Ana içeriğe atla

Azərbaycan təhsilində açıq bazar hökm sürür...


Bu n Azərbaycan təhsilində ciddi problemlər, vətəndaşları narahat edən və həllini tapmayan məsələlər olduqca böyük miqyaslıdır. Əvvəlki dövrlərə, çox uzağa yox, elə valideynlərimizin orta məktəb dövrünə nəzər salsaq hər şey kimi təhsildə də effektsiz və acınacaqlı dəyişikliyin şahidi olacağıq. Əvvəllər müəllim sözü çox dərin və olduqca ağır bir kəlimə idi. Müəllim deyəndə insanlarda ciddi bir mimika, bilgi dolu baxışlar, adi insandan fərqli bir aura yaradan düşüncə və möhtəşəm bir hörmət sezilirdi. 

Hətta bir tanışım var, o mənə bir dəfə belə bir əhvalat danışdı:
“ Bizim bir orta yaşlı kişi müəllimimiz vardı, uşaqlıqdan həmişə düşünürdüm ki, müəllimlər məktəbdə necə görünürlərsə gündəlik yaşamlarında da elədir. Mən bu müəllimimizin yemək yemədiyini, su içmədiyini və həmişə iş ciddi iş geyimində olduğunu fikirləşirdim, onu həmişə fərqli formada ayırırdım cəmiyyətdən. Bir gün təsadüfən məktəbdən evə gedərkən həmin bu müəllimi həyətində ev geyimində gördüm. Mənə çox qəribə göründü. Ondan sonra düşünməyə başladım ki, müəllimlər də bizi kimi həyat yaşayır, yemək yeyir, su içir və evdə fərqli rahat geyimdə olurlar. Bu durum mənim baxışımı yenilədi.” Bunu mənə danışan tanışımın da məqsədi beyinlərdə indiki dövr ilə əvvəlki dövr arasında yaranan uçurumu anlatmaq idi. Bəli, bu gün artıq müəllim anlayışı çox adiləşib. Bəs bunun səbəbini bilirikmi? Niyə 30il əvvəlki bu cür düşünən beyin ilə bugün fikir ayrılığı yaranıb? Cəmiyyətdə onlara münasibət tam başqa oldu halda, müəllimin nüfuzu tədricən azaldı. Məktəbdə müəllim-şagird münasibəti dəyişilməyə başladı. Cəmiyyətdə yeni yola, bazar iqtisadiyyatına qədəm qoyuldu. Bəli, etiraf edək ki, bazar iqtisadiyyatının inkişafı dövründə aşağı səviyyəli əmək haqqı alan müəllim öz maddi durumunu yaxşılaşdırmaq üçün əyri yola yönəldi. Təhsilin bəlası o gündən başladı. Bu gün valideynlər istər orta məktəbdə oxuyan şagird övladlarının, istərsə də ali təhsil ocaqlarında “təhsil alan” tələbə adını daşıyan uşaqlarının vəziyyətlərindən gileylənirlər. Təhsil müəssisələrində vəziyyət heç də ürəkaçan deyil. Təhsilimizdə rəsmən bazar açılıb. Gündən-günə bu vəziyyət daha da ağırlaşır. Yuxarıda qeyd etdiyimiz müəllim anlayışının bu gün dəyişməsində bu fakt aparıcı rol oynayır. Çünki şagirdindən rüşvət alan müəllim heç vaxt o şagirdin gözündə ciddi, məsum və ali şəx kimi görünə bilməz. Bilgi verəcəyi şagirdinin gözünün içinə dik baxa bilməyən bu günün müəllimi, gələcək nəslin yaddaşına və xatirələrə bu şəkildə həkk olunur. Ali təhsil ocaqlarında isə bu durum daha dəhşətlidir. Semestr imtahanlarında açıq bazar hökm sürür. Sanki bazarlıq edər kimi hər bir fənnin tələbə üçün qiyməti artıq müəyyənləşdirilib və müəllim tərəfindən tələbəyə bu qiymət “sunulur”. Bəli, təhsil müəssisə rəhbərlərinin, imtahanların birbaşa komputer vasitəsilə olduğunu və belə olan halda tələbədən pul alınmadığını “gözəsoxacağı” qaçınılmazdır. Düzdür, imtahanlar komputerle aparılır, amma imtahana girmək üçün semestr keçid balını müəllim yazsın deyə tələbəyə hər fənn üçün ayrıca “bəlirlənmiş qiymət” söylənilir. Məcbur olan tələbə ailədən bu pulu alıb hər fənn üçün keçid balını yazdırmalıdır. Əks təqdirdə imtahana buraxılmayacaq. (şəxsi və praktiki yaşanmışlıqdan) Ikinci tərəfdən, bu günlərdə dövlət sifarişli əsaslarla oxuyan 4-cü kurs tələbəsi olan bir xanımla bu barədə söhbətimiz oldu. Xanım universitetdə əlaçı təqaüdü alır və buna yuxarıda qeyd etdiyimiz “bazar iqtisadiyyatı” vasitəsilə nail olur. Daha dəhşətlisi isə bu tələbənin mənə, diplom işinin hazırlanması və imtahan zamanı müəllim tərəfindən qiymətləndirilməsi üçün 800 manat ödəniş etməsi gərəkdiyini söyləməsi oldu. Sual verdim ki, diplom müdafiəni niyə özün hazırlamırsan? Cavabı isə belə oldu: “hazırlasam belə o pulu verməyincə mən diplom almayacam, yəni diplom müdafiə yazımı və şifahi danışığımı qəbul etməyəcəklər”.

Valideyn isə boğazından kəsib 4il əziyyətlə oxutdurduğu övladının son nəticəsi üçün qeyd-şərtsiz bununla razılaşır.

Bəs bunun kökü nədədir? Müəllimi bu yoldan necə çəkindirmək olar? Şərəfli peşəni bu ləkədən necə təmizləmək lazımdır? Cavab isə məncə, ilk düşüncədə çoxlarınızın ağlına gələcək: “Müəllimi dolandıra biləcək, onun minimum tələblərini ödəyə bilən əmək haqı vermək”.

Bu heç də təhsildə olan problemlərin hamsının təsviri deyildir. Sadəcə çox cüzi bir hissəsidir. Amma, bu problemlər müasir dövrdə təhsilin ən əsas kardinal sorunudur.
Təmiz, rüşvətsiz, məsum, saf bir toplum üçün bəzi nüanslara yenidən baxılmalıdır. Gəlin peşəmizdən asılı olmayaraq sahib olduğumuz sənətimizin şərəfini hər şeydən üstün tutaq, yalnız bu halda toplumumuzu rüşvətdən azad edə bilərik!

Aysel Abdullazadə
20.05.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar