Ana içeriğe atla

Kayıtlar

Nisan, 2016 tarihine ait yayınlar gösteriliyor

Bir gün...

Olar da, bir gün gedərsən, başqasına - başqa gözlərə, başqa əllərə, axtaracaqsan sonrasında sevgimi... Olar da, unutmaq istəsən mənli xatirələri, qəlbində edam etsən, bütün yaşananları, saman sarısı o kəndir həmişə əllərində qalacaq... Olar da, bir gün qayıtmaq istəsən geriyə, bütün yollara qadağa qoyulacaq. Mənə gələn asfaltlarda qor atəşlər alovlanacaq. Və o gün sənin ürəyində intihar baş qaldıracaq... Olar da, bir gün ölmək istəsən, cismin susacaq, ruhun ağlayacaq. Ən gözəl anıların mənim gözlərimin fonunda filmə çevriləcək. Və altında bir musiqi səslənəcək: "Gecdir daha"... Aysel Abdullazadə 20.04.2016 - 16:40

Daha olmayacaqlar...

Tavandan asdı bir divar özünü, boz kəndirdən sallandı ayaqları. Bir qədəh daşdan döşəmənin ahına yaxalandı... Və küt bir bıçağın səsi ağlatdı intihar hissini... Dodaqlarda öldü göz yaşları yanaqlardan süzülərkən. Ruhlar tərk etdi bədəni isti cismi buza dönərkən... Arzular gözlərinin dərinliyində itdi. Qağayılar mavi sulara küsdü. Baharda qönçələr açmadı. Və o gün sevgi məzarlara baş daşı oldu... Səssizliyi duyuldu bütün mahnıların, siyah-bəyaz oldu filmlər. Vətən -deyə qışqırmadı o gündən sonra əsgərlər... Qolları, qucaqlamaq üçün tanımadı adamlar, qaranlıq gecədən sonra günəşin doğuşu ümid gətirmədi, Vicdanı oyanmadı bir daha ürəyinin pıçıltılı səsi ilə... Müəllif: Aysel Abdullazadə 

Bu, o Qadındır...

Bir qadını yerişindən tanıyaram. Addımları sakin, amma hüzursuzdursa, möhtəşəm bir ayrılığın simfoniyası duyular. Tələsik və yerə vurduğu ayaqlarının səsindən bilinər, Ki, yerimək üçün deyil, getdiyi yerə varmaq üçündür o addımlar... Bir qadını gülüşündən tanıyaram. İçdən güldüyü zaman dodağından öncə qıyılan gözləri anladar mutluluğunu. Səssiz gülüşləri fırtına öncəsi səssizlikdir, biləcəksən. Ta ötələrdən çığlığı duyularsa qəhqəsinin qəlbindəki dərdin böyüklüyü açılar "gül" kimi... Bir qadını sevişindən tanıyaram. Gözlərindəki işıqdan bilərəm sevgisinin çəkisini, Və dəli bir gülümsəməsi, heç dayanmayan susqunluğu, yormaz qəlbinin aynasını. Dodağına qondurduğu bir busə, ürəyində uçuşan kəpənəkləri andırırsa, bu, o Qadındır. Aysel Abdullazadə 20.04.2016 - 16:04

Bir qadın sorğulanır...

Ümidlərini tökmüşdü masaya yaz yağışlarının döydüyü pəncərəsindən torpaq qoxusunu  ciyərlərinə çəkirdi. İtirdiklərini düşündü... və sonrasında qazandıqlarını bu yaşına qədər. Təcrübələri daha ağır gəlirdi  həyat mizanında. Bir qadın üçün həyat nədir?  - sevgimi,  övladmı, bəlkə karyera? Ya da sadəcə sıradan bir yaşam... Rəngi bozarmış divardan asılan şəkillər danışırdı indi İllərin verdiklərini və aldıqlarını sadalayırdı. ...Səssizcə, pıçıltı ilə... Pəncərə camına özünü çırpan yağmur damlalarının çığlığı qovdu qəfil xatirələri. Damlalar da haçalandı, eynilə ümidləri kimi, arzuları kimi... Qaranlığın səsi gəlirdi uzaqdan. Parlaq bir siyahlıq vardı içində Bu gecə daha tünd,  daha uzun və daha nəmli olacaqdı... 00:09 - 16.04.2015 Aysel Abdullazadə

Şəhid anasının dilindən...

Bir qadın olaraq ən nifrət etdiyim cümlə: "Vətən sağ olsun!" Niyə sağ olmalı imiş? Mən doqquz ay bətnimdə daşıyım, əl üstündə böyüdüm... Qoxusuna, canına doymayım, gecə-gündüz başında gözləyim... Saçının bir telinə belə qıya bilməyim... Sonra təpədəki bir cərgə yol üçün, insanlıq bilməzlərin qəddarca apardıqları siyasətə qurban edim! Səbəb? Şəxsi mənafeləri, insanlıqla yaxından-uzaqdan əlaqələrinin olmamağı... İllərlə əzbərlətdilər, illərcə canımızdan can aldılar... Vətən sağ olsunmuş, niyə olsun? Vətən də mənim, torpaq da... Övladım olmayandan sonra mən niyə olum ki? Leş sürüsü media yaxından çəkiliş verirdi, həmişə elə verməyə davam edir, acılı ananın göz yaşları ilə dodaqlarından tökülən cümləni. "Vətən sağ olsun" deyir ana... Əzbərlənmiş, beyinə qazınmış... "Vətən sağ olsun" deyir mənə... Soyunun davamına, canının yarısına qıyılmış. Dövran dediyin də bir gün dönərdi, amma dönmədi... Ac gözlü sürü qana doymadı, aldıqca aldı. Ver

Anlar... ("Moments")

Əgər yenidən başlaya bilsəydim yaşamağa, İkincisində, daha çox xəta edərdim. Qüsursuz olmağa çalışmaz, arxasıüstə yatardım. Nəşəli olardım, ilkində olmadığım qədər. Çox az şeyi ciddiyyətlə edərdim. Təmizlik problem belə olmazdı əsla. Daha çox riskə gedərdim. Səyahət edərdim daha çox. Daha çox günəş doğuşu izləyər, Daha çox dağa dırmaşar, daha çox göldə üzərdim. Görmədiyim bir çox yerə gedərdim. Dondurma yeyərdim doyunca və daha az noxud. Gerçək problemlərim olardı, xəyalı olanların yerinə. Yaşamın hər anını gerçək və məhsuldar qılan insanlardanam mən. Yenidən başlaya bilsəydim əgər, yalnız xoşbəxt anlarım olardı. Fərqindəsinizmi bilmirəm, Yaşam budur onsuz da. Anlar, sadəcə anlar. Siz də anı yaşayın. Heç bir yerə özü ilə termometr, su, çətir, paraşüt götürməyən, getməyən insanlardanam mən.  Yenidən başlaya bilsəydim əgər, heç bir şey daşımazdım. Əgər yenidən başlaya bilsəydim, Baharda başmaqlarımı fırladar atardım.  Və payız bitənə qədər

Susmayın ümidlərim...

Susmayın ağrılarım Dillənin e, dillənin Kəndir salın boynuma Yellənin e, yelənin. Şair Ramil Mərzili nin şeirindən etkilənərək... Susmayın ümidlərim Dillənin e, dillənin. Sevincək uşaq kimi Yellənin e, yellənin. Gizlədim göz yaşımı Silinsin yanağımda. Ağrılı baxışlarım, Gözlərimə zillənin. Yağış altında dua Tez çatırmış ünvana. Damlaları durudur Arzum üçün lillənin. Dərd ağardıb saçımı Şəvə zülfüm bəyazdı. Bunca yükü daşıyan Hörüklərim, tellənin. 06.04.2016