Ana içeriğe atla

Mən xoşbəxtəm?


Sakit, qaranlıq bir gecənin ay işığında oturub düşüncələrə qərq olmuşdum. Sanki uzun bir yol gedirdim, maşınla gedəndə yol kənarında olan şeylər necə sürətlə ötüb keçirsə, eynən mənim də həmin an düşüncəm elə idi. Yaşadıqlarımı xatırlayır, getdiyim yolda onlar sanki bir-bir arxada qalırdı. Acılar, kədər dolu günlər, gözyaşları, insanlar hamısını beynimdə sanki aktyorların rollarında oynaması kimi həyat səhnəmdə yer almışdı. Bütün bu olanlardan nəticələrimi qeyd edərcəsinə ən başa dönüb təkrar geriyə qayıtdım. Çünki artıq dediyim kimi, onlar mənim üçün xoş olmasa da həyat xatirələrimdə yer almış, ömürlük düşüncəmə sahiblənmiş hisslər idi. Birdən başımı qaldırıb, yerə dikilən baxışlarımı göydəki parlaq Aya yönəltdim. Sentyabr ayının əvvəlləri olduğundan Ay bütöv idi. Dairəvi forması və parlaqlığı insana huzur verirdi, sanki bütün dərdlərdən arındırırdı, sən də işıq saç deyirdi. Həmin an içimdən yenə bu sual keçdi - MƏN XOŞBƏXTƏM...?

Xoşbəxtlik anlayışını mən fərqli alqılayıram, mənim nəzərimdə xoşbəxtlik insanın özünü, yaşam tərzini buna yönəltməsidir. Xırda şeylərlə bunu hiss etmək mümükündür. Xoşbəxtlik milyonlarda, villalarda, bahalı geyimlərdə deyil. Xoşbəxtlik sakit yaşamdadır, evində huzurun olmasında, mətbəxində sevgi ilə bişirdiyin yeməkdədir. Aldığın kiçik bir hədiyyədədir- məsələn birinin mənə qələm hədiyyə etməsi. Mənə dəyər verən insanların olmasında, sevildiyimi hiss etməyimdə və ən əsası urəyimdə olan aşıb-daşan sevgimi insanlara sunmağımdadır. Xoşbəxt olmaq üçün bir səhər oyanıb şəhərə çıxmaq, insanlara gülümsəmək, gülüş saçmaq, yaşlı birinin və ya azyaşlı məktəblinin avtomobil yolunu keçməsinə əlindən tutaraq yardımçı olmaq kifayətdir. Dəniz kənarında sakit guşəmə çəkilib yeni aldığım kitabı oxumaqdır xoşbəxtlik. Sağlam olmağıma şükr etməkdir, evimdə təzə çay dəmləyib onun qoxusunu içimə çəkməkdir. Mən bunlardan mutluyam, bunlarla həyatımı xoşbəxt sayıram. Hər insanın həyatında əlçatmaz olan şeylər var, onlar üçün çalışmaq zərurəti yaranır, çünki asanlıqla heç nə olmur. Eyni zamanda əldə etmək istəyib də edə bilmədiklərimiz üçün üzülmək acizlikdir. Sadəcə ürəkdən istəyərək hər şeyə nail olmaq mümkündür. Həmçinin xoşbəxtliyə də inanmaq və ona sahib olmaq lazımdır. Mənim həyatım dörd-dördlük deyil, natamam o qədər şeylər var ki. Amma mən bu natamamlıqları bir kağıza yazaraq onlardakı yarımçıqlıqları tamamlamaq üçün qayret edirəm, çalışıram. 

İnsanlara sevgi verərək mutlu oluram, dostluğumda fiziki əngəli olan bir insan var. Onunla danışıb, söhbət etdikcə onun sağalmasını görmək məni xoşbəxt edir, realda görmədiyim bir gənc insanı yazım, sözüm həyata bağlayırsa, ona sevinc verirsə mən mutlu oluram. Çünki bir insanın varlığı bir insanın sevincinə səbəb olursa deməli burda insanlıq var. Yolda gördüyünüz bir körpəni sevin, başına sığal çəkin, bir yaşlı qadının üzünə gülümsəyin, insanlara gülüş bəxş edin və bununla mutluluğu dadın. Əslində bunları etməklə özünüzü xoşbəxt etmiş olursunuz. Sevin, daima daha çox sevin, mən sevginin ən ağır xəstəni sağaldacağına, həyatdan küsmüş birini yenidən həyata qaytaracağına, depressiya modunda olan insanın sevgiylə yaşama sarılacağına inanıram və əminəm. Həyatdakı ən güclü müalicə sevgiylə olandır. Bəli, sualıma dünən gecə dəqiq bir cavab tapdım. Mən xoşbəxtəm, mən mutluluğun dadını duyuram. Sevdiyim üçün, sevildiyim üçün xoşbəxtəm. İnsanları, quşları, bitkiləri, bütün canlıları sevirəm, fəsilləri sevirəm, ayları, həftələri sevirəm. Yaşamı sevirəm və birini sevirəm...

Sevgiylə qalın...

Aysel Abdullazadə
08.09.2014

Yorumlar

Bu blogdaki popüler yayınlar

Tanışlıq mədəniyyəti...

Aysel Abdullazadə yazır: - Salam. Çox mənalı gözləriniz var. - O dərin baxışlarda itməkdən qorxuram. - Xanım, adınızın mənası nədir? - Bu gülün belə (430*250 ölçüdə qırmızı gül göndərir) gözəlliyiniz qarşısında boynu bükükdür.  - Çox gözəlsiniz, tanış olaqmı? - Söhbət edək, peşman olmazsan. - Şəkildəki özünsən? Əgər özünsənsə, qəşəng xanımsan.  - İdmançıyam, tanış olaq? Bu siyahını istənilən qədər uzatmaq olar, elə uzadırlar da... Sizlərlə cəmiyyətimizdə çatışmazlığı yüksək səviyyədə olan, amma əslində, insanlığın önəmli bir mövzusundan - tanışlıq mədəniyyətindən danışmaq istəyirəm. Bəli, tanışlığın da bir mədəniyyəti, özünə görə qəlibləri var. Ümumiyyətlə, hər şeydə bir sınır, bəlirli bir çərçivə olması gərəkdiyi qənaətindəyəm. Örnək kimi, "Allah salamı" dediyimiz ən isti kəlməni belə tanıdığımız, öncədən və ya sonrasında ünsiyyətdə olduğumuz, gərəkdirən durumlarda istifadə etdiyimiz bir gerçək... bu, qeyd etdiyim o çərçivənin bir misalla əyani göstəricisidir

Sevişmək və seks anlamı

Sevişmək və seks...   Bu iki ifadə ilk baxışda eynilik təzahürü yaradır. Sanki eyni bir nəsnə olaraq alqılanır. Hətta sinonim kimi də işlənə bilir. Lakin ən çox istifadə üstünlüyü sevişmək kəliməsindədir. İnsanlar bu sözü öz aralarında ümumiləşdirib ikisini bir anlamda istifadə edirlər. Çox az cütlüyə rast gəlmək olar ki, sevişmək istəyirəm yerinə sekslə məşğul olmaq istəyirəm tərzində cümlə qursun. Əslində oxşarlıq qaçınılmazdır, fəqət fərq də istisna deyil. Sevişmək başlanğıc, seks isə sondur. Kişi və qadın yapısında sevişmək və seksə keçid fərqli hiss olunur. Ön sevişmə həssaslıq tələb edir, qadın üçün daha əsas hesab edilən bu proses seksin mənbəyi və orqazmın yaşanması üçün əsas faktordur. Qadın və kişi hissləri fərqlidir, qadınlar toxunuşa daha çox önəm verirlər. Kiş də sevər toxunuşu, amma qadın qədər yox. Qadını zərif və incə toxunuşlarla ram etmək ön sevişmənin əsasıdır. Sevişmək sözü sığal, oxşamaq, toxunmaq,öpmək, bir sözlə hiss etmək kimi ifadələri özüdə iç

Kadının tarifi...

Bir kadın ne kadar güzel, kültürlü, zarif, dürst ve hoş olursa olsun, hırçın huzursuz ve asabise son derece iticidir. Hangi erkek böyle bir kadınla olmak ister? yanında lüzumsuz el-kol haraketleri ile, asabi mimiklerle, dişlerini sıkarak konuşan, her an patlamaya hazır bir bomba ile ne kadar huzurlu ve mutlu ola bilirsiniz? Şık giyinmek de önemlidir ama zarafet daha önemlidir. İnsan yaratılış itibarile hantal olabilir. Öyle ölçülü, öyle toplu yürüyen hanımlar vardır ki, onların yürüyüşlerini bile seyr etmek ruha huzur verir. Hele onlarla yürüyüşe çıkmak ne kadar mutlu eder insani. Yere basışlarındaki yumuşaklık, adımlarındakı acelesiz, huzurlu tempo ruhu rahatlatır. Zarafet kadını şiirleştirir.  Ne kadınlar vardır tesettürlü de olsalar süzülür gibi, dans eder gibi yürürler. Bir bardak su verirken bardağı deyil, dünyaları uzatırlar insana. Hizmet önemli deyil, sunuş önemlidir. Yumuşak, hoş bir haraketle, gözlerinin içi gülerek, saygı ve sevgi dolu bir bakışla uzatılan bar