Ana içeriğe atla

Yaşanılması çətin, amma mümkün olan sevgi...


Yaşanılması çətin, amma mümkün olan sevgi...

Bir sevgi yaşayasan içində saflıq və məsumiyyət barındıran... Şəhvətdən uzaq, yalanın sayılması mümkünsüz olan bir rəqəm qədər ötəsində. 

Səhərləri sevgi mesajları ilə oyanıb, gecələri "yuxusuz qalma, özünə diqqət et" ifadəsilə xudahafizləşəsən. Sübh tezdən gözünü açdığında ilk onun ağlına gəldiyini düşünüb içində bir huzur tapasan. Səni beynində fikirləşən, hər an səninlə maraqlanan biri... Bəzən adını qoya bilməyəsən hiss etdiyinin. Mədəndə kəpənəklər uçuşduğunun fərqinə varasan. Bəsit olmasın yaşadığın sevgi, ya da adını qoya bilmədiyin hər nədirsə... 

Sənsiz yaşayamam deyil,  səninlə bir başqa yaşayaram desin. Darıxıram deyil, həsrətindəyəm olsun dediyi cümlə. Səninlə doğulmadım, amma qalan həyatımı səninlə quşatmaq istıyirəm deyəcək biri... Yanında olsun, səni qoruduğunu biləsən, hiss edəsən. 

Bədənini deyil, ruhunu istəsin səndən. Saatları saysın, sənə vardığı an təkrar vazkeçilməzliyini anlasın. Səni yaşatmaq istəsin. Onu tanıyanadək yaşamını sıfırlayasan, onunla bir başqa yaşayasan. Həyatın rənglərini görməyə başlayasan. Səni düşünən bir insan, sənə yad, amma get-gedə doğmalardan daha doğma olan biri... Adını onun dilindən eşitmək, səni andığında gözlərinin gülməsi. Adın indiyədək heç kimdə belə gözəl səslənməmişdi. Ruhunun yeniləndiyini hiss edəsən. Qorxmadan əlini tutan biri... Yanındaykən bütün dünyaya müydan oxuyarsan, sənə güvəni, inamı bəxş edər. Əlini bir tutdumu bir daha buraxmayacağını biləsən. Bir də başqası tuta bilməz o əli...

Səni mənimsəyəcək, sahiblənəcək, özününsənmiş, ona aidsənmiş kimi, bir qolu, bir əli kimi özünün biləcək. Sən daha çox aid olduqca o daha tutqu ilə sevəcək. İtirmə qorxusu olacaq, amma əsla itirməyi gözə almayacaq... Mənimsən deyib bağrına basacaq. Sanki ondan əvvəl olmamış, yaşamamış hissini daddıracaq. Oxşadığı tək şey üzün və saçların olacaq, birdə ruhun... Üzünü ovuclarının arasına aldığında dünyaları görmüş olacaq, saçının qoxusunu içinə çəkdiyində həyata yenidən doğulmuş olacaq. Çox danışmayacaq, gözləri anladacaq hər şeyi. Canım, cicim, həyatım deyil, "gülüm" deyəcək, "varlığım" deyəcək. Qısası, səni səndən ötə sevəcək...

Aysel Abdullazadə
09.03.20115

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar