Post views: counter

15 Nisan 2015 Çarşamba

Qadınam mən!


Qadınam mən!
Bəzən dəniz fırtınası kimi coşğun,
Bəzən isə yağmurdan sonra çıxan 
göyqurşağı qədər səssiz.

Qadınam mən, incəyəm, zərifəm, məğruram!
Qadınlığım zərafətimdə gizlidir, 
nədənsə, həmişə yorğunam.
Acılarım içimdə saxlıdır
Həyat sınağım, kim bilir, bəlkə də, elə qadın olmağımdır...
Küsürəm həyatdan, insanlardan, yaşamaqdan
Ama çox çəkmir barışıram alışaraqdan...

Qadınam mən!

Duyğu yüklü gəminin limanına bənzərəm
Həm özüm yüklüyəm, həm qəlbim
Qaçaram dayanmadan sonsuzluğa,
Ovudaram ürəyimi acılarımla
durub ağlaram çıxılmaz məcrasızlığıma...

Qadınlıq onurum, şərəfim,
Önəmlidir qadın olaraq ləyaqətim
Kişilər kimi arxayın, rahat
qadağasız olmur əsarətim...

Qadınam mən!

Biraz uşaq, biraz gənc
Keçsə də illər, dolsam da, yaşa
İçimdəki uşaqla qalıram baş-başa...

Qadınam mən!

Əsil yerişim, sadə duruşum var,
Danışanda ölçüm, şirin gülüşüm var.
Azadlıqla həmişə alış-verişim var....

Hüzün dolar içimə, tənha qalaram
Ürəyimdəki sızımla gecəni səhərə təhvil verib
Yuxusuz gözlərimi səssizcə yumaram...

Qadınam mən!

Biraz uşaq, biraz anayam
Qızıma baxanda özümü görən
Yaşamımı, bəlkə də, ona qurban verən
Anayam!
Məsum baxışında dünyalar yerləşən
Gözlərindən üzümə parlaq nur yansıdıb sakitləşən,
bəzən adiləşən
Amma arzusuna çatmayan qadınam-anayam mən!


Aysel Abdullazadə
04.12.2014

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->