Post views: counter

15 Nisan 2015 Çarşamba

Sən mənimsən, O sənindir, Mən kimin?


Nə qəribə səslənir, sən mənim, o sənin
Fəqət, yarımçıq qalır, mən kimin?!
Həyat insana verir dərdi-qəmin
Arzular puç olur həzin küləkdə sərin-sərin
Gəl yanıma, cavabını tapım bu sualın
Sən mənimsən, o sənindir, mən kimin?

Bahar sevgisinin yerə düşən son ləçəyi
Ürəyimdən qopan yaramın al-qana boyanmış diləyi
Kaş biləydin, sənə hiss etdiyim gərəyi
Qalmazdın biganə, olardın arzularımın mələyi
Ay həsrətin çəkdiyim, yetişmir neyçün vüsalın?
Sən mənimsən, o sənindir, mən kimin?

Gecələr saçın yar üstə səpələnər,
Mənim ürəyim köz üstə söykənər
Vahiməli qış gecəsi, yataqda alışan hisslər
Sənin saçlarını oxşayan yad əllər, özgə gözlər
Canımdan can alar düşündükcə beynim
Sən mənimsən, o sənindir, mən kimin?

Günahımızdır bilirəm bu eşq mənim, həm sənin də
Dayana bilmirəm görəndə əlini özgə sinəsində
Bir vaxt mən oxşayan o gül üzünü indi ərinin əllərində
Fikirləşən zaman talan oluram, odlanıram qəlbimdə
Məni tənhalığa düçar etdin, daşlaşıb qəlbin?!
Sən mənimsən, o sənindir, mən kimin?

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->