Ana içeriğe atla

..."Otel otağı-Əxlaqsızlıq brendi"


Otel deyəndə biz azərbaycanlıların ağlına normal insanlara xas olmayan fikirlər gəlir. Ya əxlaqsız biri olmalısan oteldən danışmaq üçün, ya da heç kimi saymayan, heç kimin sənə neqativ bir fikir söyləməyə cürət edə bilmədiyi pullu bir "intelligent"...

Bəli, Azərbaycan toplumunun düşüncəsində otel əxlaqsız insanların barınacağı, yalnızca seks mahiyyətli görüşləri həyat keçirmək üçün qapalı bir alandır. Oteldən çıxan bir insan orda mütləq əxlaqsız görüşdə olub. Əksi qeyri-mümkündür. 

Necə düşünə bilərik ki, normal bir ailə oteldə gecələyə bilər? Necə düşünə bilərik ki, bir kişi başqa bölgədən gəldiyi üçün çox rahat çəkildə ailəsi ilə bir gecəni oteldə qala bilər? Nə danışırsan, o necə kişidir ki, ailəsini otelə aparıb?! Gərək bir qohum-qardaşın 2otaqlı, özünün belə ailəsini yerləşdirməkdə çətinlik çəkdiyi dar, kiçik evinə qonaq gedərdi. Belə də namussuzluq olar? Bizim dəyərlərimiz bu qədər bəsit, fikirlərimiz bu qədər dayazdır. 

Yurdum insanı ən son texnologiyalardan istifadə edəcək qədər "ağıllı", amma insanların rahatlığını təmin etmək məqsədilə tikilən otellərin mahiyyətini belə formatda alqılayacaq qədər beyinsizdir. 

Avropadan niyə belə mədəniyyəti qavraya bilmirik?
Niyə özümüz ola bilmirik? El qınağı, cəmiyyətin şüursuz fikirləri niyə bizi bu qədər məhdudlaşdırır, çərçivəyə salır? Nə üçün? Cəmiyətin "hə, bu yaxşı kişidir" deməyi sizin yaşam alanınızı qısıtlayırsa, siz özünüzə yaxşı deyə bilirsiniz? Düşünün, bir ailə gündəlik monoton həyatdan çıxıb, baş-başa şam edib, bir gecəni oteldə qala bilmək iqtidarına sahib deyil. Səhər bunu bilənlər nə deyər? Deməzlər ki, filankəs arvadı ilə oteldə qalıb, nə şərəfsiz adamdır?! Elə otellərin pis məqsədlər üçün istifadə edilməsi qavramını da bu hərəkətlərimizlə özümüz yaratmamışıqmı? Niyə başqa ölkəyə gedəndə oteldə qalırsınız, öz ölkənizdə bunu ayıb, hətta əxlaqsızlıq, binamusluq sayırsınız? Deməli, o getdiyiniz ölkələrə pulun hesabına gedib gəzib gələ bilərsiniz, amma o pulunuzla boş beyninizi, geri qalmış zəkanızı irəlilədə bilməzsiniz.

Otellərə, istirahət mərkəzlərinə əxlaqsızlıq "brendini" biz özümüz qazandırmışıq. Həyat yoldaşınızla, qadınınızla sizə aid olan özəl gündə baş-başa, yemək masası və həzin musiqi müşaiyəti ilə sizlərə sunulan bu xidməti dəyərləndirmək və yaşamaq əzminə sahib deyilsiniz. Həyata baxış açımız kirlidir, daxilimiz qaradır, ona görə də yaşamaq istədiyiniz, əslində insanların rahatlığını təmin edəcək, gözəl şəkildə mənəvi istirahət sunacaq məkanları öz ölkənizdə özünüzün çirkləndirdiyiniz, ləkələdiyiniz təqdirdə olduğunuzdan dolayı həyata keçirə bilmirsiniz. Gedin başqa ölkələrin otellərində ailənizlə rahatlıqla istirahət edin, amma Azərbaycana qayıdanda "olmaz, bizdə otellər ancaq fahişələr üçündür" deyin.

Axı siz əsl "kişisiniz!"

Aysel Abdullazadə
11.04.2015

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar