Post views: counter

28 Eylül 2014 Pazar

Göz Yaşlarım...


Məni heç vaxt yalnız qoymayan 
Ürəyimin çırpınışını üzümə yansıdan 
Göz yaşlarım...

Mənə sadiq bir dost
bəzən sevgili, bəzən içimi ağrıdan iki damla 
deyər sanki mənə: bizsiz qalma.
Yanaqlarımdan süzülər, üzümdə cığır açar 
bəzən küləkli havada dəniz kimi dalğalanar. 
Qəlbimin dərinliklərindən başlayar 
duru göz yaşlarım...

Bir sözə bənddir, bir baxışa bəzən 
yetər ki, axsın gözlərimdən. 
Gecələr rahat yuxumun səbəbi 
gündüzlər dərdlərimin mənbəyi 
baxıram ki, arzularımın çılğın həsrəti 
məni yaşadan hissdir göz yaşlarım...

Təmizlikdir, paklıqdır, 
Uşaq kimi ağlamaq qəlbən saflıqdır. 
İçimi gəmirən vəhşi ehtirasın 
hüzurla əvəzedilişidir göz yaşlarım...


Dörd divar məni sıxanda, 
yaşadıqlarım yadıma düşən zaman 
içimdəki qəhər məni boğanda 
xilaskarımdır göz yaşlarım...


Rəngli olur göz yaşı mavi, çəhrayı, qara 
Niyə deyə soruşan insanlara, deyirəm anlayanlara 
Hüzur verəni var, içini saflıqla parladar 
bir də çəhrayı dedim, sevinclə doğular, 
qara matəm rəngidir, itkidən, azardan, 
acıdan sızlayan qəlbimi tanıdar göz yaşlarım...

Aysel Abdullazadə
28.09.2014

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->