Ana içeriğe atla

Kayıtlar

Ocak, 2016 tarihine ait yayınlar gösteriliyor

Adsız küçələr...

Adsız küçələr dar olur Cansız cəsədini aparmağa gələn maşını sığdırmaz yollarına. Adsız küçələr eqoist olur Hər insanı qəbul etməz içindəki dəmir darvazalarına... Adı olmur bu küçələrin Elə işarətlə göstərirlər Ya da yanındakı məşhur bir supermarket istiqamətini deyirlər... Adsız küçələrdə yaşayan insanlar da eqoist olur Digər küçələri adı ilə tanıtmazlar Nəyəsə yönəlik tərif edərlər yolunu... Bu küçələrdə balaca uşaqlar top oynayar yalnızca Gizlənqaç oynamağa yerləri olmaz Dar dalanda divarlar gizlətməz onları... Bəzən bir ağaca görə tanınan bu küçə “söyüd ağacının” məşhurluğunu yansıdar Söyüd ağacının küçəsi olar... Adsız küçələr heç vaxt unudulmur Bu küçənin adsız sahiblərinin Qəlbində böyüyür, unudulmur...

Ailə qura bilməyibsə, analıq hissindən məhrum olmalıdır? – ARAŞDIRMA

Aysel Abdullazadə yazır: Ana olmaq qadının fitrətindən gələn bir şeydir. Bu mövzu ətrafında geniş araşdırma apardım. Kişilər bir tərəfə, ən əsası, xanımlara müraciət etdim bu sualla: “35-40 yaşlı, hər hansı səbəbdən ailə qura bilməyən, yaxud boşanmış xanımlar analıq hissindən məhrum olaraq yaşamalıdır, yoxsa ana olma haqqına tam sahibdir?” Qadınların fikri daha önəmlidir, çünki bir qadının digər bir qadına münasibəti və düşüncəsi burada öz əksini tapır. Hər sahədən olan xanımlar (evdar qadın, iş qadını, evli, subay, nişanlı, boşanmış və dul qadınlar) fikir yürütməyə başladılar və aşağıdakı formada individual olaraq fikirlərini bölüşdülər. Ad olaraq verilməyin önəmi olmadığı üçün onların mədəni halını qeyd edirəm. 1. Subay xanım: Qeyri-rəsmi övlad dünyaya gətirmək, yoldan keçən biri ilə əlaqədə olmaq deməkdir. Ondansa, xeyir iş görüb kimsəsiz uşaqlar evindən övladlığa götürə bilər. Bu da pis qarşılanmaz. 2. Subay xanım: Bizim mentalitet bunu qəbul etmir, təssüf ki. 3. Sub

Gedənlər həmişə unudanlar olmur...

~I hissə~ Bilirsənmi, gedənlər heç də həmişə unudanlar olmur Bilirsənmi, gülüşlər həmişə xoşbəxtlikdən deyil arzular hər deyəndə çin çıxmır xəyal hər zaman gerçəyə dönüşmür yaxşılıq həmişə yadda qalmır, pislik isə tez yaddaşa hopur... Bilirsənmi, xəstəxanalar həmişə can qaytarmır, can satılır bəzən bu "bazarda". məscidlər bütün duaları göylərə ötürmür O'na evindən səslənmək belə, avantaj olmur insanlara vağzallar ayrılıqları daha çox yaşayıb vidaların əl sallayan görüntüsündən bezib bəlkə də. gəmilər hər zaman geri qayıtmır... Bilirsən, yandırılan hər siqaret əfkarı dağıtmır siqaret yandıran bütün adamlar da darıxmır alışqanın ucundakı alovla siqar yandırdığını düşünərsən, əslində yanan ciyərin olar içinə çəkdiyin o tüstü ciyərlərinə can verər  bir qadının özləmi qalxar göyə kişi dodaqlarının arasından... bilirsənmi, yanaqlardan süzülən göz yaşında qəlbin qanaxması başlayar kliniki ölüm keçirər bütün hissiyyata məhk

Hicablı qadınlardan niyə qorxursunuz?

Aysel Abdullazadə yazır: Bu günlərdə bir məsələ ilə bağlı fikirlər məni narahat edir. Uzun zamandır, adaptasiya olub, bu mövzunu sizlərlə bölüşmək istəyirəm. Cəmiyyətimizdə hicablı və hicabsız deyə iki qismə ayrılmış qadınların yaşantısı. Bəli, bu günün reallığı, insanlara öncəliklə insan olaraq baxa bilməməyimizdədir. Onun cinsinə görə davranarıq, geyiminə görə münasibət qurarıq, mədəni halına (subay, evli, dul, boşanmış və.s) görə dəyər biçərik, amma nə yazıq ki, bir tək insan kimi, insan olduğu üçün qiymət verə bilmirik. Elə geyimdən danışmışkən, mövzumuza birbaşa keçid etmək istəyirəm. Ümumiyyətlə, geyimə görə insana bir “qiymət biçmək”, haqqında fikir yürütmək ağılsız və cahil insan düşüncəsindən başqa bir şey deyil. Geyim individual zövq məsələsidir, bunun insani keyfiyyətlərə heç bir aidiyyatı yoxdur. Bu gün XXI əsrdə yaşamağımıza baxmayaraq, çox zaman fikirləri hələ də ibtidai icma quruluşu səviyyəsində olan insanların mövcudluğunu görməkdəyik. Cəmiyy

Dənizmi olsam...

Yelken ol, kürek ol Dümen ol Balık ol, su ol Git, gide bildiyin yere... (Nazım Hikmetdən etkilənərək) Bir adam dalğaların qayaya vuran yerində İçi ümidsizliklərlə qaplanmış Diləklərini ürəyinin ən dərininə gömmüş Canı acıyan bir adam düşünür:  ... - Buludlara uzatsam əlimi, çatarmı bəyazlığını hiss etməyə Suya toxunsam, qulağımda çınlayarmı şırıltısı Ya da gəmiyə minsəm, gedə bilərəmmi arzuların limanına Yosun olsam, yapışsam heç qopmadan dilək qayasına Gəmi olsam, dərdləşə bilsəm, ən uzaq dənizlərin suları ilə Ya da balıqmı olsam, getsəm, ta uzaqlara gedə bildiyim qədər... Balıq oldum, ey dəniz, al məni də qoynuna Sənə gəldim, yaşat məni ıssız sularında... Aysel Abdullazadə  15.01.2016 - 14:33

"Mən öldürdüyünüz qadınam..."

"Mən öldürdüyünüz qadınam..." Mən öldürdüyünüz qadınam 15 yaşında ərə verib kitablarımdan ayırdığınız arzularımı boğduğunuz yumşaq oyuncağımla yatmadığım gün məni öldürdünüz... Mən öldürdüyünüz qadınam 16 yaşında ana olan özüm uşaq ikən özümdən bir uşaq dünyaya gətirən zaman öldüm. Yaşıdlarım məktəbə gedərkən mən qızımı bələyəndə öldüm, Onlar küçədə gizlənqaç oynayarkən məni ərim zorladığında oldum... Mən öldürdüyünüz qadınam Dəftər yerinə əlimdə bir külfətin qazan qaşığı Məzun geyimi əvəzində ağ gəlinlik libası geydirdiyiniz kəfən misalı... Mən öldürdüyünüz qadınam diri-diri torpağa basdırdınız ocağa atıb yandırdınız daşladınız, dışladınız yetmədi, külümü göyə sovurdunuz... Mən öldürdüyünüz qadınam Qız olduğu ucun abort olunmuş körpənin çığlığıyam Ər qorxusu ilə o masada canından balasını çıxaran ananın içindəki fəryadıyam. Bütöv deyil, hissə-hissə doğrayan cərrah bıçağının iti baxışıyam... Mən öldürdüyünüz qadınam Əsir bildiyiniz, cari

Abşeron Qaz İstismar idarəsi abonentlərin problemini həll edə bilmir

Yenibaxis.az olaraq vətəndaşların şikayətlərini işıqlandırmaqda davam edirik. Bu dəfə yenibaxis.az saytının baş redaktoru Aysel Abdullazadə yaşadığı ünvanda təbii qazın olmamasından narazılığını bildirib. Həmin şikayət məktubunu olduğu kimi diqqətinizə çatdırırıq: “Mən Abdullazadə Aysel Nizami qızı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Səttar Bəhlulzadə küçəsində yaşayan sakinəm. Altı ildir, bu ünvanda yaşayıram. Xırdalan şəhərində mavi yanacaq – qaz sisteminin verilməsində böyük problemlər yaşayırıq. Xüsusən də, qış aylarında qaz verilməsi demək olar ki, dayandırılır. Bu günlərdə, daha dəqiq, dekabr ayının 28-dən etibarən yaşadığım ünvana qaz verilməsi dayandırıldı. Qonşulardan maraqlandım, məlum oldu ki, qaz kəsilməsi ilə əlaqədar yenidən qaz verilərkən bizim sayğacda problem yaranıb (klapanlar qazı buraxmır). Zəif də olsa, qonşularda qaz yandığı üçün sayğacla bağlı problemə görə qaz idarəsinə müraciət etməli oldum. Qaz idarəsi adına qeydiyyatlı olan beş ayrı-a

“İnstaqramdakı iyrənclikdən iyrəndim!”

Aysel Abdullazadə yenibaxis.az üçün yazır: "Azərbaycan 1990-cı ildəki keşməkeşlərdə gəncliyini də itirmiş oldu" Mənə görə,  facebook bütün sosial şəbəkələri "döyər". Çünki tamdır, çox əhatəlidir. İstənilən mövzunu sərhədsiz şəkildə ictimailəşdirmək  üçün çox rahat bir alandır. Başında gerçək və işlək bir beyin daşıyan insan üçün buradan çox şey qazanmaq və elməyönəlik istəklər doğrultusunda müvəffəqiyyətə nail olmaq mümkündür.   Bir neçə gün öncə instaqram sosial şəbəkəsində qeydiyyatdan keçdim. Şəkil çəkdirməyi sevən biri kimi sadəcə hobbi və əyləncə məqsədli istifadəsini düşündüm. Dostlarla bəzi məqamları paylaşmaq, sevincləri bölüşmək üçün əlverişli ola biləcəyi qənaətindəyəm. İki-üç şəkil paylaşdım və dostlarımı izlədikcə onların izlədikləri istifadəçilərə, səhifələrə nəzər yetirdim.  Bu gəzişmələr zamanı qarşıma bir dublyaj səhifəsi çıxdı. Videolar və yüzlərlə bəyənilər, həmçinin şərhlər vardı. Bu qədər adamın zövqüncə olan, onları güldürən