Olar da, bir gün gedərsən,
başqasına -
başqa gözlərə,
başqa əllərə,
axtaracaqsan sonrasında sevgimi...
Olar da, unutmaq istəsən mənli xatirələri,
qəlbində edam etsən, bütün yaşananları,
saman sarısı o kəndir
həmişə əllərində qalacaq...
Olar da, bir gün qayıtmaq istəsən geriyə,
bütün yollara qadağa qoyulacaq.
Mənə gələn asfaltlarda qor atəşlər alovlanacaq.
Və o gün sənin ürəyində
intihar baş qaldıracaq...
Olar da, bir gün ölmək istəsən,
cismin susacaq,
ruhun ağlayacaq.
Ən gözəl anıların mənim gözlərimin fonunda filmə çevriləcək.
Və altında bir musiqi səslənəcək:
"Gecdir daha"...
Aysel Abdullazadə
20.04.2016 - 16:40

Yorumlar
Yorum Gönder