Ana içeriğe atla

Kayıtlar

Eylül, 2015 tarihine ait yayınlar gösteriliyor

İlahi istəklər...

Ay işığını qədəhlərə doldurub içmək Və ansızın səni sevmək... Qaranlığın ulduzlarını çəkib yağmur yerinə yağdırmaq Və arzular tutub ümidlənmək ulduz qaydı niyyətinə... Bozdan seçilməyən buludları qovmaq göy üzündən bəyaza haqsızlıq olmasın düşüncəsilə... Birlikdə parçalamaq bütün tabuları insanlığa hədiyyə eşqinə... sunmaq həyatı azadlığı ilə dünyaya çərçivədən boylanan insanlara... Qorxmadan getmək ötəyə əlini uzatmaq ta ucsuz yüksəkliyə Tanrıya qovuşmaq istəyilə... 09.09.2015

Bir qadını olmalı kişinin...

Bir qadını olmalı kişinin səhərlər səsinə ayılıb, öpüşünə oyanmalı pərdəni sıyırıb günəşin şəfəqini gözünə salmalı kişisindən öncə qalxıb çayın ətrini odaya doldurmalı... Bir qadını olmalı kişinin təravətli geyimlərlə əynini quşadan boynuna qalstuk bağlayan bəyaz köynəyinin qol siyah qol düymələrini ayarlayan... Bir qadını olmalı kişinin axşamları əsrarəngiz yemək masası quran tünd çay süfrəsində mizahi anlatımlarla gününü soran yorğunluğunu alıb kənara atan... Bir qadını olmalı kişinin gecə filmini başını sinəsi üstünə yaslayıb izləməli təninin ətrindən bihuş olub dincliyini gidərməli rahatlığı onda taparaq ruhunu təslim etməli... Bir qadını olmalı kişinin gecəsini gündüzündən fəqrləndirən rəngarəng baxışlarla hisslərini dilləndirən eşq dilində danışıb, vücuduna qovuşmağa tələsən... Bir qadını olmalı kişinin dostu, sirdaşı, sevilisi, həyat yoldaşı bütün marağı, günü, saatı, birlikdəlik axtarışı onunla birlikdə var oluşu... Bir qadını olmalı kişinin bi

Bütün küçələr sevgiyə çıxır...

Dar bir yoxuşundayam şəhərin İsti vurmuş asfaltın parıltısı kölgəmi canlandırır üstündə... Könül saatım yalnızlığa işləyir, dilimdəki mahnı təkliyə mızıldanır... Bura Bakıdır! Burada bütün küçələr sevgiyə çıxır... Gedirəm mənzillərə bitişik sıxılmış yollarda Keçmişimi tapıram hər addımda Yolumu azmaq qorxum olsa da, bilirəm, Bura Bakıdır! Burada bütün küçələr sevgiyə çıxır... Cam balkonda dayanmış qızın baxışları Xatırladır 10 il öncəsini Gözü eşq axtarır, qəlbi sevgi O da bilir... Bura Bakıdır! Burada bütün küçələr sevgiyə çıxır... Məscidlər şəhər mərkəzində qapısı açıq imanı bütöv misafirlərini gözlər sevənlər cüt-cüt gələr, gedər dualar edib, əllərini Sevgiyə açarlar onlar üçün də... Bura Bakıdır! Burada bütün küçələr sevgiyə çıxır... 07.09.2015

Qadın və Savaş...

Sən çeçenlərdə əsirsən, məzlum, kimsəsiz qadın Ərini, körpəni, ruslara qurban verdin Dilində Çeçen marşı, qarşında yetim yurdun Tənha, soyuq Tundralar, üzündə çil-çil olmuş Bizdəki yarım iman, səndəki dil, lal olmuş... Doğu Türküstandakı, məzlum, kimsəsiz qadın Qəhbə Çin zülmündən, səndə nəsibini aldın Qıyıq gözlərin ilə, bizlərə baxa qaldın Çin səddini çəkdirən, o nəsillər el olmuş Bizdəki yarım iman, səndəki dil lal olmuş... Azərbaycanda, Xocalıda, məzlum, kimsəsiz qadın Erməni qətl edincə, bizlər burdayıq sandın Qarnında körpənlə ölərkən, iki candın Acı çəkən gözlərin, dərya olmuş, sel olmuş Bizdəki yarım iman, səndəki dil lal olmuş... Sən ey Somalidəki, qara, kimsəsiz qadın! Cəhənnəm istisində, təcavüzə uğradın Zatən südündə yoxdu, körpənə doymadın Moğadişu çölündə, cəsədlər yol-yol olmuş Bizdəki yarım iman, səndəki dil lal olmuş... Təlafərdə, Kərkükdə, məzlum, kimsəsiz qadın Neçə quduz itlərin, cəzbinə uğradın "Qarnımda bicləri var" vu

Boşluqlar...

Ağlımdan keçər unutdum demək Barmaqlarımdan keçər tutuqluluğum... Əli qırılası bir həsrət var içimdə Ürəyi qırılası bir eşqdən qalma. Kirpiklərimin kənarından başlayır Özlədim kəliməsi. sonrası Boza bulanmışlıq... Sayılan rəqəmlər sona vardığında sonsuzluğun gerçəkliyi itər sona varmaq, unutmaq və göz yaşı birikdirər... Deyilən bütün sözlər qulaq ardı olar kəlimələr saxta, təsəllilər boş... Unutdum desən, yalan... Eşq desən, səsinin özünə qayıtdığı bir otaqda hıçqırıq, boğazına ip salınmış sözlər, yanağında cığır açmış məsamələr və arzularının ayağının altından itələnmiş bir kiçik masa... Həyat desən, bir dairəyə salınmış çoxluqlar ibarəti... 07.09.2015

Sonra get...

Gedirsənsə, məndən aldığın nə varsa yerinə qoy get! Mənə gəldiyin kimi eşqsiz, qayğısız, kimsəsiz get... Geri qaytar aldıqlarını sevgimi, duyğu yükümü geri qaytar, sonra get... Qəlbimdəki yerindən qalx! sol tərəfimi tərk et öncə... daha sonra ruhumla birləşən ruhunu ayır, get... ...Özümü mənə qaytar Sonra get! 05.09.2015

Kişilərin daşıya bilmədiyi qadınlar...

Kişilər, nailiyyəti olan, uğur əldə edən, zirvəyə yüksəlib orada qalmağı bacaran qadınları həyat yoldaşı kimi daşıya bilmirlər.  Toplumda söz sahibi olan qadın azad düşüncəli, sərbəstdir və ayaqları üzərində dayanmağı o kişini tanıyana qədər öyrənmişdi. Kişilər bacarıqlı, kültürlü, yüksək biliyə sahib, zəkası geniş və dünyagörüşlü xanımlarla bir ortamı paylaşmaqdan böyük zövq alarlar, o ortamda belə bir xanımla ünsiyyət, dostluq onlara qürur verər. Hətta sevgili belə ola bilərlər. Amma söz qonusu o xanımı həyat yoldaşı etməkdirsə, bundan qaçarlar. Səbəbi çox sadədir. Bir kişinin içində daşıdığı özgüvən nə qədər böyük olmalı ki, o qadının varlığını, onun həyat yoldaşı olma psixologiyasını qaldıra bilsin... İlklərdə bəsit fikir kimi görünə bilər. Amma yaşantıya gəlincə niyə bu “bəsit” hesab etdikləri fikrin çəkisindən qorxurlar?! Azərbaycan kişisi evlənərkən bu hallara xüsusi diqqət edir. Hətta bir zaman öncəsinə qədər oxumuş, ali təhsilli qadın bəyənilmirdi və evlənmək üçün normal

Sənə inanmaq...

Sənə inanmaq - məsumca idi... Kiçik bir qızın əllərini qibləyə doğru açıb dua etməsi kimi... Sənə inanmaq - gözləntili idi... Hər səhər erkəndən günəşin doğacağını bilmək kimi... Və usulca fısıldayan rüzgarın fırtınaya çevrilmək ehtimalı qədər "dəqiq"... 06.09.2015

Bir az soyuq olasım var - Sentyabr şeiri ...

Ruhunun dərinliklərində səhər mehi canlansın. sərinlətsin bütün qəlbini. İçinə azacıq istilik qaçsın varlığını qaplayıb ovutsun mənini... Bir az soyuq olasım var, bir az daha sərin yağmur kimi səpələnib göydən enəsim var huzuru qoynuma qısıb dərin-dərin... Yağsın yağmur, əssin rüzgar göy üzünə gəlsin çiskin duman ruhumu oxşasın təbiətin içindəki varlıqlar bircə, huzurumu çalmasın amansız ayrılıqlar... Bir az soyuq olasım var içimdəki atəşi itirmişəm, yalnızam. Bir az tənha qalasım var təkliyə söz vermişəm, əhd kəsib, peyman etmişəm. Payız yarpaqlarının səsi amansızdır ayaq altında xırçıldayan səsdən ürkər ürək... Bir gün geri çağırar ağacdan tumurcuqlarını yaşıllığa qayıdar başqa bədənlərə girən ruh tək... Bir az soyuq olasım var üşümüş ruhumu bədənlərdən səssicə çıxarasım var... 03.09.2015

Şəhərə gecə gəldi...

Kimlik soruşurdu künc başında, yolu gözləyən ayrılıqlar. Vaxtı gəlmişdi artıq, ağlayırdı zülmət çökmüş odalar. Şəhərə gecə gəldi az əvvəl... Xoş gəldi! Tünd rəngli idim mən... Bütün kölgələrim qara idi ayaq səslərim bənövşəyi. Gün batımı şüşədən qədəh rüzgarlarım boz rəngli. Şəhərə gecə gəldi az əvvəl... uğultusu duyuldu qaranlıq odalarda. İşıq saçılan sarıya boyanmış kimsəsiz küçələr yalnızlığını yaşayır həmin anda. Gecə özü ilə, kim bilir, neçə yalnızlıq gətirib, durğunluq sunub səssiz camdan eyvanlara... Lal olub günəş, danışmaz artıq səhərə qədər dili çözüləcək olsa, kim bilir, gecədən şikayət edər nələr-nələr... Gecənin boğduğu ümidlər qan ağlayardı onun gəlişi ilə. Dik dayanan ümidlərin rezonans qorxusu canını yaxardı səhərə qədər qaranlığın. Səhərin dördündə bir çığlıq yaşayırdı qurulmuş zəngli saat misalı oyanardı həmin radələrdə... Günün çığlığı yayılmaqda ətrafa gecə toplamalı artıq yükünü gətirdiyi çiyinlərdə. Səhərin altısı... Şəhər

Barmaq aralarındakı boşluq...

Barmaq aralarındakı boşluq sonu bəlli olmayan bir eşqi anladar. Biri gələr, doldurar əlləri ilə arada bir millimetr belə fərq yaransa, yalnızlığın yenidən başlayar... O fərq dünya boyda görünər, əslində, nə dünya kiçikdir, nə də yaşanılan sevgi... nə barmaqlar eynidir, nə də toxunuşlar dəqiq. İlla ki, bir fərq vardır... Aysel Abdullazadə 31.08.2015

"Kirayələnmiş fahişə..."

Şəhərin səs-küyündən uzaq, sakitlikdə yerləşən otelə ən çox əcnəbilər gəlirdi. Dostları ilə maşınından düşən adam başını qaldırıb binaya tərəf boylandı. Ətrafı nəzərdən keçirdi, sakit ortam xoşuna gəlmişdi. İnsanlardan mümkün qədər uzaq gəzən 35 yaşlı Murad qapalı biri idi. Dostları belə onun uzaqlığını, qapalılığını çözə bilməmişdi. Dostlarından biri otelə keçmək üçün onu səslədi. Dörd dost binanın böyük qapısından içəri daxil oldular. Qeydiyyat mərkəzinə yaxınlaşan dostlardan biri orda əyləşən cavan oğlana rezervasiya edilmiş otaqları soruşdu. Dörd ayrı otaq ayrılmışdı. Oğlan açarları təqdim edib mərtəbələri bildirdi. Açarı təhvil alan adam bu oğlana gülümsər mimika ilə: "qonaqlarımız da olmalı idi, onlar da burdadırlar, yəqin... dörd xanım gəlməlidir" deyib göz qırpdı. Cavan oğlan başı ilə təsdiqləyib: "siz otağınızda rahat edin, qonaqlar da bir azdan gələcəklər" dedi. Dostlar liftə yaxınlaşıb 4-cü mərtəbədəki otaqlarına qalxdılar. Axşam saatları idi, təbəss