Çoxmu üzülər, çoxmu qırılar ürəyi?! Getmək istəyirsə, anidənmi gedər, çoxmu soyuqqanlı davranar?
Bir kişi hisslərini içində yaşayar, bir yük kimi omuzlarında daşıyar bu ağırlığı. Məsələn, darıxarsa, bunu bir qadının zəng açıb: "görüşək, sənin üçün darıxmışam" deməyi kimi yaşamaz, yalnızlıq qoxusu hopmuş mətbəxindən bir çay süzər, tənhalıq havalı eyvanında bir siqaret yandırar. Və bununla bir qadın özləmi qalxar göyə kişi dodaqların arasından. Bu özləm onu içindən yeyər, bitirər bir ağacı gövdəsindən yeyən qurd misalı...
Bir kişi sevirsə, bunu çığlıqlarla anlatmaz sevdiyinə. Səssizca yaşayar, gurultulu sevgisini içində boğar. Məsələn, qadınına möhkəmcə sarılar və qoxusunu ciyərlərinə çəkər. Bu, onun ən möhtəşəm yüksəklikdəki sevgisinin bəlirtisi olar. O sarılışda o an şəhvət deyil, cəsarət hiss edər. Bir qadını sevməyin cəsarətini yaşayar.
Bir kişi aşiq olduğu qadına tutqu ilə bağlanar, Tutqu olmazsa, aşiq deyilsən deməkdir. Tutqu, bir kişinin qadına yaşatdığı sevgidən daha ötə bir şeydir. Sıxlıqdı, onunla bağlılıqdı və tapınmaqdı...
Sevgi nə qədər tutquludursa, onun gedişi də o qədər böyük olar. Bir kişi getmək istəyərsə, danışmadan, müzakirə etmədən, sorğulamadan gedər. "Getmək istəyirəm" cümləsini belə söyləmədən gedər. Yaşadığı evdən, sənli günlərdən və sənə olan tutqusundan gedər. Anidən... Bir kişi gedirsə, anlatmanın, izahların mənası olmaz, bir kişi gedişindəki addım səsi onun ürəyinin ritmi ilə eynilik yaradar. Bir kişi gedən zaman tutqusunu götürər özü ilə, bir də siqaretini. Sevgisini qadınına buraxar, eşqinə, ona həyan olmaq üçün burada qal deyər. Bir kişi tutqusu ilə getdiyi zaman əsla geri dönməz, bir kişi gedirsə, səssizcə yol açın, sevginizlə qalın...
Aysel Abdullazadə
05.03.2017
Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür. - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan. - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir
Yorumlar
Yorum Gönder