Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2018 tarihine ait yayınlar gösteriliyor

Kimdir yalnız QADIN?

Yalnız QADIN… Niyə məhz yalnız kişi yox, yalnız qadından yazırıq? Çünki bu toplumda 'yalnız qadın' birləşməsi daha çox mövzu içərir, daha çox yüklüdü, daha ağırdı mənası, daha dərindi açması. Çünki bu toplumda bir düşüncə hakimdi: qadın kişidən asılıdır. Yalnızlığı ilə mutlu və hüzurlu olmadığını düşündüyümüz qadınlardan əziyyət çəkirik həm də və toplum olaraq bu əzabı onlara da yansıdırıq. Yalnız qadın bəyənilməyən, tərcih edilməyən, oxumayan, bir becərisi olmayan, çalışma yan, uşaq doğmayan, qab yumayan, ev təmizləməyən qadın deyil. Yalnız qadın övladı olmadığı üçün yaşım keçir deməyən, evliliyi həyat məqsədinə çevirməyən, özgüvənini bir kişinin sevgisindən qazanmayan, gecikdim deyə qarşısına çıxan ilk kişini həyatına almayan, mutluluğunu bir adama bağlamayan qadındır. İndi deyim sizə, yalnız qadın kimdir və niyə yalnız, 'qadındır?!' Yalnız qadın gözləri ilə danışan, dərdlərini öz çiynində daşıyandı. Özü ilə danışmağı bacarmaq böyük bir səltənətdi. Yal

Renkli hayat için...

Bir çiçek açmışsa, tüm dertleri unudun, Güneş doğmuşsa sabaha düşünmeyin sorunları. Ciğerleriniz dolduruyorsa içinizi en temiz oksijenle ağlamak nankörlük olur. Beyaz güller, sarı güneş, kahverengi toprak, mavi sema, pembe hayaller varken içinizi karartmanız sadece aptallık olur. Siz gökkuşağı biriktirin içinizde en güzel renklerden yol çizin Ve o yolda yürürken en başarılı adımları atın. Hayat, siyah rengi daha da koyulaştırmak için çok kısa. Aysel Ateş...

Yarınlara yürümek...

Uzunca bir yol yürümek gerek bazen, yarınlara doğru, geleceğe doğru, ve umuta doğru. Yalnız, Yalansız Ve yalın ayakla yürümek lazım sevgi adına, sabah adına, sevmek adına. Aysel Ateş...

Yasəmən ətirli qadın!

Saçların bir ovuc günəş şəfəqi, gözlərin yarım əsrlik ağac rəngidir. Bəyaz tənindən yasəmən ətri gələn qadın... Çiyinlərində bunca dərdin ağırlığı yaşlandırmamış olqunlaşdırıb o əsrarəngiz siratini. Ayaqlarının yorğunluğunu gözləyən köşə divanın başını yaslamaq üçün rəngli yastığın bir də soyuducudakı soyuq çayın. Hər axşamkı istirahətindi. Tənhalığın, böyük bir evi təkliyinlə paylaşmağındı. Təkliyin, iş dönüşü aldığın bir çörəyi iki günə bitirə bilməməyindi. Yasəmən ətri gələn qadın. Gərdanında girdab quyusu var. Qulaqların nə hayqırışlar duyub, Gözlərin nə dəhşətlərə şahid olub. Əllərin həmişə isti, Sol yanın daima səsli, Ruhun həp bir uşaq dünyası qədər məsum. Çünki sən bir qadınsan! Yasəmən ətirli qadın! Aysel Abdullazadə...

Nasıl mutlu ederiz?

# mutluetmek  istediğin kişi mutlu olmak istemezse, senin yapa bileceğin bir şey yok maalesef. Aslında mutluluk da, mutlu olmak ve mutlu etmek de çok basit. Evet, doğru duydunuz, çok basit! Bu, tabi ki, hayatı, dünyadaki yaşamın hangi çerçevede olmasını algılamayı beceren insanlar için geçerli bir durum. Bu insanlar mutlu olmayı da iyi bilir, mutlu etmeyi de. Bir düşünün, mutluluk anlık bir şey değil mi? Evet, öyle. Ama atladığımız bir nokta var, ondan bahs edeyim. O anlık sevi nçleri uzatarak mutluluk nesnesini oluşturmuş oluyoruz. Nasıl mı? Mesela, sevdiğiniz kadın saçlarının okşanmasından mutlu oluyorsa, bunu her akşam yapabilirsiniz, ya da sevdiğiniz adam sizinle birlikte el-ele gezmekten aşırı mutluluk alıyorsa, bunu onun söylemesini beklemeden sık sık tekrarlaya bilirsiniz. Oldukça basit değil mi her şey?! Ha bir de ikinci ve zor bir yanı var. Siz mutlu etmek için çabalarken karşı tarafın buna aldırmaması, yaptıklarınızı görmezden gelmesi ve mutluluğun sanki ona gerek

Heç nə demə...

Demə, mənə heç nə demə Gözlərimin yağışında islan,  Kirpiklərimdən asmışam bütün diləkləri,  Dodaqlarıma gömmüşəm hisslərimi Demə, mənə heç nə demə Gömülən duyğularımı səssizcə canlandır. Demə ki, sevmək tənhalıqdır. Aşiq olmaq göz yaşlarını Yanağında qurutmaqdır. Təkadamlıq bir çarpayıda xəyallara dalmaq, Tavanın ən dərin qatında səhnə qurub, Rol almaqdır. Demə, mənə heç nə demə. Yalnızlığın qayığında kürək çəkmək, Sevginin son məkanına gedişdir. Bir adamın dediyi kimi - "Təklik hamının çıxıb getməsi deyil, Heç kəsin qayıtmamasıdır". Demə, mənə heç nə demə. Bilirəm… Nə gedən dönəcək, Nə də dönənlər eyni sevəcək… Demə… Aysel Abdullazadə...

Gözəl sabahlara...

Nə gözəl sabahlar vardır, sevgiylə açılan, hüzurla gecəyə yol alan. Nə gözəl insanlar vardır, Gözəl duyğular, Müdhiş anlar vardır. Bunca gözəlliklər vardı yaşanmalı, Yaşayaraq haqqını verməli. Baxdın, heç birinə əlin çatmır Nə gözəl sərxoşluq var, Nə gözəl başını döndürmək, dönərək gülmək var. Bunca şeydən mütləq sən də almalısan payını, Sevinməli, sərxoş olub gülməli, Ya da sadəcə doğacaq günəşi gözləməlisən. Kim deyir, gözləntilər yorar? Kim deyir, həyatda gözəllik yoxdu? Kim deyir, sərxoşluq əyyaşlıqdı? Yalandı, ağ yalandı! Sevgini gözləmək, sevgiliyi gözləmək, Başını döndürən şərabla günəşi salamlamaq Və bütün bunları sabah xatırlayacağın anıya çevirib xatirə divarından asmaq gözəldi. Vallah gözəldi. Aysel Abdullazadə....

Keşkelerim...

O kadar derin ki O kadar anlamlı. Ne mi? Ben ve hayatım, benim yaşantım. Her kesin hayatı kendine özgün  Ve kendine özeldir. İyikiler ve keşkeler vardır bende Eşit değerde. Ne biri az, ne öteki çok. Ben iyikilerimle sevinir keşkelerimle büyürüm. Hiç bir zaman ayırmadım onları, kıyaslamadım. Birini sevip, diğerini dışlamadım. Hayatın en derin kuyusunda mahsur kaldım Ama esiri olmadım. Kendim düştüm, kendim kalktım. Bileğimdeki prangaları kendim söktüm, Ayağıma takılan tuzaklara O ayaklarla çelme taktım. Hep yürüdüm, hiç durmaksızın Soluklanmak bile nefese minnet etmek gibiydi bu hayatta. Hep umut ettim, Umudun elini sıkı sıkı tutup Huzura yol aldım. Şimdi geriye bakıyorum da İyiki o dertler, o pusulası olmayan sorunlar benimleymiş İyiki ben onları yaşamışım. İyiki bugünkü ben olmuşum. İyiki keşkelerim beni bıraktı Ben iyikilerimle bu güne geldim. Zor oldu, evet, ama oldu. Teşekkürler, hayat! Teşekkürler, olmazlar! Teşekkürler, en güzel keşkeler! Aysel Ateş 03.07.2018/13:36

Sevgi gülüşü...

Sevgi də yorularmış qayğıdan mədət umar, nəvazişdən borc alarmış hisslərini... Məhəbbət də sıxılarmış bəzən gecə zənglərindən, səhər görüşlərindən, lüzumsuz, önəmi olmayan söhbətlərdən. Pəncərə üzərində buğdan çizilmiş ürək kimi bir neçə saniyədə suya çevrilər bəzi sevgilər... damlasında həyat boğular, dünya çevrilər altı üstünə. Bir qadın ağlayar otağın yalnızlıq küncündə bir kişinin yataq otağında boş içki şüşələri devrilər... Təklik ağır gələr bəzən, dörd divarın içində əzilən vücudun ruhunu da sıxışdırar. Günəş heç nəyi isidə bilməz daha nə sahildəki qumları, nə yerə döşənmiş mərməri, nə də ki sol tərəfini... Qəlbinin açıq qalmış pəncərəsindən arzular boylanar yarımçıqlığına. Bağlamazsan o pəncərəni gələcək olanların ümidinə xatir. Sevgi də yorularmış yalanlardan, xəyanətdən, vicdansızlıqla möhürlənmiş duyğulardan... Məhəbbət də ayaq açıb gedərmiş ən yaxınların ən uzağına. Yolunu bilmədən azarmış məhbəs duyğuların yalnış cığırlarında. Zaman dəyişərmiş bütün yaşanmışlığı. İndi bi

Dünyanın bucaqları...

İndi dünyanın ən uca yerində ümidini kağız gəmiyə bağlamış bir dəniz seyircisi var. Günəşə baxıb ışığını görməyən, Dənizə baxıb dalğa çırpınışını sezməyən, Və başını göyə qaldırıb Tanrını tapmayan biri... İndi dünyanın ən dərin küncündə bir gəmi batır, gəmidə ümidlər canıyla çarpışır. Ölür suda Tanrının zərrələri, ölür bu dünyanın ən gözəl gülüşləri, qəhqəhələri hayqırışlar əvəzləyir.  İndi dünyanın ən acılı günü yaşanır Bir ana bir övladın nəfəssiz qalışına sadəcə baxır... Baxır... Baxır... İndi dünyanın bir yerində ana bətnindən körpə çığlığı dünyaya yayılır. Aysel Abdullazadə...

Sevgimin adı...

Gəl, bərabər çıxaq buludlardan pilləkənlə sonsuzluğa. Gəl, birlikdə ovunduraq hərarəti sönmüş qəlbimizi Və bərabər ağlayaq.  Kirpiklərimiz islandıqca qəlbimiz durulsun. Yanaqlarımızda eşq cığırı açılsın. Sənin sevgin mənim sevgimin əlindən tutub özüylə aparsın. Gəl, birlikdə aldadaq dünyanı. Qayıdacağıq deyib çox uzaqlara gedək. Təkcə ümidlərimizi çıxaraq çamadanımızdan, geridə qalsın hər nə varsa. Sənin sevgin mənim sevgimə eşq elan etsin. Saçlarıma endir ulduzları, Ay ışığında sevişək, dənizin evində mehtab yaradaq toxunuşlardan. Səhər günəşi öpsün sevgimizi Və rüzgarla rəqs edək sonsuzluqda. Sənin sevgin mənim sevgimin adı olsun... Aysel Abdullazadə...

Sana ışınlanmak...

Sen - duygularıma ad veren adam, Sen - ruhumu sesleyensin! Özlemi tattıran, hem de sevdirensin. Sen arzularıma liman, sevgime beste oldun. Mavi sularda yüzerken dileklerim sahilinde oba buldu. Sevgime o eşsiz sevginle beste yaptın. Sen kalbime anahtar, dudaklarıma gülüş sebebisin. Saçlarımda yıldızları kaydırdığın zaman tüm istekler güneş şafaklarında parladı. Bir ışık var avuçlarının içinde. Her elinden tutuşumda vücuduma yansır. Şimdi bir isteğim var; Işınlanmak... Mutluluk iksirini tatmak için olduğun yere aniden ışınlanmak, sana gelmek, sana varmak ve yine, yine seni sevmek... Aysel Ateş Abdullazadə  (eşime ithafen)

Dəyişməli idi hər şey...

Dəyişməli idi hər şey ya da elə dəyişik olmalıydı. Məsələn, ağlamalı deyildi bir körpə anası öldü deyə.  Ya da bir ana fəğan etməməliydi bala itkisinə. Saqqal saxlamamalıydı kişilər əzizlərinin yaslı xatirəsinə. Dəyişik olmalı idi hər şey ya da dəyişməliydi bütün olanlar. Atasını, qocalar evinə verməli deyildi doğuluşu ilə nəzir paylanan oğullar. Yollara dikilməməliydi yaşlı qadın gözləri. Xəstəxana divarlarında izi olmamalıydı əzizlərin… Dəyişməliydi hər şey ya da dəyişik olmalıydı bütün olanlar. Məsələn, Zəhra və Fərəh ölməli deyildi. Aytac qılpayı qurtulmalı idi "sevginin" pəncəsindən. Özgəcan həyatını bağışlamamalıydı şərəfdən yoxsun namərdə. Və Xəzərdə ölməməliydi Neftçilər, sönməli deyildi onların evinin çöl lampası. Susmamalıydı televiziyalar, Sevdiyimiz qar almamalıydı bizdən alpinistləri. Dəyişməliydi hər şey ya da dəyişik olmalıydı bütün olanlar. Döyülməli deyildi ağ gəlinliklə ata evindən çıxan qızlar, kəfəni övlada layiq li

Bu gecə mənə gəl

Bu gecə mənə gəl. At qürurun daşını çılpaq dənizlərə. Bu gecə mənə gəl. Fikirləri çıxar başından  üç-beş saatlıq. Yaxşı, lap olsun bir anlıq sənin xətrinə. Bu gecə mənə gəl. Danışaq keçmişdən, gələcəkdən bir nəfəslik ömürdən. Çay dəmləyim, Yoxsa acı kofe? Yaxşı, fərq etmir İstəyini anlayıram bu səssiz səmirdən. Bu gecə mənə gəl. Əlində bir şüşə Bir də holland pendiri. Yaman gözləyirəm, bilirsən Qapının döyülməyən zəngini. Bu gecə mənə gəl. Elə belə, heç nəsiz Qəmsiz, qüssəsiz Sakit sakit dayanaq Ömrün qatarına baxaq. Salxım salxım qopan sevgimizdən danışmayaq. Sus-pus oturub birdən qəfil alışmayaq. Bu gecə mənə gəl. Qorxu, həyəcan qürur və keçmiş. At hamısını çör-çöp qabına. Bu gecə mənə gəl. Sadəcə keçirim Barmaqlarımı barmaqlarına. Aysel Ateş Abdullazadə...