Post views: counter

3 Eylül 2015 Perşembe

Bir az soyuq olasım var - Sentyabr şeiri ...


Ruhunun dərinliklərində səhər mehi canlansın.
sərinlətsin bütün qəlbini.
İçinə azacıq istilik qaçsın
varlığını qaplayıb ovutsun mənini...

Bir az soyuq olasım var,
bir az daha sərin
yağmur kimi səpələnib göydən enəsim var
huzuru qoynuma qısıb dərin-dərin...

Yağsın yağmur, əssin rüzgar
göy üzünə gəlsin çiskin duman
ruhumu oxşasın təbiətin içindəki varlıqlar
bircə, huzurumu çalmasın
amansız ayrılıqlar...

Bir az soyuq olasım var
içimdəki atəşi itirmişəm, yalnızam.
Bir az tənha qalasım var
təkliyə söz vermişəm,
əhd kəsib, peyman etmişəm.

Payız yarpaqlarının səsi amansızdır
ayaq altında xırçıldayan səsdən ürkər ürək...
Bir gün geri çağırar ağacdan tumurcuqlarını
yaşıllığa qayıdar başqa bədənlərə girən ruh tək...

Bir az soyuq olasım var
üşümüş ruhumu
bədənlərdən səssicə çıxarasım var...

03.09.2015

0 yorum:

Yorum Gönder

 
Post Views Script by MBT -->