Post views: counter

15 Nisan 2015 Çarşamba

Öyrətdim!


Mənasız həyatına rəng qatdım. 
Sənə insani duyğular sunub, 
adilikdən çıxartdım. 
Sən yaşamağı bilmirsən, bilmirdin... 
Sıradan həyatın, monoton yaşamın, 
Rəngli hesab etdiyin o çilçıraqlar, 
məna vermirdi ömrünə...

Sən bilmirdin dəniz sevgisini, ləpə səsini 
Duymamışdın ki, dalğanın iniltisini, 
Görməmişdin bəyaz köpüyünü...

Sən eşitməmişdin mavi dənizin rüzgarla düetini, 
Anlam tapmırdın küləyin yarpağı titrətməsində... 
Sənə bunları tanıtdım, 
Sənə bu əsrarəngizliyi öyrətdim!

Gözünü açdım, eyş-işrətdən doymaq bilməyən gözünü... 
Heyvani hisslərlə yaşamağın 
Yalnız heyvanlara məxsus olduğunu 
Sevişməklə seksin fərqini öyrətdim... 
Öyrətdim, əzizim, öyrətdim sənə!

Toxunuşu, oxşamağın və oxşanılmağın ləzzətini tanıtdım... 
Gözün öyrəndi, şəhvətdən uzaq, 
yalnız nurlu baxışlarla baxmağı, 
Başına sığal çəkməyin verdiyi rahatlığı yaşatdım sənə! 

Bir qadına qayğıyla yanaşmağı bildin! 
Başdan sona bir film izlədin ilk dəfə 
Heç sıxılmadan, zamanın necə keçdiyini bimədən...

Bilirsən, dərindən düşünsən, 
məndən çox şey öyrəndin, öyrətdim! 
Yağışı sevməyi, yağmur damlasında ilk dəfə islanmağı 
mən öyrətdim, axı...

Həyatı səhnələşdirdim, izlədin, 
Kini atmağı, bağışlamağı öyrətdim, axı... 
Hüzur tapmağı, 
tapdığın huzurun fərqində olmağı 
Yaşadığın hər şeyi insan kimi alqılamağı 
Anı yaşamağı öyrətdim sənə...

Dedilər, məndən uzaq olalı, untmusan bunları 
Qayıtmısan yenə əski vərdişlərinə... 
Ya mən yaxşı öyrətmən deyiləm, 
ya da sən əksik xarakterli! 
Çox güman ki, ikincidir! 
Niyə? - deyə soruşsan, mənim əzizim, 
Öyrədən bildiyini əsirgəməz, 
Xaraktersiz insan isə şərəfsizliyindən vazkeçməz!

Aysel Abdullazadə
04.01.2015

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->