Ana içeriğe atla

Kayıtlar

Mart, 2017 tarihine ait yayınlar gösteriliyor

Hamı kimi olma...

Hamı kimi olma... Məsələn sən yağmuru sevdiyin kimi, palçığı da sev, ya da kəskin soyuqda yağan qarı... Sakit, mülayim havanı hamı sevər, məsələn, sən fırtınanı sev.  Baharı deyil də, qışı sev. Unutmağı hər kəs bacarmır, sən elə gözəl unudarsan ki... Unudulanın ruhu belə incimədən unut. Ya da dəlicəsinə sev, elə sev ki, sevilən sevgindən dəliyə dönsün... Anidən şəhəri tərk elə, məsələn, heç düşünmədiyin bir şəhərə get səssizcə. Amma hamı kimi dönüşsüz olma, tərk edilişin bir də geriyə dönüşü olsun. Ya da sıradan bir gündə dəlilik eylə, məsələn yüksək mərtəbəli bir binanın ən sonuncu qatına çıx saatlarla ayağının altındakı şəhəri seyr et. Bir gecə yarısı qonşu binada işığı hələ sönməyən bir pəncərədən boylanan adamla göz-gözə gəl, bax sadəcə, gözlərini qırpma, qaranlığın şahidliyi ilə hüzur ver qarşındakına... Səssiz bir otaqda günlərlə sus, danışma, sadəcə hiss et. Bir səhər oyandığında içdən bir mahnı oxu, düşünmə səsin yaxşıdır, ya pis, nə fərqi var, sadəcə oxu. Sonrasında rəqs et

Sən gələndə...

Sən gələndə Günəşin qızıl suyu  tökülməmişdi ovuclarımdan... Ayın yanağında yaşanmışlıqların bozumtul ləkəsi  yox idi hələ. Təbiətin yalnızca bir mövsümü vardı - bahar! Yarpaqlar saralmışlığı, torpaqlar palçığı tanımamışdı daha. Sən gələndə daha təmiz idi dünyamız, kədər sevməmişdi gülüşlərimizi və yanağım tanışmamışdı göz yaşları ilə. Sən gələndə gözlərim yaxınlara baxardı sevməzdi uzaqları. Bilməzdim içdən ağlamağı, səssiz gülməyi... Sən gələndə arzularım can verməmişdi daha, yaşar idi sol yanımda. Dünya tək mənim üçün fırlanardı oxu ətrafında. Sən gələnə qədər boynumdan asdığım mirvari diləklərim səpilməmişdi yerlərə. Və ümidlərim asmamışdı özünü saçlarımın ən nazik telindən. İndi səni təmiz dünyamın çirkli küncündə saxlamışam. Hər baxışımda səhvlərimin bir ayaq üstündə duruşu mənə öz ayaqlarım üzərində durmağa güc verir. İndi səni bir heç olaraq görürəm, sevinc alqışlarının səsi yoxdu içimdə. Səninlə fərqimiz vardı axı mən qadın idim, sənin isə cinsin kişi olaraq yazılmışdı şəxsi

Kişi gedişi...

Çoxmu üzülər, çoxmu qırılar ürəyi?! Getmək istəyirsə, anidənmi gedər, çoxmu soyuqqanlı davranar? Bir kişi hisslərini içində yaşayar, bir yük kimi omuzlarında daşıyar bu ağırlığı. Məsələn, darıxarsa, bunu bir qadının zəng açıb: "görüşək, sənin üçün darıxmışam" deməyi kimi yaşamaz, yalnızlıq qoxusu hopmuş mətbəxindən bir çay süzər, tənhalıq havalı eyvanında bir siqaret yandırar. Və bununla bir qadın özləmi qalxar göyə kişi dodaqların arasından. Bu özləm onu içindən yeyər, bitirər bir ağacı gövdəsindən yeyən qurd misalı... Bir kişi sevirsə, bunu çığlıqlarla anlatmaz sevdiyinə. Səssizca yaşayar, gurultulu sevgisini içində boğar. Məsələn, qadınına möhkəmcə sarılar və qoxusunu ciyərlərinə çəkər. Bu, onun ən möhtəşəm yüksəklikdəki sevgisinin bəlirtisi olar. O sarılışda o an şəhvət deyil, cəsarət hiss edər. Bir qadını sevməyin cəsarətini yaşayar. Bir kişi aşiq olduğu qadına tutqu ilə bağlanar, Tutqu olmazsa, aşiq deyilsən deməkdir. Tutqu, bir kişinin qadına yaşatdığı sevgidə