Ana içeriğe atla

Mənim erməni oğlum


Mənim erməni oğlum...

Azərbaycanda olanda bir yazar dostumla kitablaşmışdıq. Mən ona öz kitabımı imzalayıb verdim, o da mənə. Sonra kitablar üzərinə söhbət etdik. Oxuduğum hər kitab haqqında nəsə yazmaq, şərh etmək adətim deyil. Kitab məni təsirə salmalıdır, içindəkiləri yaşatmalıdır ki, mən bunu dışarıya çıxara bilim. Akşin Xəyal yazdıqları ilə mənə yaşamadığım, görmədiyim, haqqında sadəcə kitablardan oxuduğum bir müsibəti yaşatdı. Hadisələri bu qədər sadə, bu qədər səlis və axıcı, həmçinin bir az da dərinə getsək, bəsit, amma öz şəkildə ifadə etmək yazar bacarığıdır.

Axşam yeməyindən sonra bir fincan qəhvə dəmlədim, balkonda oturub kitabı açdım. Kitabda ilk sevdiyim nüans uzunçuluq olmadan maraqlı təhkiyənin olması idi. Lazım olanı alırdım və gərəksiz uzatmalar olmadığı üçün birnəfəsə oxuyurdum. Bir oxucu kimi bu, mənim kitab şərhində öncül kriteriyamdı. Oxucunu yormaq olmaz. Qəhvəmin nə zaman bitdiyini unutmuşam, qəhvənin yanında lokum da vardı, onu necə yeməyimdən xəbərsizəm. Gerçəkdən. Tam mübaliğəsiz.
23-cü səhifədə yanımda çizgi film izləyən qızımın xorultu səsinə diksindim, başını dizimə qoyub yatmışdı. Neçə dəqiqə keçdiyini bilmirəm.

Davam edirəm. Hadisənin içindəyəm rəsmən. Sanki Elnurə (əsərin baş qəhrəmanı) mənəm. Onun yerinə mənə yumruq dəyir, mənim atamın başı kəsilir, mənim müəlliməm gözümün önündə zorlanır, erməni Samvel mənə hər gecə təcavüz edir.  İlahi! Dəhşəti dəhşətləşdirmədən təqdim edən yazarın hadisələrə keçidi o qədər mükəmməl və axıcıdır ki. Oxuyarkən ürəyim çırpınır. Mən Xocalı soyqrımını yaşamamışam, şahidi olmamışam. Sadəcə ara-sıra “yenə atırlar” sözünü eşitmişəm. Müharibədən yaddaşımda qalan və şahidi olduğum yeganə şey budur. Mən 29yaşımda Xocalı faciəsini yaşadım Akşinin bu kitabı ilə. Bu, yazar qələminin uğurudur, bu, təhkiyənin mükəmməlliyidir. Hər kitab yaşanmır, hər əsərdə mütləq hadisələri hiss etmirsən, obraza çevrilmirsən. Akşin bunu bacarıb.

Mən kitabı oxuyarkən içimdə intiqam hissi qalandı.
Digər tərəfdən, üzvü olduğum toplumdan iyrəndim. Əsir düşən və bütün millətinin intiqamını alan mərd bir qadını bağrına basmaq yerinə, dışlayan, ələ salan bir toplumun fərdi olmaqdan utandım.
Bəli, Elnurə əsir düşdü, Elnurəyə neçə-neçə erkəklər təcavüz etdi, Elnurə kimliyini belə bilmədiyi ermənidən hamilə qaldı və övladını öldürmədi. Dünyaya gətirdi. Elnurəni və oğlunu Azərbaycan toplumu öldürdü. Mən, sən, o -  biz öldürdük ana-balanı.

Akşin Xəyal Azərbaycan ədəbiyyatında iz qoyacaq, adını bugünkü ədəbiyyata yazdıracaq bir yazardı. Azərbaycandakı məsul nəşriyyatlardan bu kitabı ikinci nəşrə hazırlamağı və bütün kitab evlərində satışa çıxarmağı, həmçinin kitabxanalara çatdırmağı rica və tələb edirəm! “Mənim erməni oğlum” Azərbaycan tarixi nümunəsidir.



Aysel Ateş Abdullazadə
Türkiyə, Antalya





Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar