Ana içeriğe atla

"Kirayələnmiş fahişə..."


Şəhərin səs-küyündən uzaq, sakitlikdə yerləşən otelə ən çox əcnəbilər gəlirdi. Dostları ilə maşınından düşən adam başını qaldırıb binaya tərəf boylandı. Ətrafı nəzərdən keçirdi, sakit ortam xoşuna gəlmişdi. İnsanlardan mümkün qədər uzaq gəzən 35 yaşlı Murad qapalı biri idi. Dostları belə onun uzaqlığını, qapalılığını çözə bilməmişdi. Dostlarından biri otelə keçmək üçün onu səslədi. Dörd dost binanın böyük qapısından içəri daxil oldular. Qeydiyyat mərkəzinə yaxınlaşan dostlardan biri orda əyləşən cavan oğlana rezervasiya edilmiş otaqları soruşdu. Dörd ayrı otaq ayrılmışdı. Oğlan açarları təqdim edib mərtəbələri bildirdi. Açarı təhvil alan adam bu oğlana gülümsər mimika ilə: "qonaqlarımız da olmalı idi, onlar da burdadırlar, yəqin... dörd xanım gəlməlidir" deyib göz qırpdı. Cavan oğlan başı ilə təsdiqləyib: "siz otağınızda rahat edin, qonaqlar da bir azdan gələcəklər" dedi. Dostlar liftə yaxınlaşıb 4-cü mərtəbədəki otaqlarına qalxdılar. Axşam saatları idi, təbəssümlə sabahadək deyib hərəsi öz otağına çəkildi. Murad da otağında əynindəki geyimi yüngül sport dəstlə əvəz etdi. Çox keçmədi ki, qapı döyüldü. Murad, xanım qonağın gələcəyini təxmin edib qapını açdı. Dəhliz qaranlıq olduğundan xırda bədənli, çox da kök olmayan bu qızın üzünü tam seçə bilmədi. Əli ilə buyur işarəsi göstərən Murad qızın otağa keçməyini görüb qapının yanındakı asılqandan dəsmalını götürdü, "duş alacam, 10 dəqiqəyə" çıxaram deyib hamama girdi.

Ağbəniz, qəhvəyi saçları və qonur gözləri olan bu qız sakitcə divanda əyləşdi. Otaqda sakitlik hökm sürürdü. Bir az dərindən qulaq asanda hamamdan suyun şırıltısını eşitmək olurdu. Bir neçə dəqiqə sonra anidən hamam qapısının açılışı qızı diksindirdi. Murad otağa gəlib qızın üzünə baxmadan, aşağıdan nə sifariş edəcəyini soruşdu. Cavab gəlməyincə çevrilib qıza baxan Murad, qorxaraq divanın bir küncünə qısılıb, narahat şəkildə oturan qızın yanına gəldi. Qızın iç-içə qoyulmuş əllərinin və ayaqlarının əsməsi Muradın gözündən yayınmadı. Sifətinə baxanda üzündəki makiyaja rəğmən cizgilərindən azyaşlı olduğu bilinirdi. Murad çox qadınlar görmüşdü, fəqət heç biri onu bu qədər təəccübləndirməmişdi. Qızdan mülayim bir tərzdə adını və yaşını soruşdu. İncə və həyəcanlı səs tonu ilə adının Mələk, yaşının isə 17 olduğunu deyən qız Muradın gözündə bir anda uşağa çevrildi. Zahirən qəddar, zəhmli görünən bu adamın, əslində, mülayim, sevgi və mərhəmət dolu bir qəlbi vardı. Mələyin üzündən axan yaş sifətindəki makiyajı sildiyi üçün əsl dərisini otağın işığında aydın görmək olurdu. Gözündəki tuj axan yaşla qarışıb sifətinə qara xətlər çəkmişdi. Görünür, həyatındakı qara xətlər üzündəkindən qat-qat dərindir. Murad Mələyin halına acımışdı, 17 yaşlı bu qız otel otağına kirayələnmiş bir fahişə kimi gəlmişdi. Mələk səssizcə ağlayırdı, amma onun içindəki təlatümləri görməmək, duymamaq mümkün deyildi. İçində fırtına qopsa da, müştərisini rahatsız etməmək üçün səssiz ağlamağa məcbur idi. Axı, Mələk bu gecə Muradı əyləndirmək, istirahətini və həzzini sağlamaq üçün gəlmişdi. Muradın bütün hissləri soyumuşdu, qarşısındakı bu uşağı həyatın təpiklərindən qoruyan olmamışdı mı deyə düşünürdü. Mələyə: "sadəcə söhbət edək bu axşam, danış, mənimlə bölüş, məndən sənə zərər gəlməz... Nə lazımdırsa, edəcəyəm, narahat olma. Pulunu da ödəyəcəyəm. Bilirəm ki, sən onu "sahibinə" verməlisən. Və bunu qarşılıqsız edəcəyəm" dedi. Mələk başını qaldırıb adamın üzünə diqqətlə baxdı və içindəkiləri danışmağa hazırmış, buna ehtiyacı varmış kimi yavaş-yavaş anlatmağa başladı...

"...Cənub zonasında böyümüşəm, 14 yaşım olanda atam məni gələn ilk elçiyə verdi. Həmən də toy elədilər. Uşaq idim, heç nəyi anlamırdım. Toy-düyün mənə anlaşılmaz görünürdü. Bakıya gəlin köçdüm. Toyumdan bir neçə ay sonra yoldaşım məni incitməyə başladı. Döyür, hər xırda şeyə görə söyüb qovurdu. Soyuqda şaxtada günlərlə bayırda yatırdım. Ya da o, içib yatandan sonra içəri keçir, səhər tezdən oyanıb görməsin deyə bayıra çıxırdım. Hər axşam sərxoş olurdu. Qaynanam pis qadın deyildi, amma o da oğluna qarşı gələ bilmirdi. Bir müddət sonra övladım oldu. Bəlkə, uşağa görə daha məni döyməz deyə ümid edirdim. Amma tam əksinə, daha artıq döyülürdüm. Məni təpikləyib, qarnıma  zərbələr endirib həyətə atırdı. Qarın üstündə ağrılarımla inildəyib güclə səhəri açırdım. Bir gün yoldaşım evdə olmayanda qaynanam yol pulu verdi və mənə rayona - ailəmin yanına getməyimi söylədi. Getməsəm bir gün döyülməkdən öləcəkdim. Mən pulu alıb atam evinə qayıtdım. Evə çatıb olanları danışandan sonra atam da məni döydü. "Qadının yeri ərinin yanıdır" deyib məni qolumdan tutduğu kimi geri gətirdi. Yoldaşımın yanında qalmaq istəmədiyimi, məni döydüyünü dedikdə yoldaşım və atam ikisi birlikdə üstümə hücum çəkib məni ölümcül halda döydülər. Bütün əzələlərim keyimişdi, bədənimi hiss etmirdim. Atam rayona qayıtdı. Bir də belə bir şey olsa, məni öldürəcəyini dedi. Günlərlə çöldə yatır, uşağıma belə baxa bilmirdim. Yoldaşım mənə yemək hazırlatdırıb yeyir, sonra isə sərxoş olub döyərək bayıra atırdı. 
Bir gün çölə atıldığımı görən, halımdan xəbərdar olan bir qonşu yanıma gəldi. Məni evinə apardı. Üz-gözümün qanını yuyub təmizlədi. Sonra mənə: "səni bir qadınla tanış edəcəm, o sənə iş də tapacaq, qalmağa yer də verəcək. Çıx get, belə adamla yaşamaq olmaz, onsuz da, qalsan bir gün öləcəksən" dedi. İnandım o qadına, razılaşdım. Bir xanımla danışıb məni onun yanına göndərdi. Görüşdüyüm o qadın mənə hər şey vəd etdi, qalmağa yer, yemək və paltarlar verdi. Və bir gecə yanıma bir kişi göndərdi... Bununla da bu həyata qədəm qoydum, nə geri dönəcək kimsəm, nə də qayıdışım var. Sən görüşdüyüm dördüncü kişisən, yəni təzəyəm. Ona görə də, "işimi" lazımca yerinə yetirə bilmirəm".

Ağlayaraq bunları danışan Mələk üz-gözünü yumaq üçün hamama keçdi. Muradın içindəki hisslər daşaraq bir-birinə qarışımışdı. Bir tərəfdən, yaşıdları orta məktəbdə oxuyan bu qızın düşdüyü duruma acıyır, bir tərəfdən Mələyin atasına və ərinə içindən lənətlər yağdırırdı. Yumruqlarını bərk sıxan Murad bu gecəyə təəssüf etmişdi. Dostları digər otaqlarda dincəlir, əyləncə yaşayır deyə deyil, həyatın bir acımasızlığını, daha bir qızın puç olmuş həyatını bu gecə öyrəndiyi üçün kədərlənmişdi. Mələk içəri gələndə onun üzünə baxmağa qorxan Murad nömrəsini istədi. Ona yardım etmək, bu həyatdan çıxarmaq istəyirdi. Nömrəsini yazan Mələk bu gecə üçün üzr istədi. Murad onun pulunu artıqlaması ilə çantasının üstünə qoydu və o gecədən sonra bir daha heç bir fahişə ilə birlikdəliyi olmadı.
Səhər açılanda dəhlizdə görüşən dostlar deyə-gülə oteldən ayrıldılar. Yol boyu gecə təəssüratlarını bölüşən yoldaşlarını dinləyib, Murad sadəcə susurdu...

Toplumun qarşısına belə bir sual qoyuram: Kimdir günahkar???

14 yaşlı uşağı ərə verməyə tələsən və arxasında bir valideyn kimi dayanmayan, övladını qorumayan "ata"...?
Acımasız, vicdandan xəbəri olmayan əyyaş "ər"...?
Yoxsa bir qızı bu həyatı yaşamağa vadar edən cəmiyyət...?


Aysel Abdullazadə

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar