Ana içeriğe atla

Hicablı qadınlardan niyə qorxursunuz?


Aysel Abdullazadə yazır:

Bu günlərdə bir məsələ ilə bağlı fikirlər məni narahat edir. Uzun zamandır, adaptasiya olub, bu mövzunu sizlərlə bölüşmək istəyirəm.

Cəmiyyətimizdə hicablı və hicabsız deyə iki qismə ayrılmış qadınların yaşantısı.

Bəli, bu günün reallığı, insanlara öncəliklə insan olaraq baxa bilməməyimizdədir. Onun cinsinə görə davranarıq, geyiminə görə münasibət qurarıq, mədəni halına (subay, evli, dul, boşanmış və.s) görə dəyər biçərik, amma nə yazıq ki, bir tək insan kimi, insan olduğu üçün qiymət verə bilmirik.

Elə geyimdən danışmışkən, mövzumuza birbaşa keçid etmək istəyirəm. Ümumiyyətlə, geyimə görə insana bir “qiymət biçmək”, haqqında fikir yürütmək ağılsız və cahil insan düşüncəsindən başqa bir şey deyil. Geyim individual zövq məsələsidir, bunun insani keyfiyyətlərə heç bir aidiyyatı yoxdur.
Bu gün XXI əsrdə yaşamağımıza baxmayaraq, çox zaman fikirləri hələ də ibtidai icma quruluşu səviyyəsində olan insanların mövcudluğunu görməkdəyik.

Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan qadınlara müxtəlif dövrlərdə və quruluşlarda çox fərqli münasibətlər olmuşdur. İslamaqədərki sivilizasiyalarda qadınların vəziyyəti çox acınacaqlı bir şəkil almışdı. Lakin İslam dini öz gəlişiylə qadınların mənəvi və fiziki cəhətdən əzilməsinin üstündən xətt çəkmiş, qadını öz layiq olduğu zirvəyə qaldırmışdır. Müsəlman qadınının bu zirvəni fəth etməsi bir çoxlarını daim narahat etmiş və bu gün də etməkdədir. Onlar müxtəlif səviyyəli konfranslarda, toplantılarda, kütləvi informasiya vasitələrindəki çıxışlarında haqsız olaraq İslam dinini qadın hüquq və azadlıqlarını məhdudlaşdıran bir din olması imicini yaradırlar. Lakin İslamı Qurani-Kərim əsasında araşdırmış olsaq, bunun tamamilə yalan olduğunun şahidi olacağıq.
Məsələ də elə, qadınların geyiminə və etdiyi seçiminə görə cəmiyyətin onarı iki qismə ayırmasıdır.

Azərbaycan Respublikası demokratik və dünyəvi qanunlarla idarə olunan bir ölkədir. Hər şeydən öncə insanlar dinini seçməkdə və ona istədiyi kimi əməl etməkdə azaddır. Hicab qadınların İslam nöqteyi-nəzərindən vacib buyurduğu bir geyim biçimidir ki, bu, qadının qapanmasını sağlayır. Bu gün hicabda olan xanımlar Azərbaycan Respublikasının vətəndaşlarıdır. Digər açıq geyimlə olanlar da həmçinin. Bəs niyə bu iki görüntüyə görə bəzən qorxur, ehtiyyat edir, çəkinir, özümüzdən uzaqlaşdıraraq ayrımcılıq aparırıq. Nə üçün?

Əsas sual budur: Nə üçün hicablı qadınlardan qorxuruq? Xüsusən də, kişilər üçün bu sualı ünvanlayıram.

İş üçün müraciətlər zamanı
Bir rəfiqəm hicab geyiminə keçib, iş üçün müraciətlərində çoxlu sayda problemlər yaşayıb. Hara baş vurubsa, onu hicablı olduğuna görə, heç iş üçün lazım olan bilgisini belə yoxlamadan geri çeviriblər. Şəkilsiz göndərdiyi CV-lər üçün görüşməyə çağrıldığında, “bacım, biz sizinlə əlaqə saxlayarıq” deyib başlarından edirlər.
Yaxşı, qorxduğunuz nədir? Hicablı qadın sizin üçün niyə bir nida işarəsinə çevrilir? Niyə özəl bir sektorda saçı görünmədiyi üçün bir xanımı işə götürmürsünüz? Bunun altındakı mesaj nədir? Hicablı olduğu üçün, “bacınız” olur, digər açıq geyimdə olanlar nə ifadə edir sizin üçün? Və ya belə deyim, “kriteriyalarınız” nələrdən ibarətdir ki, hicablı xanım onlara cavab verə bilməyəcək deyə bunu qəbul etmirsiniz?

Ətrafındakı insanların uzaqlaşmağı
Bir xanım hicaba keçərsə, ətrafındakı insanlar eyni olmayacaq, gedənlər mütləq olacaq, getməsi önəmli deyil də, səbəbi maraqlıdır. Gedən kişidirsə, deməli, açıq zamanında o qadından nələrisə fikrindən keçirib, düşüncəsi aydın olmayıb, səmimiliyi dürüstlüklə qaplanmayıb. Və gedənlər qadındırsa, deməli, yalanları çox olub, sənə artıq yalan danışa bilməyəcəyini anlayıb və bir növ ehtiyyat edib.

İnsanların onlara qorxaraq, qeyri-adi bir şey kimi baxmağı yaxud digər açıq geyimli xanımlardan fərqləndirməyi
Hicab geyən bir qadına bəzən ictimai nəqliyyatda fərqli baxışlar görmüşəm. Bayaqdan yanında adi geyimli bir xanım olmasına baxmayaraq ona yerini təklif etməyən bir bəyin, hicablı xanıma “bacım, buyur əyləş” deməyini görmüşəm. Sizə də ifrat yalançı və qorxaq insan təəssüratı bağışlamırmı? Allahdan qorxduğu üçünmü bunu edir deyə düşündüyümdə, qorxusu varsa, başqa günahlar etməz deyə ağlıma gəlir, məsələn, beş dəqiqə öncə bir xanımın bədən əzalarından zövq almaq kimi. Nəticədə, bu, yer verməməkdən qat-qat ağır günahdır. “Bacı” dediyiniz o kəlmənin haqqını ancaq hicabda olanlarmı verir? Bu düşüncə haradan qaynaqlanır?

Hicablı birinin tam başqa cür olmasını məcburiyyət halına gətirməyimiz
– Ucadan danışmaz, gülməz, hətta gülümsəməz, tum yeyə bilməz, saqqız çeynəməz, dırnağına və dodağına boya çəkə bilməz, adi ətir sürə bilməz, qulaqcıqla mahnı dinləməz, toyda oynamaz, ad gününə qatılmaz, yolda oğlanla görünə bilməz, sevgili edilə bilməz, ümumiyyətlə, sevə bilməz, sevgilisi ilə əl-ələ tutub yolda gedə bilməz… bilməz də, bilməzlər…
Niyə? Adam saymırıq onları? Onlar nəfəs almır? Hicab geyinib, başına örpək bağlayıb deyə sizlərdən niyə fərqli olduğunu düşünürsünüz? Günahsa, onun da günahı normaldır, gülməksə gülmək, gəzməksə gəzmək, sevməksə sevmək… Niyə də yox axı? Hansı səbəblə onların bunu etməsini qeyri-adilik və olmazlıqla qarşılayırsınız? İçində Allah sevgisinin daha qabarıq olması və bunu zahirinə yansıtması, geyimində öz əksini tapması onu insan olmaqdan çıxarıb mələkmi edir?

Onlar da mənim, sənin, onun kimi insanlardır, görüntü insana olan düşüncənizi dəyişməsin. Əgər dürüst və aydınsınızsa, insanı insan olaraq görə biləcəksiniz və görünüş deyil ağıl, zəka prinsipi ilə hərəkət etmənizə heç nə mane olmayacaq.

P.S. Müəllif olaraq qeyd edim ki, hicablı deyiləm, sadəcə tolerant biriyəm və insan, mənim üçün insandır!



Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar