Ana içeriğe atla

Kayıtlar

Temmuz, 2014 tarihine ait yayınlar gösteriliyor

Biri olmalı...

Bəzən həyatda tək başına qaldığınızı düşündüyünüz anlar olur, sanki dünayada bir tək sən qalmışsan kimi hiss edərsən. Ailə üzvlərin, dostların, ətrafındakı insanların varlığı içində yaranan boşluğu doldurmaz. Hər sabah oyandığında, bir mahnı dinlədiyində, təzə dəmlənmiş çayını udqunanda bunu hiss edərsən.  Yalnızsan... İçimdəki boşluq gözlərimə yansıyar. Nə axtardığımı düşünərəm. Yaxşı bir dostmu, sevgilimi, həyat yoldaşımı, bir sirdaşmı, məni dinləyən adi bir tanışmı? Bəli, hər insanın həyatında bunları özündə birləşdirən biri gərəkdir, əgər yoxdursa sən yalnızsan deməkdir. Hamısı dedim, çünki bir insan vardır ki, həm dost, həm sevgili, həm sirdaş, həm həyatına yoldaş olsun. Bir insan gərəkdir həmişə yanında olan, sənə özləmi yaşadan, darıxıram sözünü qulağına pıçıldayan. O insan ki, dodaqlarını deyil gözlərinin dərinliyini güldürən, görəndə bütün dərdlərini unutduğun, sarıldığında güvən duyğusunu kəşf etdiyin, dilinlə deyil gözlərinlə danışdığın, yaşamaqdan zövq aldı

Azərbaycan təhsilində açıq bazar hökm sürür...

Bu   gü n Azərbaycan təhsilində ciddi problemlər, vətəndaşları narahat edən və həllini   tapmayan məsələlər olduqca böyük miqyaslıdır. Əvvəlki dövrlərə, çox uzağa yox, elə valideynlərimizin orta məktəb dövrünə nəzər salsaq hər şey kimi təhsildə də effektsiz və acınacaqlı dəyişikliyin şahidi olacağıq. Əvvəllər müəllim sözü çox dərin və olduqca ağır bir kəlimə idi. Müəllim deyəndə insanlarda ciddi bir mimika, bilgi dolu baxışlar, adi insandan fərqli bir aura yaradan düşüncə və möhtəşəm bir hörmət sezilirdi.  Hətta bir tanışım var, o mənə bir dəfə belə bir əhvalat danışdı: “ Bizim bir orta yaşlı kişi müəllimimiz vardı, uşaqlıqdan həmişə düşünürdüm ki, müəllimlər məktəbdə necə görünürlərsə gündəlik yaşamlarında da elədir. Mən bu müəllimimizin yemək yemədiyini, su içmədiyini və həmişə iş ciddi iş geyimində olduğunu fikirləşirdim, onu həmişə fərqli formada ayırırdım cəmiyyətdən. Bir gün təsadüfən məktəbdən evə gedərkən həmin bu müəllimi həyətində ev geyimində gördüm. Mənə çox qəribə