Ana içeriğe atla

Tənhalıq...


Gecə daha çox hiss edərsən bunu. Qaranlıq otaq və dörd divar üzünə vurar yalnızlığını heç düşünmədən. Pəncərədən işıq saçan ay sanki təkliyinə ironiya ilə gülər... 

Gecə yatağına uzanıb başını yastığa qoyanda hiss edərsən yalnız olduğunu. Səni saran bir cüt qolu həsrətlə düşünərsən... O isti qucağı düşünüb qıvrılarsan yerində tənhalığını dərk edən cılız insan kimi. Yanağında bir busənin izini axtararsan amma toxunmaz yanağını gəzən əllər... Yalnızlığın səni gecə daha çox yorar, sakit və həzin gecə sənin sakitliyinlə ahəng olar, o da yalnızdır, əslində. 

Eyni durumu paylaşarsınız, bir fərqlə... Gecənin tənhalığı səhər açılana qədər sürər, gün doğdumu tənhalıq duman kimi çəkilər, yox olar ta ki növbəti bir gecəyə qədər. Amma sənin tənhalıq hissin səninlə bütünləşib, ətrafındankı yüzlərlə insana rəğmən təksən, yalnızsan. Demək tənhalığını gidərən, ona son
 qoyan o insanlar deyil, axtardığın onlar deyil. Başqa nəfəsdir, başqa gözdür, başqa səsdir... O gəlib səni tapana qədər, ya da sən ona varana qədər axtaracaq gözlərin, ürəyin, varlığın... 

Tənhalıq hiss etdiyin an o boşluq səni sıxar, doldurulması qeyri-mümkün olan bu yerin sahibi ancaq özü gələrsə ora dolar. Kimlər gəlsə də, kimlər getsə də o boşluq var, daha da dərinləşər, günbəgün sızıltısı artar. Hamının var oluşu sənin təkliyindir, insan izdihamı içində yalnızsan, təksən... 

Aysel Abdullazadə 
13.02.2015

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar