Demə, mənə heç nə demə
Gözlərimin yağışında islan,
Kirpiklərimdən asmışam bütün diləkləri,
Dodaqlarıma gömmüşəm hisslərimi
Demə, mənə heç nə demə
Gömülən duyğularımı səssizcə canlandır.
Demə ki, sevmək tənhalıqdır.
Aşiq olmaq göz yaşlarını
Yanağında qurutmaqdır.
Təkadamlıq bir çarpayıda xəyallara dalmaq,
Tavanın ən dərin qatında səhnə qurub,
Rol almaqdır.
Demə, mənə heç nə demə.
Yalnızlığın qayığında kürək çəkmək,
Sevginin son məkanına gedişdir.
Bir adamın dediyi kimi -
"Təklik hamının çıxıb getməsi deyil,
Heç kəsin qayıtmamasıdır".
Demə, mənə heç nə demə.
Bilirəm…
Nə gedən dönəcək,
Nə də dönənlər eyni sevəcək…
Demə…
Aysel Abdullazadə...
Gözlərimin yağışında islan,
Kirpiklərimdən asmışam bütün diləkləri,
Dodaqlarıma gömmüşəm hisslərimi
Demə, mənə heç nə demə
Gömülən duyğularımı səssizcə canlandır.
Demə ki, sevmək tənhalıqdır.
Aşiq olmaq göz yaşlarını
Yanağında qurutmaqdır.
Təkadamlıq bir çarpayıda xəyallara dalmaq,
Tavanın ən dərin qatında səhnə qurub,
Rol almaqdır.
Demə, mənə heç nə demə.
Yalnızlığın qayığında kürək çəkmək,
Sevginin son məkanına gedişdir.
Bir adamın dediyi kimi -
"Təklik hamının çıxıb getməsi deyil,
Heç kəsin qayıtmamasıdır".
Demə, mənə heç nə demə.
Bilirəm…
Nə gedən dönəcək,
Nə də dönənlər eyni sevəcək…
Demə…
Aysel Abdullazadə...
Yorumlar
Yorum Gönder