Ana içeriğe atla

Kayıtlar

Nisan, 2015 tarihine ait yayınlar gösteriliyor

Oxu formatı...

İnkişaf irəliləməyə aparan yoldur, birbaşa addım atılmasının göstəricisidir. Bu gün biz 21-ci əsrdə yaşayırıq. Ən son texnologiyalardan istifadə etmək bacarığına malik, bilgisayar biliklərinin qavranılmasında pik həddəyik. Fəqət, bir nüansı da qeyd etmədən keçə bilməyəcəm. İnkişaf addımları kəsə yoldan və sürətlə getməyi sevir. Kəsə yolla gedilən zaman isə əhatə məhdurdlanır, müəyyən bir sınır ortaya çıxır. Danışmaq istədiyim bu sınırdır. Oxu çərçivəsi, oxu məhdudiyyəti... Azərbaycan gəncliyi oxu mədəniyyətindən kənarda qalır. Bu, mərkəz şəhərlərə nisbətən bölgələrdə daha qabarıq problemdir. Bu gün kitab mağazaları alıcıların azlığından gileylənir. Bunun səbəblərini araşdırıb, sizlərlə bu haqda müzakirə etməyi düşündüm. Mən ixtisasca filoloqam, sanki yapım kitabla yoğrulub. Almaq və sunmaq istədiyim ən dəyərli hədiyyə mənim üçün kitabdır. Çox səmimi deyirəm, kitabın bizə-oxucusuna verdiklərini heç bir şəkildə başqa əvəzedici nədənsə almaq mümkün deyil. Kitab öyrədir, i

..."Otel otağı-Əxlaqsızlıq brendi"

Otel deyəndə biz azərbaycanlıların ağlına normal insanlara xas olmayan fikirlər gəlir. Ya əxlaqsız biri olmalısan oteldən danışmaq üçün, ya da heç kimi saymayan, heç kimin sənə neqativ bir fikir söyləməyə cürət edə bilmədiyi pullu bir "intelligent"... Bəli, Azərbaycan toplumunun düşüncəsində otel əxlaqsız insanların barınacağı, yalnızca seks mahiyyətli görüşləri həyat keçirmək üçün qapalı bir alandır. Oteldən çıxan bir insan orda mütləq əxlaqsız görüşdə olub. Əksi qeyri-mümkündür.  Necə düşünə bilərik ki, normal bir ailə oteldə gecələyə bilər? Necə düşünə bilərik ki, bir kişi başqa bölgədən gəldiyi üçün çox rahat çəkildə ailəsi ilə bir gecəni oteldə qala bilər? Nə danışırsan, o necə kişidir ki, ailəsini otelə aparıb?! Gərək bir qohum-qardaşın 2otaqlı, özünün belə ailəsini yerləşdirməkdə çətinlik çəkdiyi dar, kiçik evinə qonaq gedərdi. Belə də namussuzluq olar? Bizim dəyərlərimiz bu qədər bəsit, fikirlərimiz bu qədər dayazdır.  Yurdum insanı ən son texnologiy

Yaşanılması çətin, amma mümkün olan sevgi...

Yaşanılması çətin, amma mümkün olan sevgi... Bir sevgi yaşayasan içində saflıq və məsumiyyət barındıran... Şəhvətdən uzaq, yalanın sayılması mümkünsüz olan bir rəqəm qədər ötəsində.  Səhərləri sevgi mesajları ilə oyanıb, gecələri "yuxusuz qalma, özünə diqqət et" ifadəsilə xudahafizləşəsən. Sübh tezdən gözünü açdığında ilk onun ağlına gəldiyini düşünüb içində bir huzur tapasan. Səni beynində fikirləşən, hər an səninlə maraqlanan biri... Bəzən adını qoya bilməyəsən hiss etdiyinin. Mədəndə kəpənəklər uçuşduğunun fərqinə varasan. Bəsit olmasın yaşadığın sevgi, ya da adını qoya bilmədiyin hər nədirsə...  Sənsiz yaşayamam deyil,  səninlə bir başqa yaşayaram desin. Darıxıram deyil, həsrətindəyəm olsun dediyi cümlə. Səninlə doğulmadım, amma qalan həyatımı səninlə quşatmaq istıyirəm deyəcək biri... Yanında olsun, səni qoruduğunu biləsən, hiss edəsən.  Bədənini deyil, ruhunu istəsin səndən. Saatları saysın, sənə vardığı an təkrar vazkeçilməzliyini anlasın. Səni yaş

Doğulan neçə uşaq sevgidən yoğrulub?

Dünyaya övlad gətirmək məcburiyyətdən, ailə birlikdəliyindən, kənar təsirlərdən və digər səbəblər ucbatından olmamalıdır. Təəssüf ki, bu gün XXI əsrdə yaşasaq belə, bu kimi dərin situasiyalı yaşam amilləri nəzərə almır, özümüz olaraq yaşamırıq.  Bir insanın dünyaya gəliş səbəbi olmalıdır. Mütləq olmalıdır.  Təsadüfdən, təsirdən, söz-söhbət səbəbindən, bir tərəfin könülsüz yanaşmasından, bir ailəni ayaqda tutmaq üçün, bir kişini özünə yaxın saxlamaq fikrilə övlad-uşaq təməli qoyulmaz! Dünyaya göz açan körpə və təbii ki, gələcəyin yetişkin insanı olacaq bir varlıq təsadüf səbəbilə dünyaya gələrsə, elə o şəkildə də yaşamağa məhkum olacaq. Halbuki bu onun günahı deyildi, bu dünyaya plansız şəkildə gəlməyi o arzulamamışdı. Dünyaya sevgi ilə arzulanan, sevgi toxumları ilə yetişib, böyüyüb yaranan körpə həyatda da bütün addımlarında uğur qazanan insan olaraq yaşayır. Bunu dünyaca məşhur psixoloqlar və araşdırmaçılar təsdiqləyib. Hər şey belədir, ürəkdən sevgi qatqısı

Səni səndən başqa kim anlayar?

Dəfələrlə hiss etdiyim bir şeyin bu günlərdə mənim düşündüyüm kimi olduğunu dəqiqliklə anladım. Hamımızın ailəsi var və ailəmizi sevirik. Lakin mövcud bir durum hakimdir, heç kimsə səni özün qədər anlamağa müvəffəq deyil. Sən öz vicdanınla üzləşirsən, səhvini və düzünü dilə gətirməsən belə daxilində necə olmasından əminsən. Ən yaxın bildiklərimiz, hətta ailəmiz belə bəzən bizi anlamır, daxilimizdəkiləri sezə bilmir, qopan fırtınanın səsini eşitmir. Onların işi sadəcə səni yarğılamaqdır, səhvlərini təkrar-təkrar sənə söyləməkdir, yerli-yersiz zamanında etdiklərini "başına vurmaqdır".  Bəs səni kim anlayacaq? Kim sənə mənəvi dayaq olacaq? Səni səhvlərinlə, xətalarınla kim sahiblənəcək? Yaşanan olaylar həyatın bir hissəsidir, buna görə səni bu qədər sıxmağa kimin haqqı var? Nədən yıxılanın əlindən tutub qaldırmağı onu acılamaqla, səhvini başına çırpmaqla edir yaxınlarımız? Məgər düşünmürlər ki, bu sözlərlə onu daha da ruhdan salıb, yaşamaq eşqini boğub öldürürlər? Yaş

Məni aldatmaq asandır!

Məni aldatmaq asandır,  Çünki tez inanıram.  Buz kəsilmiş qəlbləri,  möhürlənmiş dilləri  nəzərə almıram... Məni aldatmaq asandır!  Hamını eyni bilirəm  həyatın bir sınağından çıxıb,  yeni bir imtahanına girirəm... Məni aldatmaq asandır!  Üzündəki üzləri görmürəm,  ya da görmək istəmirəm.  Qəlbindəki nankorluğu,  dilindəki saxta kəlimələri  görməməzlikdən gəlirəm... Məni aldatmaq asandır!  Tez inanıram.  Qəlbimi ovsunlayan mərdlik sözünə aşiq olub,  arxamca kəlimələri ustalıqla seçib  üzümə gülümsəyən, insanlıqdan kənar insanlara inanıram! Aysel Abdullazadə 22.02.2015

Tənhalıq...

Gecə daha çox hiss edərsən bunu. Qaranlıq otaq və dörd divar üzünə vurar yalnızlığını heç düşünmədən. Pəncərədən işıq saçan ay sanki təkliyinə ironiya ilə gülər...  Gecə yatağına uzanıb başını yastığa qoyanda hiss edərsən yalnız olduğunu. Səni saran bir cüt qolu həsrətlə düşünərsən... O isti qucağı düşünüb qıvrılarsan yerində tənhalığını dərk edən cılız insan kimi. Yanağında bir busənin izini axtararsan amma toxunmaz yanağını gəzən əllər... Yalnızlığın səni gecə daha çox yorar, sakit və həzin gecə sənin sakitliyinlə ahəng olar, o da yalnızdır, əslində.  Eyni durumu paylaşarsınız, bir fərqlə... Gecənin tənhalığı səhər açılana qədər sürər, gün doğdumu tənhalıq duman kimi çəkilər, yox olar ta ki növbəti bir gecəyə qədər. Amma sənin tənhalıq hissin səninlə bütünləşib, ətrafındankı yüzlərlə insana rəğmən təksən, yalnızsan. Demək tənhalığını gidərən, ona son  qoyan o insanlar deyil, axtardığın onlar deyil. Başqa nəfəsdir, başqa gözdür, başqa səsdir... O gəlib səni tapana qəd

Öyrətdim!

Mənasız həyatına rəng qatdım.  Sənə insani duyğular sunub,  adilikdən çıxartdım.  Sən yaşamağı bilmirsən, bilmirdin...  Sıradan həyatın, monoton yaşamın,  Rəngli hesab etdiyin o çilçıraqlar,  məna vermirdi ömrünə... Sən bilmirdin dəniz sevgisini, ləpə səsini  Duymamışdın ki, dalğanın iniltisini,  Görməmişdin bəyaz köpüyünü... Sən eşitməmişdin mavi dənizin rüzgarla düetini,  Anlam tapmırdın küləyin yarpağı titrətməsində...  Sənə bunları tanıtdım,  Sənə bu əsrarəngizliyi öyrətdim! Gözünü açdım, eyş-işrətdən doymaq bilməyən gözünü...  Heyvani hisslərlə yaşamağın  Yalnız heyvanlara məxsus olduğunu  Sevişməklə seksin fərqini öyrətdim...  Öyrətdim, əzizim, öyrətdim sənə! Toxunuşu, oxşamağın və oxşanılmağın ləzzətini tanıtdım...  Gözün öyrəndi, şəhvətdən uzaq,  yalnız nurlu baxışlarla baxmağı,  Başına sığal çəkməyin verdiyi rahatlığı yaşatdım sənə!  Bir qadına qayğıyla yanaşmağı bildin!  Başdan sona bir film izlədin ilk dəfə  He

Sən mənimsən, O sənindir, Mən kimin?

Nə qəribə səslənir, sən mənim, o sənin Fəqət, yarımçıq qalır, mən kimin?! Həyat insana verir dərdi-qəmin Arzular puç olur həzin küləkdə sərin-sərin Gəl yanıma, cavabını tapım bu sualın Sən mənimsən, o sənindir, mən kimin? Bahar sevgisinin yerə düşən son ləçəyi Ürəyimdən qopan yaramın al-qana boyanmış diləyi Kaş biləydin, sənə hiss etdiyim gərəyi Qalmazdın biganə, olardın arzularımın mələyi Ay həsrətin çəkdiyim, yetişmir neyçün vüsalın? Sən mənimsən, o sənindir, mən kimin? Gecələr saçın yar üstə səpələnər, Mənim ürəyim köz üstə söykənər Vahiməli qış gecəsi, yataqda alışan hisslər Sənin saçlarını oxşayan yad əllər, özgə gözlər Canımdan can alar düşündükcə beynim Sən mənimsən, o sənindir, mən kimin? Günahımızdır bilirəm bu eşq mənim, həm sənin də Dayana bilmirəm görəndə əlini özgə sinəsində Bir vaxt mən oxşayan o gül üzünü indi ərinin əllərində Fikirləşən zaman talan oluram, odlanıram qəlbimdə Məni tənhalığa düçar etdin, daşlaşıb q

Qadınam mən!

Qadınam mən! Bəzən dəniz fırtınası kimi coşğun, Bəzən isə yağmurdan sonra çıxan  göyqurşağı qədər səssiz. Qadınam mən, incəyəm, zərifəm, məğruram! Qadınlığım zərafətimdə gizlidir,  nədənsə, həmişə yorğunam. Acılarım içimdə saxlıdır Həyat sınağım, kim bilir, bəlkə də, elə qadın olmağımdır... Küsürəm həyatdan, insanlardan, yaşamaqdan Ama çox çəkmir barışıram alışaraqdan... Qadınam mən! Duyğu yüklü gəminin limanına bənzərəm Həm özüm yüklüyəm, həm qəlbim Qaçaram dayanmadan sonsuzluğa, Ovudaram ürəyimi acılarımla durub ağlaram çıxılmaz məcrasızlığıma... Qadınlıq onurum, şərəfim, Önəmlidir qadın olaraq ləyaqətim Kişilər kimi arxayın, rahat qadağasız olmur əsarətim... Qadınam mən! Biraz uşaq, biraz gənc Keçsə də illər, dolsam da, yaşa İçimdəki uşaqla qalıram baş-başa... Qadınam mən! Əsil yerişim, sadə duruşum var, Danışanda ölçüm, şirin gülüşüm var. Azadlıqla həmişə alış-verişim var.... Hüzün dolar içimə, tənha q

Səninlə yaşlanmaq istəyirəm!

Səninlə yaşlanmaq istəyirəm! Saçlarına düşmüş bəyazları ovuclarımda qarışdırıb, İllərin üzündə saldığı izləri  gözlərinə baxıb oxumaq istəyirəm. Soyuq qış gecələrində qoynuna sığınıb Əllərimi ovuclarında sıxarkən,  hərarətini duymaq istəyirəm. Səninlə yaşlanmaq istəyirəm! Baharın ilk çiçəyini birlikdə qoxulayaq. Günəşin al şəfəqləri altında ikinci baharımızı yaşayaq. İlləri, keçən günləri düşünüb fotolardan xatırlayaq... Sənə qəhvə dəmləyim, acı olsun, Mənə baxaraq dadını məndən alasan. Udqunduqca hər qurtumunu Gəncliyimizdəki illəri təkrar yaşayasan. Səninlə yaşlanmaq istəyirəm! Səhərlər çayın ətrinə oyadam səni, Qucaqlayıb boynundan qoxulayam səni, Ətrin dolsun içimə, həsrətini çəkərcəsinə  öpüm səni... Bir payız axşamı qapı döyülsün Üzümüzdə sevinc hissi ilə yaxınlaşaq qapıya... Sən de oğlumdur, mən deyim qızımızdır, Açıb görək ki, üşümüş iki balaca əl, bir cüt göz Sən demə, gələn nəvəmizdir. Səninlə yaşlanmaq is