Ana içeriğe atla

Doğulan neçə uşaq sevgidən yoğrulub?



Dünyaya övlad gətirmək məcburiyyətdən, ailə birlikdəliyindən, kənar təsirlərdən və digər səbəblər ucbatından olmamalıdır. Təəssüf ki, bu gün XXI əsrdə yaşasaq belə, bu kimi dərin situasiyalı yaşam amilləri nəzərə almır, özümüz olaraq yaşamırıq. 

Bir insanın dünyaya gəliş səbəbi olmalıdır. Mütləq olmalıdır. 

Təsadüfdən, təsirdən, söz-söhbət səbəbindən, bir tərəfin könülsüz yanaşmasından, bir ailəni ayaqda tutmaq üçün, bir kişini özünə yaxın saxlamaq fikrilə övlad-uşaq təməli qoyulmaz!
Dünyaya göz açan körpə və təbii ki, gələcəyin yetişkin insanı olacaq bir varlıq təsadüf səbəbilə dünyaya gələrsə, elə o şəkildə də yaşamağa məhkum olacaq. Halbuki bu onun günahı deyildi, bu dünyaya plansız şəkildə gəlməyi o arzulamamışdı.

Dünyaya sevgi ilə arzulanan, sevgi toxumları ilə yetişib, böyüyüb yaranan körpə həyatda da bütün addımlarında uğur qazanan insan olaraq yaşayır. Bunu dünyaca məşhur psixoloqlar və araşdırmaçılar təsdiqləyib.

Hər şey belədir, ürəkdən sevgi qatqısı ilə yoğrulmuş çörək belə daha dadlı deyilmi?
Sevərək, sevdiklərimiz üçün ürəkdən, candan bişirilən yeməklər daha ləziz olmurmu?

Eyni haldır.

Bir körpə iki bir-birinə aşiq, vurğun, daha dəqiq desək iki cisim amma eyni əkiz ruh halında olan insanların daxili sevişməsindən, ruhlarının bir-birini cəzb edib eyniləşməsindən yaranmalıdır.
Iki candan, iki qandan, iki ruhdan, iki cisimdən qalıqlar toplayıb və bu qalıqların birləşib eyniləşməsindən yaranan bir varlıq-insan olmalıdır. Sevgi bəhrəsi, ruhun sevişmə məhsulu olaraq nüftədən yaranan bu varlığa ruhunu Allah üfürər, ona özündən pay verər və bu nüftə həyata xoşbəxt doğulan bir insan olaraq göz açar.
Bütün həyatı boyunca onu yaradan Allahın və sevgilərindən canına can qatmış iki insanın bir parçası olaraq mutluluğu dadar. Çünki həyata gəliş səbəbi məhz xoşbəxtlikdir, başdan- ayağa mutluluqdur. Həyatın, yaşamın fəlsəfəsi budur, mənbəyin necə başlayarsa ömrünün gedişatı da ondan qaynaqlanar.

Sevgi olmayan bir ailədə, ailə boş olmasın deyə dünyaya gələn uşaq heç vaxt tam şəkildə huzur, xoşbəxtlik, daxili mutluluq tapmaz. Çünki dünyaya gəlməsində sevgi qatqısı olmayıb, hiss edilmədən, yaşanmadan olan yaşayışdan yaranıb.

Əgər dünyaya  özümüzdən bir varlıq daha, canımızdan, ruhumuzdan bir parça yaratmaq istəyiriksə bunu sevdiyimiz, ruhu ilə ruhunu birləşdirdiyimiz insanla bərabər hiss edərək, mayasına sevgi qataraq yaradaq, dünyaya gələn qonağımızın həyatını sevgisiz qurmayaq, onu sevgisizliyə məhkum etməyək.

Sevgiylə qalın…

Aysel Abdullazadə
28.02.2015

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar