Ana içeriğe atla

Kayıtlar

Eylül, 2019 tarihine ait yayınlar gösteriliyor

Mənim erməni oğlum

Mənim erməni oğlum... Azərbaycanda olanda bir yazar dostumla kitablaşmışdıq. Mən ona öz kitabımı imzalayıb verdim, o da mənə. Sonra kitablar üzərinə söhbət etdik. Oxuduğum hər kitab haqqında nəsə yazmaq, şərh etmək adətim deyil. Kitab məni təsirə salmalıdır, içindəkiləri yaşatmalıdır ki, mən bunu dışarıya çıxara bilim. Akşin Xəyal yazdıqları ilə mənə yaşamadığım, görmədiyim, haqqında sadəcə kitablardan oxuduğum bir müsibəti yaşatdı. Hadisələri bu qədər sadə, bu qədər səlis və axıcı, həmçinin bir az da dərinə getsək, bəsit, amma öz şəkildə ifadə etmək yazar bacarığıdır. Axşam yeməyindən sonra bir fincan qəhvə dəmlədim, balkonda oturub kitabı açdım. Kitabda ilk sevdiyim nüans uzunçuluq olmadan maraqlı təhkiyənin olması idi. Lazım olanı alırdım və gərəksiz uzatmalar olmadığı üçün birnəfəsə oxuyurdum. Bir oxucu kimi bu, mənim kitab şərhində öncül kriteriyamdı. Oxucunu yormaq olmaz. Qəhvəmin nə zaman bitdiyini unutmuşam, qəhvənin yanında lokum da vardı, onu necə yeməyimdən xəbər