Ana içeriğe atla

Kayıtlar

Eylül, 2014 tarihine ait yayınlar gösteriliyor

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Göz Yaşlarım...

Məni heç vaxt yalnız qoymayan  Ürəyimin çırpınışını üzümə yansıdan  Göz yaşlarım... Mənə sadiq bir dost bəzən sevgili, bəzən içimi ağrıdan iki damla  deyər sanki mənə: bizsiz qalma. Yanaqlarımdan süzülər, üzümdə cığır açar  bəzən küləkli havada dəniz kimi dalğalanar.  Qəlbimin dərinliklərindən başlayar  duru göz yaşlarım... Bir sözə bənddir, bir baxışa bəzən  yetər ki, axsın gözlərimdən.  Gecələr rahat yuxumun səbəbi  gündüzlər dərdlərimin mənbəyi  baxıram ki, arzularımın çılğın həsrəti  məni yaşadan hissdir göz yaşlarım... Təmizlikdir, paklıqdır,  Uşaq kimi ağlamaq qəlbən saflıqdır.  İçimi gəmirən vəhşi ehtirasın  hüzurla əvəzedilişidir göz yaşlarım... Dörd divar məni sıxanda,  yaşadıqlarım yadıma düşən zaman  içimdəki qəhər məni boğanda  xilaskarımdır göz yaşlarım... Rəngli olur göz yaşı mavi, çəhrayı, qara  Niyə deyə soruşan insanlara, deyirəm anlayanlara  Hüzur verəni var, içini saflıqla parladar  bir də çəh

Həyat...

Həyat, sənə inad gülmək istəyirəm dayanmaqsızın... Həyat, sənin acılarını şərab tək içmək istəyirəm doymaqsızın... Həyat, göz yaşlarımı qurutmaq istəyirəm yanaqlarımda birde axmayacaq kimi... Həyat, üzümdəki kədəri unutmaq istəyirəm xatırlamaqsızın.. Həyat, sevdiklərimə sarılmaq istəyirəm buraxmayacaqmış kimi... Həyat, içimi dindirmək istəyirəm danışacaqmış kimi... Bəzən unutmaq istəyirəm hər şeyi heç nə yoxmuş kimi... Doymaq istəyirəm acıdan, sızıdan içimə huzur dolmuş kimi... Qaçıb uzaqlaşmaq istəyirəm olduğum yerdən qayıtmayacaqsızın.... Bəzən, bəzən sevmək istəyirəm bir çırpıda Məcnuna aşiq Leyli kimi... Bəzən gözümü qapayıb yatmaq istəyirəm oyanmaqsızın... Dünyamı qurtarmaq istəyirəm səndən, həyat xoşbəxt yaşayacaq kimi... Əlimi çəkmək istəyirəm bütün əllərdən Canımdan keçmək istəyirəm birdə doğulmaqsızın... Özümdən sonra bir yadigar istəyirəm məni xatırladan iki çift göz kimi... Həyat, adını qızıma vermək istəyirə

Qadın nə istəyir...?

Qadınlar nə istəyir...? Bu sualı düşünürəm bəzən, hətta kişilərə də ünvanlamışam. Lakin aldığım cavablar heç də bir kişi düşüncəsi olaraq obyektiv olmayıb. Kişilər bu sualın cavabını, qadınların çox deyinməsi, hər şeyə reaksiya verib, xırda bir şeyi aşırı dərəcədə böyütməsi və bunların kişilər üzərində yorucu etkisindən danışırlar. doğrudur, fərd olaraq hamı bir-birinin eyni ola bilməz. Bu nüanslar da mövcuddur.  stisnalar həmişə hər yerdə mütləqdir. Lakin bunların istisna və azlıq təşkil edən durum olduğunu göz önündə saxlasaq sualın cavabı çox daha dərin və çox daha düşündürücü olacaq. Suala daha dəqiq cavab tapmaq üçün bəzi əlavə sualların cavabını bilməliyik, zatən ondan sonra bu sualın cavabı özlüyündən bəlli olacaq. Düşünək ki, qadın kimdir və qadın hansı yapıya sahibdir? Qadın zərifdir, qadın incəlikdir, qadın zərafətdir, qadın qulağa xoş avazla söylənən ahəng bir şeir, həzin bir musiqidir. Qadın gur şəlalənin mənbəyi, coşğun dənizin sakit köpüklənən ağ ləpəsidir. Qad

Mən xoşbəxtəm?

Sakit, qaranlıq bir gecənin ay işığında oturub düşüncələrə qərq olmuşdum. Sanki uzun bir yol gedirdim, maşınla gedəndə yol kənarında olan şeylər necə sürətlə ötüb keçirsə, eynən mənim də həmin an düşüncəm elə idi. Yaşadıqlarımı xatırlayır, getdiyim yolda onlar sanki bir-bir arxada qalırdı. Acılar, kədər dolu günlər, gözyaşları, insanlar hamısını beynimdə sanki aktyorların rollarında oynaması kimi həyat səhnəmdə yer almışdı. Bütün bu olanlardan nəticələrimi qeyd edərcəsinə ən başa dönüb təkrar geriyə qayıtdım. Çünki artıq dediyim kimi, onlar mənim üçün xoş olmasa da həyat xatirələrimdə yer almış, ömürlük düşüncəmə sahiblənmiş hisslər idi. Birdən başımı qaldırıb, yerə dikilən baxışlarımı göydəki parlaq Aya yönəltdim. Sentyabr ayının əvvəlləri olduğundan Ay bütöv idi. Dairəvi forması və parlaqlığı insana huzur verirdi, sanki bütün dərdlərdən arındırırdı, sən də işıq saç deyirdi. Həmin an içimdən yenə bu sual keçdi - MƏN XOŞBƏXTƏM...? Xoşbəxtlik anlayışını mən fərqli alqılayıram