan ana olmaq mümkünmü? Əlbət, mümkün! Çünki qadına analıq duyğusu fitrətən verilmişdir. Doğmasına gərək yoxdur. Elə möhtəşəm analar tanıyıram ki, övladlıq götürüb ana olan. Öz övladı olsa, ancaq bu qədər sevə biləcək olan. Məsələnin kökü qadının doğması deyil, analıq hissini qavraması və o hissi özündə kəşf etməsidir. Məncə, ən müdhiş ana doğmadan ana ola bilməkdir. Bu, daha kəskin, daha özdür. Sırf duyğudur, başdan ayağa hissdir, instinktir. Özündən olmayan bir uşağa analıq etmək,bu statusu özünə təlqin edib, yüksəyə çatdırmaq qadınlıqdır!
Bəs bir övlada necə tərbiyə vermək, onu necə böyütmək sualı ətrafında heç düşünmüsünüz mü? Mən hər zaman düşünürəm, özümdəki əksikləri götür-qoy edirəm. Elə bu yazını da ona görə sizlərlə paylaşıram.
Mənə görə, bir ana övladının öncə insan olması, insan kimi yetişməsi uğrunda savaşmalıdır. Bu savaşda şiddət, qorxu, təhdid və təhqir əsla yer almamalı. Çünki uşağın şüuraltı, informasiya toplamağa və onu ömürlük olaraq orada cəmləşdirməyə meyillidir. Ona travma yaşatsanız, travma, sevgiylə həyat versəniz, sevgi, hüzur, təhdid və təhqirlə yanaşsanız, ömrü boyunca etdiklərinizi yaşayacaq və yaşadacaq. Bu toplumda nə qədər travmalı insanlar var. Onlar doğuşdan elə olmayıb. Ən böyük düşmən sevgi əksikliyidir. Hər daim övladınıza sevgi verməlisiniz. Sevginin açmadığı qapı, sağaltmadığı xəstəlik yoxdur.
Şiddət! Ən böyük insan fəlakəti. Əsla! Övladınıza şiddət uyqulamayın. Bu, onun sonrakı həyatında ən güclü təsirdir. İnsanlıq halı, əsəbiləşə və ona əsəbinizi hiss etdirə bilərsiniz. Amma sonrasında onu qırmış, incitmiş olsanız belə, üzr diləməli, bağışlanmağınızı istəməlisiniz. Amma əsla əlləriniz onlara qarşı qalxmamalı! Bunun təlafisi olmayacaq!
Yeri gəldiyində özünüz psixoloq və psixiatr yardımı almalısınız. Bundan özünüzü çəkindirməyin.
Övladınızla özünüz arasında sərhəd saxlamayın. Nə kimi? Onun sizə hər şey danışmaq, paylaşmaq istəyini artırın. Həyatındakı ən önəmli insanın valideyn olduğunu, ilk onunla məsləhətləşməli, bölüşməli olduğunun fərqində olmasını təmin edin. Belə olan halda həyatdakı yanılqıları azalacaq.
Güvən! Qarşılıqlı hiss edilməsi gərəkən duyğu. Onun sizə güvəndiyi qədər, siz də ona güvənməlisiniz və övladınız bunu bilməli. Bilməlidir ki, anası (atası) ona güvənir, gözüqapalı ona etibar edir. Və bu güvən hissi onda daim məsuliyyət yaradacaq.
Hər şey bir-birilə o qədər bağlıdır ki. Ana olmaq güvənmək və güvən verə bilməkdir həm də. Hara qədər gedə biləcəyini və harada dayanması gərəkdiyini bilmək və bildirməkdir. Siz nəsinizsə, övadınız da o olacaq. Siz nə qədərsinizsə, övladınız da o qədər olacaq.
Niyə məhz ana nöqteyi-nəzərindən yanaşdığımı, zənn edirəm ki, yuxarıda yazdıqlarımdan yola çıxaraq anlayacaqsınız.
Biz qadınlar doğmadan ana, doğulmadan qadın oluruq. Biz qadınlar dünyaya insan yetişdirən insanlarıq. Biz qadınlar öz valideynlərimiz üçün övlad, övladlarımız üçün anayıq.
Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya - 29.03.2019





Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar