Ana içeriğe atla

Biri olmalı...


Bəzən həyatda tək başına qaldığınızı düşündüyünüz anlar olur, sanki dünayada bir tək sən qalmışsan kimi hiss edərsən. Ailə üzvlərin, dostların, ətrafındakı insanların varlığı içində yaranan boşluğu doldurmaz. Hər sabah oyandığında, bir mahnı dinlədiyində, təzə dəmlənmiş çayını udqunanda bunu hiss edərsən. 

Yalnızsan... İçimdəki boşluq gözlərimə yansıyar.
Nə axtardığımı düşünərəm. Yaxşı bir dostmu, sevgilimi, həyat yoldaşımı, bir sirdaşmı, məni dinləyən adi bir tanışmı? Bəli, hər insanın həyatında bunları özündə birləşdirən biri gərəkdir, əgər yoxdursa sən yalnızsan deməkdir. Hamısı dedim, çünki bir insan vardır ki, həm dost, həm sevgili, həm sirdaş, həm həyatına yoldaş olsun.

Bir insan gərəkdir həmişə yanında olan, sənə özləmi yaşadan, darıxıram sözünü qulağına pıçıldayan. O insan ki, dodaqlarını deyil gözlərinin dərinliyini güldürən, görəndə bütün dərdlərini unutduğun, sarıldığında güvən duyğusunu kəşf etdiyin, dilinlə deyil gözlərinlə danışdığın, yaşamaqdan zövq aldığın, sənə dünyanın döndüyünü xatırladan biri...

Bir zənginlə telefonu qapatmadan yanında görəcəyin biri, onu görəndə aynada özünü gördüyünü sandığın biri. Varmı belə biri həyatınızda? Bu insanın yerini heç nə əvəz etməz. Nə ata, Nə ana, Nə qardaş, Nə bacı, nə dost, nə tanış.... heç biri. Onlar bu insanı yarada bilmir özlüyündə, amma bu insan sizin üçün bəzən ata, bəzən ana olur, bəzən dərdini dinləyən dost, bəzən səni sevən sevgili, bəzən dünyanı aydınladan işıq, bəzən sənə qollarını açan adını qoya bilmədiyin biri... Min insanın varlığı onun boşluğunu yenə boş qoyar. 

Həyatınızın olmazsa olmazı odur çünki. Elə biri ki, qucaqladığında dünyanı unudursan, yanında ikən tərifsiz bir duyğu ilə sevinirsən, uzağında olanda aşırı bir özləm dalğasında sovrulursan. Hər kəsin həyatında içini bölüşdüyü biri olmalı. Əlini tutanda hansının öz əli olduğunu anlamamalı, sənə qarışmalı və iki cisim olduğu halda tək ruh olmalı, bir sözlə, SƏN olmalı...

Varmı həyatınızda bu insan?


Aysel Abdullazadə
26.07.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar