Ana içeriğe atla

Qadın nə istəyir...?


Qadınlar nə istəyir...? Bu sualı düşünürəm bəzən, hətta kişilərə də ünvanlamışam. Lakin aldığım cavablar heç də bir kişi düşüncəsi olaraq obyektiv olmayıb. Kişilər bu sualın cavabını, qadınların çox deyinməsi, hər şeyə reaksiya verib, xırda bir şeyi aşırı dərəcədə böyütməsi və bunların kişilər üzərində yorucu etkisindən danışırlar. doğrudur, fərd olaraq hamı bir-birinin eyni ola bilməz. Bu nüanslar da mövcuddur. 

stisnalar həmişə hər yerdə mütləqdir. Lakin bunların istisna və azlıq təşkil edən durum olduğunu göz önündə saxlasaq sualın cavabı çox daha dərin və çox daha düşündürücü olacaq. Suala daha dəqiq cavab tapmaq üçün bəzi əlavə sualların cavabını bilməliyik, zatən ondan sonra bu sualın cavabı özlüyündən bəlli olacaq. Düşünək ki, qadın kimdir və qadın hansı yapıya sahibdir? Qadın zərifdir, qadın incəlikdir, qadın zərafətdir, qadın qulağa xoş avazla söylənən ahəng bir şeir, həzin bir musiqidir. Qadın gur şəlalənin mənbəyi, coşğun dənizin sakit köpüklənən ağ ləpəsidir. Qadının bəşəriyyətin, insanın var olma səbəbidir, qadın duyğudur, hisslərdir, qadın romantikadır, emosionallıq içərən yapıdır. Qadın olmaq bir çox üstünlükdür, qadın olmaq yaşatmaqdır, nəfəs verməkdir. Bütün bunlar qadını anladan şeylərdirsə qadın çox şeyə sahibdir deməkdir. 

Zərif olanı qorumaq gərəkir, incəliyinə, zərafətinə sahiblənib arxa, dayaq olmaq gərəkir. Ahəng bir şeiri gecə səhərə qədər dinləmək insanı bezdirməz, əksinə ona xoş situatsiya bəxş edər, ruhuna huzur verər. Həzin bir musiqi isə ruhu canlandırar, sakitliyi ilə ona yaşam qaynağı olar. Gur səsli şəlaləyə baxıb coşğun həyat eşqi ilə yaşamaq, bəzən isə sakit dənizin ləpələri ilə düşünüb huzur tapmaq insanın düşüncəsinə rahatlıq verir. İnsanı yaşadan, insan olaraq qılan onun duyğuya, hisslərə sahib olma bacarığıdır. İnsan bunlari duyur, emosionallaşıb duyğusallaşırsa deməli hisslərə malikdir.

Qadın nə istəyir?

Zərif olan, ən gözəl duyğulara malik bir şey sizdən nə istəyə bilər? Sevilmək... Qayğı... Nəvaziş... Bəli, bu qədər bəsit, bu qədər sadə. Bir qadın qorunmaq istər, kişisi tərəfindən sahiblənilmək istər, aid olmaq istər. Çünki aidlik qadının özlüyündə var. Qadın kişisinə aid olar, Kişi qadınına sahib olar! 

Bir qadının istəyi sadecə budur, aid hiss edilmək, onun olmaq, sahiblənilmək... Əzizlənilmək, oxşanılmaq istər, nazını çəkən kişiyə ehtiyac duyar qadın, saçını oxşayan, əllərini möhkəmcə tutub qoxusunu ciyərlərinə həbs edən kişi istər qadın... Dəlicəsinə sevilmək istər qadın, çünki qadınlar dəli kimi sevər, inanmaq istər bütün qəlbi, ruhu ilə. Güvənmək istər tamlığı, varlığı ilə, güvəni sarsılmasın istər. Hər bir qadının qəlbində bir kişiyə məftun olmaq, ona aid olmaq, onun qadını olmaq, onun birəyi olmaq istəyi var.Hər qadının içində bu fitri olaraq var. 

Çünki qadının təbiəti bağlanmaqdır, aid olmaqdır. Kişidə belə deyil, kişi aid olmaz, sahib olar! Qadının birinci öncəlliyi kişisinin onu sahiblənməsidir. Onu özündə, qəlbində tam olaraq, bir parçası olaraq düşünməsidir.

Beləliklə, qadınlar nə istəyir sualının cavabı düşünürəm ki, artıq bəllidir. Gördüyünüz kimi yerinə yetirilməsi, həyata keçirilməsi o qədər də çətin olmayan bu istəklər qadını həm mutlu, həm də kişisinə daha yaxın edər. Ona görə də, əzizlərim, bir qadının mutluluq formulu məhz yuxarıda qeyd olunanlardır, biraz az və ya biraz çox, fərq etməz. əsas odur ki, ona qadın olduğunu hiss etdirin, bu ilk növbədə sizin də xoşbəxtliyinizə gedən yol olacaq! 

Sevilməyiniz diləyilə...


Aysel Abdullazadə
18.09.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar